Icma.az
close
up
RU
Rəqəmsal əsrin ideoloji qalxanı: Azərbaycançılıq

Rəqəmsal əsrin ideoloji qalxanı: Azərbaycançılıq

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrün mürəkkəb qloballaşma prosesləri, rəqəmsal transformasiyalar və informasiya axınları fonunda Azərbaycançılıq ideologiyası yeni məzmun və əhəmiyyət qazanır. Bu ideologiya artıq sadəcə tarixi irsin qorunması deyil, həm də gənc nəslin müasir bilik, innovasiya və qlobal rəqabət mühitinə inteqrasiyasını təmin edən strateji bir dəyər sisteminə çevrilib.
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri ilə müzakirə edib.
Millət vəkili Mehriban Vəliyeva bildirib ki, qloballaşmanın sürətləndiyi, informasiya axınlarının sərhəd tanımadığı və mədəniyyətlərarası əlaqələrin genişləndiyi müasir dövrdə Azərbaycançılıq ideologiyasının əsas məqsədi milli kimliyi qorumaqla yanaşı, onu yeni dövrün tələblərinə uyğun inkişaf etdirməkdir: “Azərbaycançılıq bu gün yalnız milli dəyərlərin qorunması konsepsiyası deyil, eyni zamanda gənc nəslin qlobal dünyaya inteqrasiyasını təmin edən strateji dəyər sistemidir.
Azərbaycançılıq ideologiyasının əsas mahiyyəti milli-mənəvi dəyərlərə bağlılıqla müasir inkişaf arasında harmoniyanın yaradılmasıdır. Bu ideologiya zamanın tələblərinə uyğun olaraq yenilənir, lakin onun əsas prinsipləri – milli birlik, dövlətçilik ənənələri və vətəndaş həmrəyliyi dəyişməz olaraq qalır. Azərbaycançılıq ideologiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt mühüm rol oynayır. Ulu Öndər milli birliyin, dövlətçilik ənənələrinin və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi üçün Azərbaycançılığı Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi formalaşdırdı. Milli köklərinə bağlı, tarixini, dilini və mədəniyyətini dərindən bilən gənclər dövlətin gələcəyinin əsas təminatıdır”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq ideologiyası müasir mərhələdə yeni məzmun qazanıb: “Gənclərin milli ruhda tərbiyəsi, onların müasir bilik və bacarıqlara yiyələnməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər də Azərbaycan gəncliyinin milli kimliyə və dövlətə bağlılığının bariz nümunəsi oldu. Müasir dövrdə Azərbaycançılıq ideologiyasının inkişafı təhsil, rəqəmsal mühit, mədəni diplomatiya və beynəlxalq platformalarda gənclərin fəal iştirakı istiqamətində özünü göstərməlidir.
Gənclər qlobal rəqabətə hazır, innovativ düşüncəli, xarici dilləri bilən və müasir texnologiyalara yiyələnmiş vətəndaşlar kimi formalaşmalıdırlar. Eyni zamanda onlar milli kimliklərini qoruyaraq Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə layiqincə təmsil etməlidirlər”.
M.Vəliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: “Azərbaycanın mədəni irsinin qorunması, tarixi abidələrin bərpası, milli musiqimizin, ədəbiyyatımızın və multikultural dəyərlərimizin dünyada tanıdılması istiqamətində görülən işlər gənclərin milli kimliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli də Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir.
Ölkəmizdə müxtəlif etnik və dini qrupların qarşılıqlı hörmət və sülh şəraitində yaşaması Azərbaycanın mühüm üstünlüklərindən biridir. Bu dəyərlərin gənc nəslə aşılanması onların həm milli kimliyə bağlı, həm də dünyaya açıq və müasir düşüncəli vətəndaş kimi yetişməsinə xidmət edir. Qloballaşma dövründə Azərbaycançılığın transformasiyası mahiyyətin dəyişməsi deyil, yeni çağırışlara uyğun tətbiq mexanizmlərinin yenilənməsidir.
Milli-mənəvi dəyərlərə söykənən, Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu ideoloji xətt Azərbaycanın milli birliyinin, davamlı inkişafının və gələcəyinin əsas təminatlarından biri olaraq qalır”.

Ailədən cəmiyyətə uzanan vəzifə

Millət vəkili Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycançılıq ideologiyası yalnız etnik mənsubiyyəti ifadə edən anlayış deyil, eyni zamanda dövlətçilik, milli maraqların müdafiəsi və vətəndaş həmrəyliyinə əsaslanan mühüm ideoloji konsepsiyadır.

Onun sözlərinə görə, Azərbaycançılığın əsasını Azərbaycan dövlətinə sədaqət, milli-mənəvi dəyərlərin qorunması və müasir inkişaf çağırışlarına uyğunlaşma prinsipləri təşkil edir:
“Azərbaycançılıq həm milli özünüdərk konsepsiyası, həm də dövlətçilik ideologiyası kimi çıxış edir. Müasir dövrdə bu ideologiyanın qarşısında duran əsas vəzifə qloballaşmanın yaratdığı imkanlarla milli dəyərlərin qorunması arasında düzgün tarazlığın təmin edilməsidir. Bu gün gənclər əvvəlki nəsillərlə müqayisədə daha geniş informasiya məkanında formalaşırlar və sosial şəbəkələr, rəqəmsal platformalar onların dünyagörüşünə ciddi təsir göstərir.
Belə bir şəraitdə Azərbaycançılıq yalnız keçmişin öyrədilməsi ilə məhdudlaşmamalıdır. Gənclərə izah edilməlidir ki, qlobal dünyaya inteqrasiya milli kimlikdən uzaqlaşmaq demək deyil. Əksinə, milli dəyərlərinə bağlı olan insan beynəlxalq mühitdə öz ölkəsini daha layiqli şəkildə təmsil edə bilər”.
Deputat hesab edir ki, Azərbaycançılıq ideologiyasının müasir mərhələdə əsas istiqamətlərindən biri təhsil sistemində öz əksini tapmalıdır: “Gənclərə Azərbaycanın tarixi, dövlətçilik ənənələri, milli-mədəni irsi və müstəqillik yolu daha dərindən öyrədilməlidir. Bununla yanaşı, onlarda tənqidi düşüncə, innovativ yanaşma və müasir texnologiyalardan istifadə bacarıqları da formalaşdırılmalıdır. Çünki müasir dünyada rəqabət yalnız iqtisadi və texnoloji sahədə deyil, həm də ideoloji və mədəni müstəvidə gedir. Milli dəyərlərin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında duran məsələdir. Ailə institutu, media və vətəndaş cəmiyyəti bu prosesdə mühüm rol oynayır. Milli tarixə, ana dilinə, ədəbiyyata, mədəniyyətə və dövlətçilik ənənələrinə hörmət hissi ailədən başlayaraq cəmiyyətin bütün institutları vasitəsilə möhkəmləndirilməlidir”.
A.Əlizadə əlavə edib ki, qloballaşma şəraitində Azərbaycançılıq ideologiyası yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməlidir: “Azərbaycanın gələcəyi milli köklərinə bağlı, yüksək intellektə malik, müasir dünyagörüşlü və qlobal rəqabətə hazır olan gənc nəslin formalaşmasından asılıdır. Azərbaycançılıq ideologiyası da bu prosesdə strateji əhəmiyyətini qoruyacaq”.

Yeni nəslin yol xəritəsi

Millət vəkili Könül Nurullayeva diqqətə çatdırıb ki, qloballaşmanın sürətləndiyi, rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə Azərbaycançılıq ideologiyasının əsas vəzifəsi milli kimliyi qorumaqla yanaşı, onu yeni çağırışlara uyğun şəkildə inkişaf etdirməkdir: “Azərbaycançılıq bu gün dinamik və yenilənən dəyər sistemi kimi çıxış edir və müasir dünyanın tələblərinə uyğun transformasiya olunur. Azərbaycançılıq gənclərə yalnız tarixi irsi və milli ənənələri öyrətməklə kifayətlənmir. Bu ideologiya eyni zamanda milli kimliklə müasir bilik və bacarıqların vəhdətini təmin edir. Gənc nəsil Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə və mədəniyyətinə bağlı olmaqla yanaşı, xarici dillərə, innovasiyalara, rəqəmsal texnologiyalara və qlobal əmək bazarının tələblərinə də yiyələnməlidir.
Azərbaycançılığın əsas komponentlərindən biri də vətəndaş məsuliyyəti, dövlətçilik təfəkkürü və milli həmrəylik anlayışlarıdır.
Bu gün informasiya müharibələrinin, ideoloji təsirlərin və müxtəlif xarici çağırışların artdığı bir şəraitdə gənclərdə media savadlılığının formalaşdırılması, milli maraqları düzgün qiymətləndirmək bacarığının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Deputatın fikrincə, Azərbaycançılıq ideologiyası gəncləri həm keçmişin mirasını qoruyan, həm də ölkənin gələcəyinin qurulmasında fəal iştirak edən məsuliyyətli vətəndaşlar kimi formalaşdırır: “Mövcud reallıqlar göstərir ki, Azərbaycanın gələcəyi milli köklərinə sadiq, eyni zamanda dünyaya açıq, rəqabətqabiliyyətli və yüksək intellektual potensiala malik gənclərin yetişdirilməsindən asılıdır. Qloballaşma dövründə Azərbaycançılıq ideologiyasının transformasiyası onun tətbiq mexanizmlərinin yenilənməsi deməkdir.
Bu ideologiya gənclərə öz milli-mənəvi dəyərlərini qorumağı, eyni zamanda qlobal dünyanın imkanlarından səmərəli istifadə etməyi öyrədir. Məqsəd həm güclü Azərbaycan vətəndaşı, həm də müasir dünyanın tələblərinə cavab verən rəqabətqabiliyyətli fərd yetişdirməkdir. Bu tarazlıq Azərbaycanın milli kimliyinin qorunmasının və davamlı inkişafının əsas təminatlarından biridir”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 İyul 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri