Icma.az
close
up
RU
Fərdi tikim geyimlərin dəyərini artırır AYDINLIQ GƏTİRİLDİ

Fərdi tikim geyimlərin dəyərini artırır AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Modelyerlərin işlədiyi geyimlərin baha olmasının bir neçə əsas səbəbi var. Əvvəla, burada parça seçimi tamamilə fərdi şəkildə aparılır. Bir var toptan alınan parçalar, bir də var metrə ilə, xüsusi olaraq seçilən parçalar. Bunlar bir-birindən həm keyfiyyətinə, həm də qiymətinə görə ciddi şəkildə fərqlənir". Bunu SİA-ya açıqlamasında stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudova deyib.

Onun sözlərinə görə, fərdi alınan parçaların qiyməti daha yüksək olur. Fabrikaya gedən parçalar isə adətən daha ucuz başa gəlir, çünki onların tərkibində sintetik qatqılar çox olur: "Halbuki xüsusi seçilmiş parçalar, yəni fərdi tikilən geyimlər üçün istifadə olunan materiallar həm metrəsinə görə baha olur, həm də tərkibi daha təbii, sağlam və keyfiyyətli olur. Bu da geyimin həm görünüşünə, həm də davamlılığına birbaşa təsir edir.

İkinci məsələ biçimlərlə bağlıdır. Fərdi tikilən geyimlərdə standart biçimlərdən istifadə olunmur. Bu geyimlər mağazalarda satılan hazır modellər kimi kütləvi istehsal üçün deyil, konkret bir insan üçün hazırlanır. Siparişçinin bədən ölçülərinə, istəklərinə və zövqünə uyğun olaraq xüsusi biçim hazırlanır və tikilir. Bu proses həm daha çox vaxt aparır, həm də peşəkar yanaşma tələb edir.

Tikişlərdə də ciddi fərqlər mövcuddur. Mağaza geyimlərində, yəni fabrik istehsalı olan məhsullarda dikişlər adətən birbaşa üç sapla vurulur, əlavə zapas qoyulmur. Bəzi hallarda astar da istifadə edilmir. Tikişlər sadə və düz olur, əsas məqsəd sürətli və kütləvi istehsaldır. Bu isə geyimin uzunömürlü olmasına hər zaman zəmanət vermir.

Xüsusi tikilən geyimlərdə isə proses daha fərqli şəkildə aparılır. Əvvəlcə əsas düz dikiş vurulur, sonra geyim ayrıca otuzdurulur və formaya salınır. Tikişlər daha möhkəm, səliqəli və keyfiyyətli olur. Bu cür yanaşma geyimin həm estetik görünüşünü artırır, həm də daha uzun müddət istifadə olunmasına şərait yaradır. Bundan əlavə, bu tip geyimlərin üzərində tez-tez əl işləri də olur. Əl işləri isə maşın dikişi ilə müqayisədə daha baha başa gəlir. Çünki bu proses tamamilə əllə görülür, böyük zəhmət və diqqət tələb edir. Hər detal üzərində ayrıca işlənilir və bu da geyimi daha dəyərli edir.

Məhz bütün bu amillərə görə fərdi tikilən, modelyer işi olan geyimlər adi mağaza geyimlərindən daha baha olur. Bu geyimlər təkcə paltar deyil, eyni zamanda zəhmətin, sənətin və keyfiyyətin nəticəsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri