Icma.az
close
up
RU
Rəqəmsal qiymətləndirməyə keçid üçün nazirlik nə marifləndirmə aparır, nə müəllimlərə təlim keçir

Rəqəmsal qiymətləndirməyə keçid üçün nazirlik nə marifləndirmə aparır, nə müəllimlərə təlim keçir

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlaması zamanı bildirib ki, Azərbaycan dili üzrə dövlət dili imtahanı da daxil olmaqla bir sıra imtahanların növbəti mərhələdə tam rəqəmsal formatda həyata keçirilməsi planlaşdırılır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, DİM-in bir sıra imtahanların, o cümlədən Azərbaycan dili üzrə dövlət dili imtahanının növbəti mərhələdə tam rəqəmsal formata keçiriləcəyini açıqlaması modern qiymətləndirmə sistemlərinə keçid baxımından nəzəri olaraq müsbət addım sayıla bilər:

"Lakin bu keçidin real uğurla nəticələnməsi üçün sadəcə texniki infrastruktur deyil, eyni zamanda hüquqi çərçivə, metodik hazırlıq, pedaqoji uyğunluq, sosial ədalət və bərabər çıxış imkanları təmin olunmalıdır. Əks halda, rəqəmsallaşma sadəcə texnoloji dəyişiklik olaraq qalacaq və keyfiyyətə təsir etməyəcək. Rəqəmsal qiymətləndirməyə keçidin əsas müsbət tərəfi imtahan prosesində çevikliyin və şəffaflığın artması, emal və nəticələrin daha sürətli açıqlanması, insan faktorundan asılılığın azalmasıdır. Məsələn, çoxseçimli sualların dərhal avtomatik qiymətləndirilməsi, iştirakçının cavab davranışının analiz edilməsi (məsələn, suallara sərf olunan vaxt, dəyişiklik sayı və s.) nəticələrin daha obyektiv və təhlilə əsaslanan şəkildə hazırlanmasına imkan yaradır. Bundan başqa, onlayn formatda keçirilən imtahanlar iştirakçılar üçün daha çox cədvəl və yer seçimi azadlığı təmin edə bilər. Bu isə regional fərqlərin aradan qaldırılmasına kömək edə bilər".

Onun sözlərinə görə, rəqəmsallaşma texniki keçiddən daha artıqdır:

"İmtahan sisteminin rəqəmsallaşması üçün ilk növbədə infrastruktur bərabərliyi təmin olunmalıdır. Azərbaycanın bir çox regionlarında, xüsusilə kənd və qəsəbələrdə hələ də sürətli internetə çıxış, müasir kompüter avadanlıqları və IT bacarıqlarına malik istifadəçi sayı məhduddur. 2023-cü il üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, ölkədə internet istifadə səviyyəsi 88% olsa da, bu göstərici əsasən şəhər yerlərinə aiddir. Kənd yerlərində isə bu göstərici 65%-dən aşağıdır. Bu isə imtahanda bərabər iştirak imkanlarını sual altına alır. Dövlət dili üzrə imtahanda iştirak edənlərin böyük qismi yaşı 35-dən yuxarı olan və texnologiya ilə az təcrübəsi olan şəxslərdir. Onların rəqəmsal formatda imtahan verməsi əlavə hazırlıq və texnoloji adaptasiya tələb edir. Hazırda DİM bu kateqoriya üçün heç bir keçid təlimi və ya sınaq mexanizmi təqdim etmir. Qanunvericilik baxımından da müəyyən boşluqlar mövcuddur. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa görə, dövlət qulluğuna qəbulda dövlət dili biliyinin yoxlanılması məcburidir, lakin imtahanın formatı və keçirilmə şərtləri tam aydın tənzimlənməyib. Hər hansı texniki nasazlıq, platforma çatışmazlığı və ya iştirakçının texnoloji savadsızlığı imtahan nəticəsinə təsir edəcəksə, bu, hüquqi baxımdan şikayət və narazılıqların artmasına səbəb olacaq. DİM bu risklərə qarşı hüquqi mexanizmləri və alternativ imkanları əvvəlcədən müəyyən etməlidir".

Ekspert vurğuladı ki, rəqəmsallaşmanın effektiv həyata keçirildiyi ölkələrdə bu proses təkcə texnologiyanın tətbiqi ilə deyil, həm də metodologiyanın dəyişməsi ilə müşayiət olunur.

"Məsələn, Estoniyada imtahanlar tam rəqəmsal formata keçirildikdən sonra iştirakçıların IT bacarıqlarını artırmaq məqsədilə məktəb və ali məktəblərdə xüsusi modullar tədris olunmağa başlanıb. Koreyada imtahan platformaları süni intellektlə təchiz olunub və fərdi qiymətləndirmə əsaslı nəticə analizi tətbiq olunur. Azərbaycanda isə bu texnoloji keçidə pedaqoji və metodik dəstək yoxdur. Müəllimlər, şagirdlər və imtahan iştirakçıları yeni formatlara psixoloji və praktik cəhətdən hazırlanmadan bu sistemə daxil edilirlər. Bu da imtahan nəticələrinin obyektivliyinə və sosial ədalətə zərbə vurur. Elm və Təhsil Nazirliyi isə bu prosesdə passiv rol oynayır. Rəqəmsal qiymətləndirməyə keçid DİM-in təşəbbüsü ilə həyata keçirilir, lakin tədris proqramlarında bu dəyişikliklərə uyğun adaptasiya yoxdur. Dövlət dili dərsləri hələ də ənənəvi formada, test yönümlü keçirilir, yazı və nitq bacarığına yönəlik müasir texnologiyaların inteqrasiyası baş verməyib. Nazirlik nə texnoloji marifləndirmə aparır, nə müəllimlərə təlim keçir, nə də məktəblərdə rəqəmsal savadlılığı artırmaq üçün proqramlar hazırlayır. Heç bir plan, yol xəritəsi və ya proqnoz açıqlanmır.

Nəticə etibarilə, imtahanların rəqəmsal formata keçirilməsi potensial baxımından müsbət addımdır və idarəetmədə çevikliyi, operativliyi, şəffaflığı artıra bilər. Lakin bu keçid sistemli hazırlıq, sosial ədalətin qorunması və hüquqi, pedaqoji çərçivənin yaradılması olmadan həyata keçirilərsə, məqsədinə çatmayacaq. Əksinə, texnoloji fərqlər yeni sosial təbəqələşmə, nəticələrin etibarsızlığı və imtahanlara etimadsızlıq yarada bilər. Rəqəmsal format sadəcə texnologiya deyil – bu, idarəetmə fəlsəfəsinin, qiymətləndirmə yanaşmasının və təhsilin mahiyyətinin dəyişməsini tələb edir. Bu dəyişiklik isə hələ ki, yalnız kağız üzərindədir",- deyə K.Əsədov qeyd etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 İyul 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri