Icma.az
close
up
RU
Çin Naxçıvanda rəqəmsal təhsilin inkişafına dəstək verir

Çin Naxçıvanda rəqəmsal təhsilin inkişafına dəstək verir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Noyabrın 28-də Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” layihəsinin təqdimatı və təhvil-təslim mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil naziri Emin Əmrullayev, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov dövlət başçısının rəhbərliyi və xüsusi qayğısı ilə ölkəmizdə təhsilin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlərin aparıldığını diqqətə çatdırıb, bu işlərin Naxçıvan Muxtar Respublikasında da uğurla icra olunduğunu vurğulayıb. Səlahiyyətli nümayəndə qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsilin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahədə çoxsaylı layihələr icra olunur.
Ceyhun Cəlilov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında inkişaf edən əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin muxtar respublikanın təhsil müəssisələrində interaktiv tədrisin təşkili və təhsilalanların bacarıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini bildirib, layihənin icrasında əməyi keçən hər kəsə təşəkkür edib.
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan-Çin əlaqələrinin inkişafı fonunda elm və təhsil sahəsində də əlaqələrin dərinləşdiyini vurğulayıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu səfərini xatırladan nazir bildirib ki, səfər çərçivəsində digər istiqamətlərlə yanaşı, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokol imzalanıb. Bu əlaqələrin tərkib hissəsi olaraq “İnteraktiv təhsil yardımı” layihəsinin icra olunması ölkəmizdə bu sahədə qabaqcıllar sırasında olan Naxçıvan Muxtar Respublikasında təhsilin innovativ əsasda daha intensiv inkişafına şərait yaradacaq.
Səfir Lu Mey bildirib ki, son illər iki ölkə liderlərinin qayğısı və strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Bu il Prezident cənab İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı dövlət başçıları əlaqələrin “Hərtərəfli Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini elan ediblər.
Vurğulanıb ki, “İnteraktiv təhsil yardımı” layihəsi Çin hökumətinin “Azərbaycan 2020:gələcəyə baxış” inkişaf strategiyasına və Elm və Təhsil Nazirliyinin rəqəmsal transformasiya planlarına dəstəyini göstərir. 2019-cu il hökumətlərarası razılaşmasından sonra hər iki tərəfin xüsusi diqqətində olan layihə bu gün uğurla tamamlanır.
Lu Mey Çin tərəfinin Naxçıvan Muxtar Respublikası ilə təhsil və rəqəmsal texnologiyalar sahəsində regional əməkdaşlığı bundan sonra da dəstəkləyəcəyini bildirib və layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Sonra “İnteraktiv təhsil yardımı” layihəsi barədə məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində data mərkəzi və idarəetmə otağı yaradılıb, nazirliyə tabe müəssisələrdə isə müvafiq texniki infrastruktur qurulmaqla vahid elektron platforma istifadəyə verilib. Data mərkəzi 4 hissədən ibarət olmaqla 38 serverdən, soyutma və idarəetmə sistemindən ibarətdir. İnteraktiv qoşulmanın daha keyfiyyətli və operativ təşkili məqsədilə STEAM Mərkəzi və təhsil müəssisələrinin hər birində 2 smart lövhə quraşdırılıb, 2300 planşet şagirdlərin istifadəsinə verilib.
Tədbirdə nazirliyin idarəetmə otağı və STEAM Mərkəzinin imkanları nümayiş etdirilib, sistemə qoşulan təhsil müəssisələri arasında bağlantının monitorinqi aparılıb. Bildirilib ki, sistemə real vaxt rejimində və sonradan qoşulmaqla STEAM Mərkəzində keçirilən dərsləri izləmək mümkündür. Pilot layihə olaraq hazırda 24 təhsil müəssisəsi yeni elektron təhsil platformasına inteqrasiya olunub. Növbəti mərhələdə muxtar respublikanın digər təhsil müəssisələrinin də bu sistemə qoşulması nəzərdə tutulur.
Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Naxçıvan Muxtar Respublikasına “İnteraktiv təhsil yardımı” layihəsinə dair təhvil-təslim aktı imzalanıb.
Sonda xatirə fotosu çəkdirilib.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri