Icma.az
close
up
RU
Rəqəmsal bankçılıq üçün səmərəli platforma

Rəqəmsal bankçılıq üçün səmərəli platforma

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda dayanıqlı maliyyə ekosisteminin möhkəmləndirilməsi üçün hədəflər müəyyən edilib

Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda ölkəmizdə bank sektorunun inkişafı sahəsində son illərdə həyata keçirilən tədbirlər, müasir çağırşlardan irəli gələn yeni prirotitetlər, səmərəli maliyyə ekosisteminin inkişaf yolları, rəqəmsal transformasiya sahəsində əməkdaşlıq barədə faydalı müzakirələr aparılıb. Nağdsız iqtisadiyyat, rəqəmsal bankçılıq, maliyyə texnologiyaları, “yaşıl bank” həlləri kimi məsələlərin müzakirəsi üçün geniş platforma olan forumda “Sərhədsiz bankçılıq: Maliyyə məzənnəsini yenidən müəyyən edən qlobal qüvvələr”, “Risklər və tənzimləyici təkamül”, “Yerli banklar növbəti artım dalğasını necə formalaşdırır”, “Etibarlı, təhlükəsiz və davamlı bank işi” mövzularında panel sessiyaları keçirilib. Tədbirdə çıxış edən “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, son illərdə bank sektorunda institusional mühiti daha da yaxşılaşdırılıb, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazası beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilib, bazara rəqabətə davamlı iştirakçıların daxil olması təmin edilib. Ödəniş xidmətləri həyata keçirən  elektron pul və ödəniş təşkilatlarının, ödəniş sistemi operatorunun sayı artıb. İslahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi genişlənməkdə davam edir. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş sistemləri üzərindən edilən ödənişlərin həcmi 590 milyard manat olub və 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9,4 faiz artıb.

Bank sektorunun aktivləri 56,1 milyard manata çatıb

Z.Nuriyevin sözlərinə görə, bu dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının həcmi 72,2 milyard manat təşkil edib ki, bu da ötən ilin 3-cü rübünə nisbətə 29,1 faiz çoxdur. Bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67,4 faizə çatdırıb. Ötən 10 ay ərzində nağdsız əməliyyatların xüsusi çəkisinin 67 faizə yüksəlməsi, ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması sektorun rəqəmsal transformasiyasının real nəticələrini əks etdirir.

2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri isə 10,4 faiz artaraq, tarixi həddi ilk dəfə keçib və 56,1 milyard manata yüksəlib. Bu artımda əsas pay aktivlərin yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur. Bu dövrdə kredit portfeli 9,6 faiz artaraq 29,3 milyard manata çatıb. Biznes kreditlərinin qalıq həcmi də 1,1 milyard manat artaraq 15,5 milyard manata yüksəlib. Bu dövrdə banklarda fiziki şəxslərin əmanətləri 15,4 milyard manat, müddətli əmanətlər isə 9,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 faiz və 18 faiz artım deməkdir. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 34,6 faizdən 32,3 faizə enib. Hesabat dövründə bankların kapitalı illik müqayisədə 14 faiz artaraq 7,2 milyard manata yüksəlib. Bank sektorunun xalis mənfəəti isə 8,2 faiz artaraq 911 milyon manata çatıb.

Sinqapur və Malayziyanın bank modelləri tətbiq olunacaq

ABA rəhbəri vurğulayıb ki, rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla “sandbox” rejiminin (Tənzimləyici Test Rejim) qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilir. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilir. Nəticədə, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcək.

Z. Nuriyev bank sektorunda zəruri hesab edilən islahatlar barədə də fikirlərini açıqlayıb. Strateji hədəfə uyğun olaraq, Mərkəzi Bankın nəzdində innovasiya habının yaradılması, rəqəmsal bankçılıq üzrə yeni nəsil qanunvericilik bazasının qəbul edilməsi, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazasının mövcud reallıqlar və inkişaf tendensiyası nəzərə alınaraq təkmilləşdirilməsi, habelə “sandbox” rejimində tətbiq edilən nəzarət çərçivəsinin  yumşaldılması nəzərdə tutulur. Habelə Ani Ödənişlər Sisteminin funksional imkanlarının və digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi, innovativ ödəniş alətlərinin, NFC və digər texnologiyaların tətbiqi planlaşdırılır. Diqqətçəkən digər bir məqam “card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunub saxlanılmasıdır.

Elektron pul təşkilatlarının sayı 17-yə çatıb

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov vurğulayıb ki, son illərdə ölkəmizdə rəqəmsal ödənişlərin genişlənməsi, maliyyə xidmətlərinin daha səmərəli, çevik və əlçatan olmasına şərait yaradılıb, maliyyə texnologiyaları sektorunun dinamik inkişafı təmin edilib. Ölkədə 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərir, onların ümumi əməliyyat həcmi cari ilin ilk 10 ayı üzrə 53,1 milyard manat təşkil edib. Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, 4 bank isə hesab üzrə məlumat xidməti təchizatçısı kimi ekosistemə qoşulub. Mərkəzi Bank “Açıq Maliyyə” çərçivəsində Open API standartları, məlumat təhlükəsizliyi və müştəri razılığı modellərinin formalaşdırılması üzərində çalışır. Bu proses maliyyə xidmətlərinin fərdiləşdirilməsi, rəqabətliliyin artırılması və məlumat axınlarının səmərəli idarə olunmasına xidmət edir. Mərkəzi Bank tərəfindən yaradılmış Xüsusi Tənzimləmə Rejimi çərçivəsində fəaliyyət göstərən layihələrin real mühitdə sınaqdan keçirilməsi, onların texniki və əməliyyat dayanıqlılığının qiymətləndirilməsi məqsədilə aparılan işlər davam etdirilir. Bu rejimə əsasən, “Pre-Sandbox” modelinin hazırlanması istiqamətində də işlər aparılır.

Bankların 70 faizi köçürmələrini Ani Ödənişlər Sisteminə inteqrasiya edib

V.Xəlilov bildirib ki, Ani Ödənişlər Sistemi (AÖS) üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir. Hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Son aylarda diqqət yalnız C2C ödənişlərinin AÖS-ə keçidinə deyil, eyni zamanda, B2B ödənişlərinin AÖS-ə keçidinə və C2B ödənişlərinin “AZ-QR” vasitəsilə genişlənməsinə yönəldilib. Əlavə olaraq, HÖP ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində iş aparılır. Bunun nəticəsidir ki, həm ani ödənişlərin həcmi, həm də xidmətlərin əhatə dairəsi əhəmiyyətli şəkildə artıb. AÖS əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1,8 milyona çatıb. “AZ-QR” kodu emitent və ekvayer tərəfdə tətbiq edən bankların sayı artır. Bankların 70 faizi C2C köçürmələrini AÖS ilə inteqrasiya edib. Qoşulmuş banklar mərhələli şəkildə trafiki artırmaqda davam edirlər. İnternet bankçılıq üzərindən emal olunan AÖS ödənişlərinin aylıq dövriyyəsi 4 dəfə artaraq 100 milyon manata, əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1,8 milyona çatıb.

“AZ-QR” kodu emitent və ekvayer tərəfdə tətbiq edən bankların sayı artır. Bankların 70 faizi C2C köçürmələrini AÖS ilə inteqrasiya edib. Sistemə qoşulmuş banklar mərhələli şəkildə trafiki artırmaqda davam edirlər. İnternet bankçılıq üzərindən emal olunan AÖS ödənişlərinin aylıq dövriyyəsi 4 dəfə artaraq 100 milyon manata çatıb.

Ümumilikdə, Bank Forumunda müzakirə edilən məsələlər müəyyən edilmiş məqsədlərə çatmağa, bank sektorunun rəqəmsal ekosisteminin inkişafı üçün xarici tərəfdaşlarla əməkdaşlığın güclənməsinə, keyfiyyət tələbləri və risk əsaslı nəzarət mexanizmlərinin güclənməsinə, dayanıqlı maliyyə ekosisteminin möhkəmlənməsinin təmin edilməsinə töhfə verəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri