Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Rəqəmsal məktəb platforması təhsildə şəffaflığı artırmağa xidmət edir

Rəqəmsal məktəb platforması təhsildə şəffaflığı artırmağa xidmət edir

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Bakıdakı ümumi təhsil müəssisələrində elektron jurnal tətbiq olunması ilə bağlı bütün proseslər yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılır. Yeni platformada şagirdlər dərslərini və cədvəllərini izləyə, valideynlər övladlarının qiymətləri ilə maraqlana, direktorlar isə şagirdlərin şəxsi işlərini idarə edə bilirlər. Müəllimlər isə elektron jurnalda qiymətləri qeyd edə bilirlər. Beləliklə də, artıq elektron jurnallar ənənəvi jurnalları əvəz edir. Bu yenilik müəllimlər və valideynlərlə effektiv kommunikasiya, eləcə də valideynlərin övladlarının təhsilinə hərtərəfli nəzarət etməsinə imkan yaradır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın sözlərinə görə, ümumi təhsil müəssisələrində tətbiq olunan "Rəqəmsal məktəb" platforması və elektron jurnallar təhsilalan və təhsilverənlər üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, bu platforma təhsildə şəffaflığı artırmaq məqsədinə xidmət edir: "Təhsil sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri kimi təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılmasına xidmət edən rəqəmsallaşmanı göstərə bilərik. Rəqəmsal texnologiyalar tədris prosesinin daha çevik, şəffaf və effektiv təşkilinə imkan yaradır, məlumatların operativ idarə edilməsini təmin edir və təhsilin bütün iştirakçıları arasında kommunikasiyanı gücləndirir. Bu baxımdan paytaxtın ümumi təhsil müəssisələrində uğurla tətbiq olunan "Rəqəmsal məktəb" platforması müvafiq transformasiyanın ən bariz nümunəsidir. Məqsəd müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin olunması, interaktivlik və əlçatanlığı təmin etməkdir. Həmçinin bu platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, təhsildə şəffaflığı artırmaq məqsədlərinə xidmət edir".

Nərmin Hüseynova qeyd edib ki, hazırda Bakı şəhəri üzrə bütün məktəb rəhbərləri və pedaqoji heyət "Rəqəmsal məktəb" platformasında qeydiyyatdan keçib: "Məlum olduğu kimi, "Rəqəmsal məktəb" platforması ilkin mərhələdə Bakı şəhərindəki ümumi təhsil müəssisələrində tətbiq edilməyə başlandı. Bu da təsadüfi deyil, çünki ölkə təhsilinin flaqmanı sayılan paytaxt təhsilinin müəllim, şagird kontingentinin say baxımından çoxluğu sistemin sınaq mərhələsinin daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır. Bütün bu amillər, həmçinin əldə olunan təcrübə və müsbət nəticələr layihənin ölkənin digər şəhər və rayonlarında tətbiqi üçün etibarlı baza formalaşdırır. Platformada "Şagird", "Valideyn", "Müəllim" və "Məktəb rəhbəri" üçün fərdi kabinetlər mövcuddur ki, bu da təhsil prosesinin iştirakçısı olan bütün tərəflərin ondan rahat istifadəsinə imkan yaradır. Paytaxt üzrə bütün məktəb rəhbərləri və pedaqoji heyət sistemdə qeydiyyatdan keçib, valideynlərin qeydiyyatı isə 70 faiz səviyyəsindədir. Nəzərə alsaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 350-dən artıq ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və məktəblərdə 530 000-ə yaxın  şagirdin təlim-tərbiyəsi ilə 31 065 müəllim məşğul olur, bu halda sistemin miqyasının böyüklüyünü təsəvvür etmək o qədər də çətin deyil".

Direktor müavininin dediyinə görə, elektron jurnalların tətbiqi müəllimlərin iş yükünü azaltmaqla bərabər, həm də kağız sənəd dövriyyəsini minimuma endirib: "Platforma dərs cədvəllərinin elektron formada hazırlanması, dərs mövzularının və qiymətləndirmənin sistem üzərindən paylaşılması, davamiyyətin operativ aparılması kimi üstünlüklər təqdim edir. Həmçinin təhsil müəssisələrinin direktorları elektron sistem üzərindən rəhbərlik etdikləri müəssisələrdə çalışan müəllimlərin hesabatlılığını izləyə bilirlər. Direktor və təhsili idarəetmə qurumları platforma vasitəsilə dərsdə iştirak etməyən şagirdlərin davamiyyət göstəricilərinə real vaxt rejimində nəzarət edə bilirlər ki, bu mexanizm də davamiyyətin şəffaflığını təmin etməklə yanaşı, tədrisdən yayınan və davamiyyət göstəriciləri aşağı olan şagirdlərin operativ şəkildə müəyyən edilməsinə imkan yaradır. Şagirdlərə gəlincə, onlar öz qiymətlərini, davamiyyətlərini, ev tapşırıqlarını və dərs materiallarını platforma üzərindən istənilən vaxt izləyə bilirlər. Bu da onların məsuliyyət hissini artırır, tədrisə marağı gücləndirir.

Bakıdakı ümumi təhsil müəssisələrində elektron jurnalların tətbiqinin "Rəqəmsal məktəb" platforması üzərindən aparılması sayəsində artıq ənənəvi kağız jurnallardan istifadə olunmur. Hazırda sinif jurnalları elektron sistem vasitəsilə daha sürətli və operativ qaydada işlənilir. Müəllimlər əvvəllər kağız jurnalları doldurmaq, qeydləri yeniləməyə vaxt sərf edirdilərsə, indi bu proses elektron jurnal vasitəsilə vaxt itkisi olmadan daha çevik şəkildə həyata keçirilir. Üstəlik, bütün qeydlər sistemli və şəffaf şəkildə saxlanıldığı üçün müəllim öz işini daha asan təqdim edə bilir. Hazırda paytaxtın 353 məktəbində elektron jurnal tətbiq olunur.

Xüsusilə qeyd etmək istərdim ki, elektron jurnalların tətbiqi ilə bağlı məktəblərin rəhbər heyəti və bu platformaya məsul şəxslər dərs ili başlamamışdan öncə təlimlərə cəlb olunublar. Yeni sistemin səmərəli və düzgün istifadəsini təmin etmək məqsədilə keçirilən təlimlərdə iştirakçılar platformanın funksiyalarını öyrənib, məlumatların idarə olunması və təhlükəsizliyi, müəllimlər və valideynlərlə effektiv kommunikasiya üsulları barədə biliklər əldə ediblər. Hazırda da müraciətlər əsasında əlavə təlimlərin təşkili həyata keçirilir".

N.Hüseynova həmçinin bildirib ki, elektron jurnalın tətbiqi müəllimlərlə yanaşı, valideynlərə də böyük imkanlar verir, onların tədris prosesinə birbaşa nəzarət etməsinə şərait yaradır: "Belə ki, valideynlər övladlarının tədris nəticələrini elektron jurnal vasitəsilə öyrənmə imkanı əldə edirlər. Bu sistem vasitəsilə onlar övladlarının dərsə davamiyyəti, aldığı qiymətlər, müəllimin qeydləri ilə asanlıqla tanış ola bilirlər. Ənənəvi gündəlik və ya kağız jurnallardan fərqli olaraq məlumatlar daha operativ, dəqiq və şəffaf şəkildə təqdim olunur. Valideynlər yalnız valideyn iclasları zamanı deyil, istənilən vaxt tədris prosesi ilə bağlı məlumat əldə edə, zərurət yarandıqda direktorla daha tez əlaqə qura bilirlər. Bu isə qarşılıqlı etimadı gücləndirir, anlaşılmazlıqların qarşısını alır və uşaqların inkişafı baxımından məktəb-ailə əməkdaşlığını daha səmərəli edir. Nəticədə valideynlər passiv izləyici deyil, təhsil prosesinin fəal iştirakçısına çevrilirlər: "Reallıqdır ki, təhsil artıq sadəcə sinif otaqları ilə məhdudlaşmır. O, rəqəmsal mühitə doğru çox sürətlə irəliləyir. Bugünkü məktəb artıq əvvəlki məktəb deyil. Yenilənən idarəetmə üsulları, texnoloji imkanlar və açıq informasiya mühiti təhsili yeni mərhələyə daşıyır. Tətbiq olunan rəqəmsallaşma idarəetmədən qiymətləndirməyədək bütün prosesləri əhatə edərək təhsilin təşkilində yeni bir mərhələ formalaşdırır, məktəblərimiz addım-addım daha müasir mühitə doğru irəliləyir. Texnologiyanın təhsillə inteqrasiyası təkcə işi asanlaşdırmır, həm də şagirdlərin gələcəyə daha hazırlıqlı yetişməsinə şərait yaradır. Bu dəyişikliklər yalnız məktəbdaxili proseslərə deyil, bütövlükdə cəmiyyətin təhsilə baxışına da təsir göstərir. Daha açıq, əlçatan, məsuliyyətli və şəffaf hesabatlı təhsil mühiti formalaşır. İnanırıq ki, bu dəyişikliklər zamanla daha müsbət nəticələr verəcək".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, məktəblərdə kağız jurnaldan elektron jurnalla keçid son illər tətbiq edilən ən mühüm yeniliklərdən biridir: "Elektron jurnala keçid doğrudan da çox zəruri idi. Bu, müəllimlərin işini çox asanlaşdırıb. İllərdir ki, müəllimlərin vaxtının çoxu kağız jurnalları doldurmağa gedirdi. Dünənə kimi müəllimlər saatlarla kağız jurnalları doldurmaq, səhvləri düzəltmək və qeydləri yeniləməyə çox vaxt sərf edirdilər. İndi isə müəllimlərin işi yüngülləşib. Elektron jurnal vasitəsilə bu işlər daha sürətli və operativ şəkildə həyata keçirilir. Üstəlik, bütün qeydlər sistemli və şəffaf şəkildə saxlanıldığı üçün müəllim həm öz işini daha asan təqdim edə bilir. Üstəlik, müəllimlər kağız daşıyıcıların daşınması, qorunub saxlanılması kimi yüklərdən də azaddırlar".

Günay Əkbərova deyir ki, elektron jurnalın tətbiqi müəllimlərlə yanaşı, valideynlər üçün də böyük üstünlüklər təşkil edir, onların tədris prosesinə birbaşa nəzarət etməsinə imkan yaradır. Belə ki, valideynlər övladlarının qiymətlərini və nəticələrini elektron jurnal vasitəsilə real öyrənmə imkanı əldə edirlər. Hətta işləyən valideynlər də işdə olan zaman da telefon və ya kompüter vasitəsilə övladının təhsil göstəriciləri barədə məlumat əldə edə bilirlər. Bu da valideynlərin övladlarının təhsil göstəriciləri barədə vaxtında məlumat əldə etmək imkanı yaradır: "Qeyd edim ki, elektron jurnal vasitəsilə davamiyyət və nəticələr üzrə statistik məlumatların toplanması daha asan olacaq. Bununla da hansı məktəbdə və ya hansı fəndə çətinliklərin olduğunu aşkarlamaq daha rahat olacaq. Nəticədə bu, qərarvermə prosesini daha da sürətləndirəcək və təhsilin idarə olunmasını daha çevik və operativ edəcək. Şəffaflıq həm də təhsildə qeyri-şəffaf halların qarşısını almaqda mühüm rol oynayır".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Yanvar 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri