Icma.az
close
up
RU
Rəqəmsal məktəb təhsildə hansı yenilikləri vəd edir?

Rəqəmsal məktəb təhsildə hansı yenilikləri vəd edir?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, fevralın 7-dən etibarən ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində "Rəqəmsal məktəb" platforması istifadəyə verilib. Bu platforma rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır. Yeni sistem şagird, valideyn, müəllim və direktorun iştirakı ilə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir. Platformaya giriş digital login üzrə aparılır. Belə ki, valideyn, müəllim və məktəb rəhbərləri "SİMA" rəqəmsal imza vasitəsi ilə bütün digital login imkanlarından təhlükəsiz istifadə edərək şəxsi səhifəsinə giriş imkanına malikdir. Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır.

"Rəqəmsal məktəb" layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. Platformada şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola bilərlər. Valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər.

Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər. "Sima" və identifikasiya kodu ilə valideyn övladının təhsil göstəricilərini onlayn izləmə imkanına sahib olacaq. Giriş məlumatları hər bir şagird üçün valideyni tərəfindən təyin edilmiş şifrə və UTİS kod vasitəsilə mümkündür. Şagirdlərin elektron resurslardan istifadəsi imkanının təmin olunması məqsədilə hər fənn üzrə mövzuya uyğun elektron resurlar - video dərslər, tapşırıqlar və kvizlər (test) yerləşdirilib ki, şagirdlər məktəbdə keçirilən hər hansı mövzu üzrə çətinlik çəkdikdə və yaxud müəyyən səbəblərdən dərsdə iştirak etmədikdə platforma üzrə yaradılmış elektron resurslardan istifadə edə bilsinlər.

Tədris prosesini daha maraqlı və cəlbedici edən, həmçinin şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslərin önəmli rolu var. Bu proses fizika, kimya, Azərbaycan dili, təbiət, riyaziyyat və sair məktəb proqramını və ibtidai sinifləri əhatə edir. Videodərslər hər bir şagirdə olduğu məkandan asılı olmayaraq geniş öyrənmə imkanları yaradır. Eyni zamanda, platforma şagirdə dərs tapşırıqlarının həllini müəllimin dilindən vizual izahlı şəkildə dinləmək imkanı da verir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə deyir ki, müasir dünyada informasiya kommunikasiya texnologiyalarının inkişafı məktəbin rəqəmsallaşmasını aktuallaşdırıb. Məktəbin rəqəmsallaşması rəqəmsal məktəb platformasının yaranmasını şərtləndirib. İnkişaf etmiş ölkələrdə rəqəmsal məktəb platforması artıq uğurla aprobasiyadan keçib: "Artıq bir müddətdir ki, bizim məktəblərimizdə də bu platformaya keçidlə bağlı hazırlıq işləri həyata keçirilir. Daha dəqiq ifadə etsək, təhsil işçilərinə məlumdur ki, rəqəmsal məktəb platformasının müxtəlif elementləri tədricilik prinsipinin tələbləri müstəvisində artıq məktəb  həyatına daxil olubdur. İndi onun tam formatda həyata keçirilməsi üçün zəruri şərait yaranıb. Rəqəmsal məktəb platformasının tətbiqi sadə proses deyil. Bəs bu prosesin tətbiqinin çətinlikləri nədən ibarətdir? Rəqəmsal məktəb platformasının tətbiqi üçün ilkin şərt məktəblərin informasiya-kommunikasiya texnologiyaları və internet ilə təmin olunmasıdır. Sevindirici haldır ki, bu gün məktəblərimizin demək olar ki, mütləq əksəriyyəti həm internet şəbəkəsi, həm də informasiya kommunikasiya texnologiyaları ilə təchiz olunubdur. İkinci əsas şərt müəllim və şagirdlərin kompüter bacarıqlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə düşünürəm ki, məktəblərimiz çətinlikləri keçib. Bu gün kompüter bacarıqlarına malik olmayan müəllim və şagird tapmaq çətindir. Rəqəmsal məktəb platformasının tətbiqi üçün valideynlərin kompüter bacarıqlara malik olması da əsas şərtlərdən biridir. Bu istiqamətdə hər hansı bir çətinliklər ola bilər. Düşünürəm ki, müəllimlərin valideynlərlə əməkdaşlığı bu çatışmazlığın aradan qaldırılmasının məhək daşı ola bilər".

Professorun sözlərinə görə, zəruri şərtlər ödənildiyi üçün artıq bir müddətdir Bakı şəhərinin 324 məktəbində "rəqəmsal məktəb" platformasının tətbiqinə başlanılıb. İlk təcrübə olduğu üçün bu, təbii ki, pilot layihə kimi tətbiq edilib. Görülən işlər bu layihənin uğur qazanma ehtimalının yüksək olduğuna və yaxın gələcəkdə bütün məktəblərdə onun tətbiq olunacağına əminlik yaradır. Belə ki, rəqəmsal məktəb platforması milli onlayn təhsil platforması olub, təhsilimizin yeni keyfiyyət mərhələsinə keçiddir: "Rəqəmsal məktəb platforması informasiya-kommunikasiya texnologiyalarının məktəbə tətbiqinin daha geniş miqyasda tətbiqidir. Təbii ki, sınaq müddətində məktəblərdə aidiyyəti qurumlar tərəfindən monitorinqlər həyata keçiriləcək, yarana bilən gözlənilən və ya gözlənilməyən çatışmazlıqlar aşkar edilib, aradan qaldırılacaqdır. Bu rəqəmsal məktəb müstəvisində zəruri təcrübənin əldə edilməsinə kömək edəcəkdir ki, bu təcrübə də öz növbəsində bu platformanın əhatəliliyinin artırılması, yəni digər regionlara tətbiq olunarkən işlərin daha səmərəli təşkilinə şərait yaradacaqdır".

Hikmət Əlizadə hesab edir ki, rəqəmsal məktəbin üstünlükləri çoxdur. Bu ilk növbədə təhsil iştirakçılarının hamısı üçün əlçatanlığı təmin olunmasında öz təcəssümünü tapır. Belə ki, əlçatanlığın təmin edilməsi təhsil iştirakçılarının hamısı üçün (müəllimlər, valideynlər, şagirdlər, məktəb direktoru və s.) şəxsi kabinetlərin açılması yolu ilə həyata keçiriləcəkdir. Məktəb rəhbərliyi, müəllimlər və valideynlər şəxsi kabinetlər vasitəsi ilə hər bir şagirdin gündəlik təlim fəaliyyəti, qiyməti, o cümlədən dərs cədvəli, tədris edilən fənlər üzrə materiallar, evə verilən tapşırıqlar və sair məsələlərlə tanış olmaq imkanı əldə edəcəklər: "Məlum olduğu ki, şagirdin hər hansı bir uğur qazanması valideynin məktəblə əlaqəsindən çox asılıdır. Bu gün, bazar iqtisadiyyatı şəraitində bir çox valideynin məktəblə əlaqə saxlaması çətinləşib. Tıxacların çoxalması da valideynlərin məktəblə əlaqəsinin daha da zəifləməsini şərtləndirmişdir. Rəqəmsal məktəb platformasının tətbiqi valideynlərin məktəblə əlaqəsinin yaxşılaşması imkanlarını genişləndirir, o, övladının təlim fəaliyyəti, ona verilən tapşırıqlar tanış ola bilir. Bununla yanaşı, valideynlər məktəb rəhbərliyi, sinif rəhbəri, fənn müəllimləri ilə əlaqə saxlaya bilirlər, məktub yazaraq, övladı ilə bağlı onlardan onu maraqlandıran məsələləri öyrənmək imkanı əldə edirlər. Şagird üçün də bu platformanın üstünlükləri çoxdur. Birinci növbədə bu platformada valideynlərin məktəblə əlaqəsinin yaxşılaşdırılması şagirdin məsuliyyətini artırır. Şagird müəyyən üzrlü səbəbə görə dərsə getməyəndə, ona verilmiş tapşırıqlar haqqında məlumat əldə edir. Bu platformada müxtəlif fənlər üzrə məlumatlar elektron formatda şagirdlərin ixtiyarına verilir. Hazırda bu platforma ibtidai siniflər və V-VII siniflərdə tətbiq olunur. Bu siniflər üzrə artıq müəyyən fənlər üzrə materiallar platformada yerləşdirilib. Bizdə olan məlumata görə, ibtidai siniflər üzrə Azərbaycan dili, ingilis dili və riyaziyyata, V-VII siniflər üzrə isə Azərbaycan dili, Azərbaycan tarixi, fizika fənlərinə aid zəruri məlumatlar artıq platformada yerləşdirilib. Şagird dərsi yaxşı başa düşmədiyi hallarda da, bu platforma vasitəsi ilə lazımi biliklər əldə edirlər. Valideynlər SİMA imza və ya xüsusi kod vasitəsi ilə bu platformaya daxil ola bilirlər. Bu platformadan istifadə etmələri üçün sinif rəhbərləri onlara müəyyən konsultasiyalar verirlər. Şagirdlər isə valideynlər tərəfindən yaradılan şifrə ilə platformaya daxil ola bilirlər. Valideynlərin övladlarının təlim fəaliyyətini məsafədən izləməsi, düşünürəm ki, rəqəmsal məktəb platformasının daha səmərəli olma ehtimalını artırır. Rəqəmsal məktəb platformasının məktəb həyatına tətbiqinin genişləndirilməsi, düşünürəm ki, yaxın gələcəkdə rəqəmsal ali məktəbin yaranmasına da rəvac verəcəkdir. Bu platformanın ali məktəb həyatına daxil olması hibrid dərslərin həyata keçirilməsinə də imkan verə bilər. Hazırda dünya təcrübəsində təhsil sistemində belə dərslər tətbiq olunur. Məsələn, təhsil alanlar həftənin üç günü ənənəvi qaydada, iki günü onlayn formada dərs keçirlər. Bu yolla tədris şəhərlərdə tıxacların azalmasına hesablanıb. Rəqəmsallaşma başqa formada da dərslərin təşkilinə imkan yaradır.

Məsələn, bir çox ölkələrdə hibrid auditoriyalar fəaliyyət göstərir. Tələbə hər hansı birgün üzrlü səbəbə görə dərsə gəlmək imkanına malik olmadıqda, dekanlığın icazəsi ilə dərsə onlayn qoşulur. Dərsin bu formada təşkili onun əlçatanlıq imkanlarını genişləndirir".

Professor qeyd edib ki, rəqəmsal məktəb platforması təhsilin əlçatanlığının artırılması baxımından geniş imkanlara malikdir. Əsas məsələ bu prosesin başlanması idi. Rəqəmsal məktəb platforması təhsilə müasir və yeni yanaşmadır. Onun fəlsəfəsi müəllim və valideynlərə şagirdlərin daha yüksək səviyyədə təhsil alması yeni əməkdaşlıq imkanları açır.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri