Icma.az
close
up
RU
Rəqəmsal İpək Yolu : “30 il mümkünsüz görünən layihə...”

Rəqəmsal İpək Yolu : “30 il mümkünsüz görünən layihə...”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Xəzər dənizinin dibi ilə Aktau və Sumqayıt şəhərləri arasında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi uğurla başa çatıb. 

Bu, "Rəqəmsal İpək Yolu" layihəsinin ən mürəkkəb və ən strateji mərhələsi idi. Amma 2019-cu ildə bu nəhəng layihə “AzerTelecom” tərəfindən gündəmə gətiriləndə vəziyyət tam fərqli idi".

“Cebheinfo.az” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri, İKT üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Osman Gündüz xatırladıb ki, o dövrdə bu sahənin ən ciddi mütəxəssislərindən bəziləri belə layihənin reallaşma ehtimalını demək olar ki, sıfıra bərabər qiymətləndirirdilər:

"Çünki son 30 ildə Xəzərin dibi ilə belə bir rəqəmsal dəhlizin yaradılmasına bir neçə dəfə cəhd göstərilsə də, müxtəlif səbəblərdən, xüsusilə də geosiyasi maraqlara görə bu təşəbbüslər baş tutmamışdı. TAE (Trans-Asia-Europe fiber-optik kabel magistral xətti) zamanı da bunu reallaşdırmaq mümkün olmamamışdı.

Bu layihənin uzun illər əngəllənməsində Rusiyanın regiondakı maraqları böyük rol oynayıb. Məhz buna görə bu layihə texniki olduğu qədər geosiyasi baxımdan da son dərəcə mürəkkəb hesab edilirdi. Üstəlik, sonrakı illərdə Qazaxıstan tərəfdə tərəfdaş şirkətin dəyişməsi də layihənin icrasını xeyli ləngitdi".

O qeyd edib ki, bu baxımdan, bu gün Xəzərin dibi ilə kabelin çəkilişinin başa çatması sadəcə mühəndislik uğuru deyil:

"Bu, uzun illər mümkünsüz hesab olunan strateji layihənin qarşısındakı ən böyük maneənin aradan qaldırılması deməkdir. Xatırlayıram ki, Prezident İlham Əliyevin bu layihə ilə bağlı həm Qazaxıstan, həm də Türkmənistan rəhbərləri ilə çoxsaylı müzakirələri olmuşdu.

Hesab edirəm ki, Prezidentin siyasi iradəsi də bir zamanlar mümkünsüz görünən bu layihənin reallaşmasında mühüm rol oynayıb.

Burada diqqət çəkən digər mühüm məqam isə layihənin texniki mürəkkəbliyidir. Xəzər dənizinin dibi ilə 380 kilometrlik zirehli fiber-optik kabelin xüsusi gəmilər və xüsusi texnologiyalar vasitəsilə çəkilməsi region üçün ilk belə layihədir və olduqca yüksək mühəndislik dəqiqliyi tələb edir". 

Mütəxəssis vurğulayıb ki, digər diqqətçəkən məqam isə odur ki, belə strateji və kapitalltutumlu layihənin dövlət büdcəsi hesabına deyil, “AzerTelecom” kimi özəl şirkətin, “NEQSOL Holding”in investisiyası hesabına reallaşdırılmasıdır:

"Region üçün strateji əhəmiyyət daşıyan belə bir infrastruktur layihəsinin özəl sektor tərəfindən həyata keçirilməsi təqdirəlayiqdir. İndi qarşıda sahilyanı və yerüstü infrastrukturun tamamlanması və xəttin istismara verilməsi qalır.

Bundan sonra Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhliz formalaşacaq, Azərbaycan isə regionun ən mühüm rəqəmsal tranzit və bağlantı mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi üstünlük qazanacaq. 

Düşünürəm ki, bu layihənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan ilk dəfə olaraq təkcə enerji və nəqliyyat dəhlizlərinin deyil, qlobal rəqəmsal infrastrukturun da əsas qovşaqlarından birinə çevrilmək imkanı qazanır. Bunun iqtisadi, texnoloji və geosiyasi təsirləri yaxın illərdə daha aydın görünəcək".

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Avqust 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri