Icma.az
close
up
RU
Rəqəmsal dünyada Türkiyə imzası GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib

Rəqəmsal dünyada Türkiyə imzası GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Son vaxtlar sosial şəbəkələrdə qarşınıza Türkiyənin valehedici səyahət videoları çıxıbsa, bilin ki, bu, təsadüf deyil. Türkiyə dünya üzrə destinasiya marketinqində öncül mövqeyini möhkəmləndirərək, turizmin rəqəmsal tanıtımında aparıcı gücə çevrilib.

Ölkənin rəsmi qlobal turizm portalı GoTürkiye bu uğurun əsas nümunəsidir. Artıq o, sosial şəbəkələrdə ən çox izlənilən rəsmi turizm hesablarından biri sayılır. Hazırda platformanın səkkiz əsas sosial media kanalında izləyici sayı 20,8 milyona çatıb.

YouTube və TikTok-da liderlik: GoTürkiye dünya turizm tanıtımında zirvəyə yüksəlir

Türkiyə dünyanın turizm səhnəsində özünün heyranedici müxtəlifliyi ilə seçilir – bu zənginliyi rəqəmsal müstəviyə daşıyan GoTürkiye isə qısa zamanda qlobal miqyasda ən uğurlu platformalardan birinə çevrilib. Ölkənin mədəni irsi və turizm sərvətlərini bir dam altında toplayan bu portal, sosial şəbəkələrdə təqdim etdiyi vizual cəlbedici və hekayə yönümlü kontentlə milyonların rəğbətini qazanır.

YouTube uğurları

GoTürkiye-nin YouTube kanalı Türkiyənin qeyri-adi məkanlarını və unudulmaz təcrübələrini dünya auditoriyasına kino estetikası ilə təqdim edir. Burada "Antalya Gambit”, "İstanbul My Love” kimi orijinal mini-seriallar, eləcə də "Be Our Guest” adlı maraqlı formatlarla izləyicilər ölkənin müxtəlif şəhərlərində səyahət edən influenserlərin gözü ilə tanış olurlar.

Son aylar kanalın artımı rekord göstəricilərlə müşahidə olunub: abunəçilərin sayı 146% artaraq 2,1 milyondan 5,2 milyona yüksəlib, baxış sayı isə cəmi altı ayda 763 milyona çataraq 55% artım göstərib. Əlaqələr (bəyənmələr, şərhlər, paylaşımlar) isə 123% yüksələrək 122,6 milyona çatıb. Bu nəticələr GoTürkiye-nin YouTube kanalını platformada ən güclü milli turizm tanıtım hesabına çevirib.

Kanalın ən səs-küylü layihələrindən biri olan Sight & Sound Sessions isə dünya miqyasında böyük maraq toplayıb: yalnız YouTube-da 15,5 milyon baxış və 1,7 milyon saat izlənmə qazanıb. Bu layihə çərçivəsində Andrea Vanzo, Einmusik, Sébastien Léger, Oliver Koletzki, Kadebostany, Chris Luno, Sezer Uysal, Korolova və Miss Monique kimi dünya şöhrətli musiqiçilər Pamukkale, Akyaka, Tuz gölü, Artvin, qədim Side şəhəri və Bolu kimi unikal məkanlarda canlı performanslar sərgiləyiblər.

TikTok-da sürətli yüksəliş

GoTürkiye TikTok-da da sürətli inkişaf nümayiş etdirib. Burada kontent daha dinamik, trendlərə uyğun şəkildə hazırlanaraq həm əyləncəli, həm də məlumatlandırıcı xarakter daşıyır. Turkuaz sahillərin və qədim şəhərlərin dron görüntülərindən tutmuş, məşhur marşrutları tanıdan qısa mətnli paylaşımlara, hətta trendlərə uyğun zarafatlı videolara qədər hər bir paylaşım izləyicilərin marağına səbəb olur.

Nəticələr isə göz qabağındadır: hesabın izləyici sayı 34% artaraq 4,63 milyona çatıb, baxış sayı isə cəmi altı ayda 53% artımla 1,4 milyarda yüksəlib. Bu sürətli inkişaf GoTürkiye-ni TikTok-da da ən güclü milli turizm tanıtım hesabı mövqeyinə gətirib çıxarıb.

Instagram-da dominantlıq: GoTürkiye dünyanın ən güclü turizm hesablarından birinə çevrilib

GoTürkiye-nin Instagram hesabı Türkiyənin zəngin və rəngarəng təcrübələrini müxtəlif paylaşımlar vasitəsilə izləyicilərə təqdim edir, onları ölkəni kəşf etməyə dəvət edir. Qısa, ancaq dolğun reels videoları bir dəqiqədən az vaxtda Türkiyənin ritmini göstərir: ənənəvi türk mətbəxindən ilhamlanan reseptlər, nəfəskəsən mənzərələr və tematik səyahətlər izləyicilərə unudulmaz rəqəmsal təcrübə yaşadır.

Sadəcə bir il ərzində nəticələr göz qabağındadır: 2024-cü ilin ilk yarısında 538 milyon olan baxış sayı bu ilin eyni dövründə 812 milyona yüksələrək 51% artım göstərib. Eyni zamanda, istifadəçi əlaqələri (bəyənmələr, şərhlər, paylaşımlar) 127% artaraq 141 milyona çatıb. İzləyici sayı isə 3,2 milyondan 3,7 milyona yüksəlib – bu da 15%-lik artım deməkdir. Bu göstəricilərlə GoTürkiye-nin Instagram hesabı ölkə əsaslı tanıtım hesabları arasında dünyada ikinci yerə yüksəlib.

Dünya miqyasında rəqəmsal mədəniyyət elçisi

GoTürkiye-nin uğuru yalnız YouTube, TikTok və Instagram-la məhdudlaşmır. Platforma eyni zamanda Facebook, X (Twitter), WhatsApp, Douyin (Çin) və VKontakte (Rusiya) üzərindən də milyonlarla izləyici ilə əlaqə qurur. Bu çoxkanallı yanaşma sayəsində GoTürkiye qlobal miqyasda güclü və davamlı bir əlaqə şəbəkəsi formalaşdırıb.

Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) məlumat əsaslı və çoxsəviyyəli rəqəmsal strategiyaları nəticəsində GoTürkiye artıq sadəcə tanıtım platforması deyil, rəqəmsal müstəvidə Türkiyənin mədəniyyət elçisinə çevrilib.  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see222

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see194

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see133

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri