Icma.az
close
up
RU
Rəqəmsal ödəmə sistemləri şəffaflığı artırır AYDINLIQ GƏTİRİLDİ

Rəqəmsal ödəmə sistemləri şəffaflığı artırır AYDINLIQ GƏTİRİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Rəqəmsal ödəmə sistemləri və elektron ticarətin artması son illərdə milli iqtisadiyyatda şəffaflığın artırılmasında mühüm rol oynayıb. Heç təsadüfi deyil ki, Azərbaycanda 2024-cü ildə kart vasitəsilə edilən əməliyyatların 84 faizi elektron ticarətin payına düşür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: "Elektron ticarətin həcmi 2024-cü ildə 2023-cü illə müqayisədə 69,8 faiz artmışdır. Ümumiyyətlə, elektron ödənişlər — POS terminalları, onlayn bankçılıq və mobil ödənişlər — nağdsız əməliyyatların payını artırır. Bu da nağd dövriyyədə gizlədilən gəlirlərin azalmasına səbəb olur, çünki hər bir əməliyyat rəqəmsal iz buraxır. Dövlət orqanları, xüsusilə vergi xidməti, bu məlumatlar vasitəsilə real gəlirləri daha dəqiq izləyə bilir. Nəticədə, “kölgə iqtisadiyyatı”nın həcmi azalır.

Dövlət Statistika Komitəsinin son göstəricilərinə görə, Azərbaycanda “kölgə iqtisadiyyatının” həcmi 7–8 faiz civarındadır. Beynəlxalq qiymətləndirmələr isə bu rəqəmi təqribən 14 faiz səviyyəsində göstərir. Hər iki halda əvvəlki illərlə müqayisədə bu, müsbət nəticə sayılır. Fərqin yaranma səbəbi ondan ibarətdir ki, beynəlxalq hesablamalar rəsmi statistikanın əhatə etmədiyi bütün uçotsuz dövriyyələri də nəzərə alır.

Beləliklə, rəqəmsal ödəmə sistemləri və elektron ticarət iqtisadiyyatı əvvəlkindən daha şəffaf hala gətirib. Onlayn mağazalar və ticarət platformaları rəsmi qeydiyyatdan keçdiyi üçün satışlar, gəlirlər və müştəri axını rəqəmsal uçotda əks olunur. Ənənəvi bazarlarla müqayisədə onlayn satışların izlənməsi və vergiyə cəlb edilməsi daha asan həyata keçirilir. Bu da dövlət büdcəsinə daxilolmaları artırır və qeyri-rəsmi ticarətin payını azaldır. Tam şəffaflığın təmin olunması üçün bütün ödənişlərin rəqəmsallaşdırılması vacibdir. Vergi və bank sistemlərinin inteqrasiyası tam şəkildə təmin edilməli, elektron uçot mədəniyyəti daha da inkişaf etdirilməlidir.

Rəqəmsallaşmanın iqtisadiyyata təsiri aydın şəkildə müsbətdir: gəlirlərin gizlədilməsi və korrupsiyanın həcmi azalır, nəzarət güclənir, haqsız rəqabət aradan qalxır. Nəticədə sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaranır. Elektron platformalar şəffaf rəqabəti təşviq edir, investisiyaların həcmini artırır və rəqəmsal şəffaflıq xarici investorların ölkəyə olan etimadını gücləndirir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri