Icma.az
close
up
RU
Rəqəmsal liderlik proqramının növbəti görüşü Naxçıvanda baş tutub

Rəqəmsal liderlik proqramının növbəti görüşü Naxçıvanda baş tutub

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə 16 oktyabr 2025-ci il tarixində Naxçıvan şəhərində "Rəqəmsal liderlik" proqramının növbəti sessiyası baş tutub. Naxçıvan Dövlət Universitetinin nəzdindəki Azərbaycan İnnovasiya Mərkəzində keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Naxçıvan MR RİNN) də daxil olmaqla, 45 qurumdan 70-ə yaxın İT üzrə rəhbər şəxs iştirak edib. Sessiya zamanı dövlət qurumlarında Rəqəmsal Yol Xəritələrinin icra statusu, o cümlədən Naxçıvan MR-də rəqəmsallaşma üzrə həyata keçirilən fəaliyyət müzakirə edilib.

Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədr müavini Şahin Əliyev bu il qəbul edilmiş "Rəqəmsal İnkişaf Konsepsiyası"nın prioritet istiqamətlərinə toxunaraq bildirib ki, ölkədə rəqəmsallaşmanın uğurlu icrası qurumlar arasında yaradılan etimad və əməkdaşlıq prinsipləri əsasında həyata keçirilir:

"Dövlət qurumlarının əməkdaşlığı nəticəsində son bir neçə ildə rəqəmsal hökumətə keçid sürətlənib: Rəqəmsal Sənəd Dövriyyəsi və Milli Məlumat Mübadiləsi sistemləri üzrə kağızsız əməliyyatların sayı əhəmiyyətli dərəcədə artıb, "mygov"un rəqəmsal həlləri sayəsində vətəndaşların dövlət xidmətlərindən istifadəsi rahatlaşıb".

Sessiyanın davamında Naxçıvan MR-də AR Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Qoşqar Kamilli dövlət idarəçiliyində məlumatların toplanması, təhlili və qərarvermə üçün istifadəsini mümkün edən "smartnet.az" portalının təqdimatını edib. Naxçıvan MR RİNN-in şöbə müdiri Etibar Əjdərov tədbir iştirakçılarını Naxçıvan MR-də rəqəmsallaşma üzrə cari vəziyyət haqqında məlumatlandırıb.

Daha sonra Naxçıvan MR RİNN-in Aparat rəhbəri Əziz Hümbətov çıxış edərək Muxtar Respublikada infrastruktur quruculuğu, qurumlar arasında yaradılmış elektron məlumat mübadilə sistemi, qurumlarda proqram təminatının lisenziyalaşdırılması və rəqəmsallaşma sahəsində görülən digər işlər haqqında məlumat verib. Ədliyyə Nazirliyinin idarə rəisi Qismət Qurbanov təmsil etdiyi nazirlikdə innovasiya və inkişaf istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.

Sessiyada, həmçinin İRİA-nın şöbə müdirləri İlham Salmanov və Hüseyn Məmmədov rəqəmsal idarəetmənin tənzimlənməsi, şöbə müdiri Həsənağa Əliyev Açıq Məlumatlar Portalı və departament müdiri Emil Rüstəmov "mygov" platformasındakı yeniliklərə dair təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Naxçıvan şəhərində baş tutan "Rəqəmsal liderlik" proqramı "Bestcomp Group" şirkətinin tərəfdaşlığı ilə təşkil edilib. Proqram ümumiyyətlə rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, rəqəmsal hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyin artırılması, rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək məqsədilə keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri