Icma.az
close
up
RU
Rəqəmsal inkişaf ölkədə yeni idarəetmə modeli formalaşdırır

Rəqəmsal inkişaf ölkədə yeni idarəetmə modeli formalaşdırır

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Rəqəmsal texnologiyalar təkcə iqtisadiyyatın deyil, dövlət idarəçiliyinin, təhsilin, səhiyyənin və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlər əsasında yaradılan Rəqəmsal İnkişaf Şurası və qəbul edilmiş 2026–2028-ci illər üçün Fəaliyyət Planı bu istiqamətdə həyata keçirilməli olan layihələri özündə ehtiva edir. Məqsəd yeni texnologiyalrın tətbiqi vasitəsilə istehsalın və səmərəliliyin artırılması, eləcə də dövlət idarəçiliyində daha çevik, şəffaf və səmərəli modelə keçidi təmin etməkdir.

29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olundu. İclasda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya və təhsilin rəqəmsal transformasiyası əsas prioritetlər kimi qiymətləndirildi.

Fəaliyyət Proqramına uyğun olaraq həyata keçiriləcək ən mühüm yeniliklərdən biri dövlət xidmətlərinin vahid platformada birləşdirilməsidir. Bu gün vətəndaş müxtəlif xidmətlər üçün fərqli tətbiqlərdən istifadə edir. Yeni yanaşma isə bütün elektron xidmətlərin “mygov” və “mygov Biznes” platformalarında cəmləşdirilməsini nəzərdə tutur. Artıq “e-Sosial”, “e-Təbib” və digər mühüm xidmətlərin inteqrasiyasına başlanılıb. Gələcəkdə vətəndaşın dövlət qurumları ilə əlaqəsi daha sadə, operativ və rahat olacaq. Bu, həm vaxt itkisini azaldacaq, həm də dövlət-vətəndaş münasibətlərində şəffaflığı artıracaq.

Rəqəmsal transformasiyanın ən mühüm istiqamətlərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir. Artıq yaşa görə əmək pensiyasının vətəndaşın müraciəti olmadan təyin olunması bunun uğurlu nümunəsidir. Qarşıdakı dövrdə uşağın doğulmasına görə birdəfəlik müavinətin avtomatik ödənilməsi, sənədlərin etibarlılıq müddəti bitməzdən əvvəl vətəndaşların xəbərdar edilməsi və digər xidmətlərin də eyni prinsiplə həyata keçirilməsi nəzərdə tutulur. Belə yanaşma dövlət xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, bürokratik maneələri də minimuma endirəcək.

Müasir dünyada rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri də innovasiya mühitidir. Azərbaycan bu istiqamətdə mühüm hüquqi və iqtisadi islahatlara hazırlaşır. Vençur kapitalı fondlarının inkişafı, startapların dəstəklənməsi, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, “Rəqəmsal səyyah” vizası və innovativ məhsulların dövlət satınalmalarında təşviqi ölkənin regional texnologiya mərkəzinə çevrilməsi məqsədinə xidmət edir. Bu addımlar yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün də daha cəlbedici mühit formalaşdıracaq.

Süni intellektin dövlət idarəçiliyində tətbiqi də xüsusi diqqət çəkən istiqamətlərdəndir. Artıq “mygov” platformasında virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, müxtəlif dövlət qurumlarında süni intellekt əsaslı həllərin hazırlanması və yüksək hesablama infrastrukturunun qurulması bu sahədə ciddi hazırlığın aparıldığını göstərir. Bununla yanaşı, innovativ layihələrin təhlükəsiz şəkildə sınaqdan keçirilməsi üçün tənzimləyici test mühitinin yaradılması da texnologiyaların daha sürətli tətbiqinə imkan verəcək.

Rəqəmsal xidmətlərin genişlənməsi yeni risklər də yaradır. Buna görə də Rəqəmsal inkişaf kibertəhlükəsizlik tədbirləri olmadan mümkün deyil. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun qorunması, süni intellekt əsaslı kibermüdafiə sistemlərinin tətbiqi və cəmiyyətin kibergigiyena sahəsində maarifləndirilməsi ölkənin rəqəmsal təhlükəsizlik sisteminin gücləndirilməsinə hesablanıb. Məqsəd yalnız mövcud təhlükələrə reaksiya vermək deyil, həm də onları əvvəlcədən müəyyən edib qarşısını almaqdır.

Rəqəmsal transformasiyanın davamlı olması üçün insan kapitalının inkişafı da həlledici əhəmiyyət daşıyır. Məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri, “Rəqəmsal məktəb” platformasının genişləndirilməsi və elektron təhsil xidmətlərinin artırılması gələcəyin peşələrinə hazır olan yeni nəslin formalaşmasına xidmət edir. Süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası isə təhsilin keyfiyyətini daha da yüksəltmək üçün yeni imkanlar açacaq.

Azərbaycanda rəqəmsal inkişaf artıq texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır. Burada söhbət dövlət idarəçiliyinin, iqtisadiyyatın və cəmiyyətin bütövlükdə yeni inkişaf modelinə keçidindən gedir. Rəqəmsal xidmətlərin genişlənməsi, innovasiyaların dəstəklənməsi, süni intellektin tətbiqi və kibertəhlükəsizliyin gücləndirilməsi ölkənin beynəlxalq rəqabət qabiliyyətini artırmaqla yanaşı, vətəndaşların həyat keyfiyyətinə də birbaşa müsbət təsir göstərəcək.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 İyul 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri