Icma.az
close
up
RU
Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?

Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Gələn ildən etibarən Azərbaycan vətəndaşları şəxsi məlumatlarının istifadəsinə daha şəffaf və nəzarətli şəkildə baxa biləcəklər. Rəqəmsal islahatların yeni mərhələsi çərçivəsində vətəndaşlar "mygov" platforması üzərindən onların məlumatlarına kimin, nə zaman və hansı məqsədlə daxil olduğunu izləyə, həmçinin bu prosesə razılıq verə və ya qadağa qoya biləcəklər. Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədr müavini Şahin Əliyev "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda məlumat verib.

Bəs yeniliklər vətəndaşa nə verəcək?

Oxu.Az "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

"Məqsəd vətəndaşlara tam idarəetmə imkanı yaratmaqdır"

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, bununla Azərbaycan vətəndaşları fərdi məlumatlarının istifadəsinə nəzarət imkanı əldə edirlər. Bu funksionallıq "mygov" platforması vasitəsilə təqdim olunur və məqsəd vətəndaşlara öz məlumatlarının paylaşılması və istifadəsi üzərində tam idarəetmə imkanı yaratmaqdır: "mygov" platforması vətəndaşlara məlumat paylaşımı və istifadəsini izləmək imkanı təqdim edir. Vətəndaşlar "mygov"da dövlət və özəl müəssisələrlə paylaşdıqları məlumatları "Paylaşılan məlumatlarım" bölməsində görə bilirlər. Bu bölmə vasitəsilə paylaşılan məlumatların tarixçəsi, hansı qurum və müəssisə ilə, eləcə də nə zaman paylaşma aparıldığı barədə tam məlumat əldə etmək mümkündür. Vətəndaşlar "icazələrin idarə edilməsi" bölməsində özəl şirkətlər tərəfindən aparılan məlumat sorğularını izləyə, verdikləri razılıqları idarə edə, bu razılıqların qüvvədə qalma müddətini təyin edə, istədikdə onları dayandıra və ya yenidən aktivləşdirə bilirlər. Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq "mygov" tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. Əgər vətəndaş sorğulamanı təsdiq etmək istəmirsə, eyni bölmədən icazəni ləğv edə bilir. İlin sonuna qədər vətəndaşlar yalnız ilkin sorğular deyil, həm də bağladıqları icazələr üzrə təkrar sorğulama cəhdlərinə dair bildirişlər də alacaqlar".

Dövlət qurumlarına da tətbiqi gündəmdədir

Qurumdan bildirildi ki, hazırda bu imkan əsasən özəl sektor qurumlarının sorğulama proseslərinə şamil olunur. Gələcəkdə isə sistemin dövlət qurumlarının məlumat sorğularına da tətbiqi nəzərdə tutulur: "Bu mərhələdə vətəndaşlara platforma üzərindən dövlət tərəfindən sorğulanan məlumatlarla bağlı informativ xarakterli bildirişlər təqdim ediləcək. Yəni dövlət qurumları üçün "icazələrin idarə olunması" deyil, artıq həyata keçirilmiş sorğular barədə məlumatlandırma mexanizmi fəaliyyət göstərəcək. Bu istiqamətdə işlər görülür və gələn ildən etibarən funksionallıq vətəndaşlara təqdim olunacaq. "mygov" tətbiqindəki "icazələrin idarə edilməsi" bölməsində məlumatlar aydın şəkildə kateqoriyalara ayrılıb və hər bir kateqoriyanın izahı təqdim olunub ki, vətəndaş sorğulanan məlumatın növü və məqsədi barədə məlumatlı olsun. Hazırkı mərhələdə məlumat sorğularını həyata keçirən tərəflər əsasən özəl şirkətlərdir və onlar bu prosesi yalnız vətəndaşın yazılı və ya rəqəmsal razılığı əsasında həyata keçirə bilirlər.

Özəl sektorun - o cümlədən banklar, sığorta şirkətləri, mobil operatorlar və digər kommersiya qurumlarının sistemə inteqrasiyası mərhələli şəkildə aparılır. Artıq bir sıra qurumlar "Digital Finans" sistemi vasitəsilə platformaya qoşulub. Nəticədə vətəndaşlar bu qurumlar tərəfindən həyata keçirilən məlumat sorğuları barədə real vaxt rejimində "mygov" mobil tətbiqi üzərindən məlumat əldə edirlər".

"Hüquq-mühafizə orqanları məlumatlara çıxış tələb edə bilərlər"

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin sözlərinə görə, belə bir modelin reallaşması üçün sistem və hüquqi baza birlikdə addımlamalıdır: "mygov" portalı vətəndaşların hansı qurumlara, hansı məlumatların verilməsinə razılıq verdiyini izləyə və bu razılığı zamanla idarə edə bilmək imkanı nəzərdə tutur. Məsələn, vətəndaşlar öz razılıqlarına müəyyən limit qoya biləcəklər. Hansı ki, hazırda da "mygov"da vətəndaşların məlumatlarına çatmaq istəyənlərin siyahısına baxmaq və onlara məhdudiyyət qoymaq imkanı vətəndaşa verilib. Vətəndaş özünə aid fərdi məlumatları "mygov" şəxsi kabinetindən görə bilər. Hansı qurumun, onun hansı məlumatlarına çıxış verildiyini izləyə və razılığı ləğv edə bilər. Portal üzərindən yanlış və ya köhnəlmiş məlumatların düzəldilməsi üçün müvafiq quruma müraciət imkanı da var və inkişaf etdirilməsi gözlənilir. Məlumatlarda dəyişikliklər, qurumların sorğuları və s. barədə xəbərdarlıqlar (SMS, e-mail, mobil tətbiq, portal bildirişi) almaq arzu etdiyim və gözlədiyim funksiyalardandır. Beləliklə, sistemin inkişafı ilə, vətəndaşlar öz məlumatları üzərində nəzarət imkanlarını daha aktiv şəkildə həyata keçirə biləcəyini gözləmək olar".

B.Əliyevin fikrincə, hüquq-mühafizə orqanları cinayət işi, istintaq, məhkəmə tələbi kimi məlumatlara çıxış tələb edə bilərlər: "Bu hallarda da hüquqi nəzarət və şəffaflıq üçün, çıxışın hansı səbəblə, kim tərəfindən və hansı vaxtda edildiyi barədə iz (audit logları) saxlanılması beynəlxalq təcrübədə mövcuddur".

Ekspert bildirdi ki, bildiriş mexanizmi hazırda da mövcuddur. Amma bu mexanizmlərin çoxalması və seçim imkanının verilməsi təqdirəlayiq addım olardı: "Təklif üçün deyərdim ki, SMS - vacib xəbərlər üçün, e-mail (elektron poçt) - daha detallı məlumatlar, Tətbiq push notification - mobil tətbiqdə aktiv ola bilər. Lakin yüz faizlik təhlükəsizlik olmadığı qənaətindəyəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri