Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Rəqəmsal transformasiya milli inkişaf strategiyasının əsas prioritetlərindən biridir

Rəqəmsal transformasiya milli inkişaf strategiyasının əsas prioritetlərindən biridir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan son illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində regionun siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Hazırda isə ölkə inkişafın yeni mərhələsinə qədəm qoyaraq rəqəmsal transformasiya, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində genişmiqyaslı dəyişikliklər həyata keçirir. Bu proses yalnız texnoloji yenilənmə deyil, eyni zamanda dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Cari ilin fevral ayında cənab Prezidentin  sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal inkişaf istiqamətlərini müəyyən edən mühüm qərarlar qəbul edildi. Həmin qərarlar əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqi dövlətin bu sahədə uzunmüddətli və sistemli yanaşmasının növbəti təzahürü oldu. Bu təşəbbüslər Prezident cənab İlham Əliyevin müasir dövrün çağırışlarını düzgün qiymətləndirən uzaqgörən siyasətinin nəticəsi kimi çıxış edir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcəyin iqtisadi gücü yalnız təbii resurslarla deyil, bilik, innovasiya və texnologiyalarla müəyyən ediləcək. Məhz buna görə də rəqəmsallaşma dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Təsdiq olunmuş Fəaliyyət Planı rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində qarşıdakı üç il üçün konkret hədəfləri müəyyən edir. Sənəd dövlət xidmətlərinin daha əlçatan və şəffaf olmasını, iqtisadiyyatın rəqəmsal sektorunun genişlənməsini, innovasiya ekosisteminin gücləndirilməsini və Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Bu istiqamətdə xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən iclas ölkənin rəqəmsal transformasiya siyasətinin yüksək səviyyədə koordinasiya olunduğunu bir daha nümayiş etdirdi. Mehriban xanım Əliyeva çıxışında rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahələrində görülən işlərin Azərbaycanın milli maraqlarına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etdi. Birinci vitse-prezidentin rəhbərliyi altında fəaliyyət göstərən Şura dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi və rəqəmsal texnologiyaların cəmiyyət həyatına daha geniş inteqrasiyası baxımından mühüm platforma rolunu oynayır. Hazırda ölkədə həyata keçirilən rəqəmsallaşma siyasətinin mərkəzində vətəndaş məmnuniyyətinin artırılması dayanır. Dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunmasını nəzərdə tutan “mygov” və “mygov Biznes” layihələri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ayrı-ayrı dövlət qurumlarının müxtəlif tətbiqlərindən istifadə etmək zərurətinin aradan qaldırılması, xidmətlərin vahid ekosistemə inteqrasiyası və proseslərin sadələşdirilməsi vətəndaşlarla dövlət arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə xidmət edir. Artıq “e-Sosial”, “e-Təbib”, “e-Su” kimi vacib platformalar “mygov” ekosisteminə inteqrasiya olunub. Digər dövlət xidmətlərinin də mərhələli şəkildə vahid sistemə keçirilməsi nəzərdə tutulur. Bu yanaşma dövlət xidmətlərinin operativliyini artırmaqla yanaşı, şəffaflığın gücləndirilməsinə və korrupsiya risklərinin minimuma endirilməsinə də imkan yaradır. Rəqəmsallaşmanın ən mühüm istiqamətlərindən biri proaktiv xidmətlərin tətbiqidir. Yaşa görə pensiyanın vətəndaş müraciəti olmadan təyin edilməsi, uşağın anadan olmasına görə birdəfəlik müavinətin avtomatik hesablanması, sənədlərin etibarlılıq müddətinin başa çatması ilə bağlı xəbərdarlıqların göndərilməsi kimi yeniliklər dövlət xidmətlərinin insan yönümlü xarakterini daha da gücləndirir. Bu, Prezident cənab İlham Əliyevin vətəndaş məmnuniyyətinin artırılmasına yönəlmiş siyasətinin praktiki nəticələrindən biridir. Azərbaycanın rəqəmsal inkişaf strategiyasında innovasiya ekosisteminin gücləndirilməsi də xüsusi yer tutur. Hazırlanmış qanunvericilik paketi ölkənin texnologiya və innovasiya sahəsində regional liderə çevrilməsinə xidmət edir. Vençur kapitalı fondlarının fəaliyyətinin tənzimlənməsi, kraudfandinq mexanizmlərinin yaradılması, “mələk investorlar” institutunun formalaşdırılması, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi və innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi Azərbaycanın investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq.
Bu islahatlar cənab Prezidentin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi davamıdır. Məqsəd neft-qaz sektorundan kənar sahələrin inkişafını sürətləndirmək, yüksək əlavə dəyər yaradan texnologiya əsaslı iqtisadiyyat formalaşdırmaq və ölkəni regional innovasiya mərkəzinə çevirməkdir. Süni intellekt sahəsində həyata keçirilən tədbirlər isə Azərbaycanın gələcəyin texnologiyalarına hazırlığını nümayiş etdirir. Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi, “mygov” platformasında virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, yüksəksəviyyəli hesablama infrastrukturunun yaradılması və milli GPU sistemlərinin qurulması ölkənin bu sahədə qabaqcıl dövlətlər sırasına qoşulmaq niyyətini ortaya qoyur. Eyni zamanda, süni intellekt üzrə “Tənzimləyici test mühiti”nin yaradılması innovativ həllərin təhlükəsiz və effektiv şəkildə tətbiqinə imkan verəcək. Bu yanaşma beynəlxalq təcrübəyə uyğun olaraq texnoloji yeniliklərin inkişafını sürətləndirəcək və yeni rəqəmsal məhsulların meydana çıxmasına şərait yaradacaq. Rəqəmsal transformasiyanın ayrılmaz hissəsi olan kibertəhlükəsizlik sahəsində də mühüm addımlar atılır. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması üzrə yeni tələblərin müəyyən edilməsi dövlətin rəqəmsal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Müasir dövrdə kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz komponentinə çevrilib. Azərbaycan bu reallığı nəzərə alaraq dövlət qurumlarının, biznes subyektlərinin və vətəndaşların rəqəmsal təhlükəsizliyini təmin edən müasir müdafiə mexanizmləri yaradır. Bu istiqamətdə həyata keçirilən islahatlar ölkənin beynəlxalq kibertəhlükəsizlik reytinqlərində mövqeyinin daha da yaxşılaşmasına xidmət edəcək. Təhsil sahəsində həyata keçirilən rəqəmsal transformasiya da diqqətəlayiq nəticələr verir. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri yeni nəslin müasir texnologiyalara yiyələnməsinə, innovativ düşüncə tərzinin formalaşmasına və insan kapitalının inkişafına mühüm töhfə verir. Bu gün yüz minlərlə şagird və müəllim rəqəmsal təhsil imkanlarından istifadə edir və bu proses davamlı şəkildə genişlənir. Bütün bunlar göstərir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən fundamental islahatlar paketidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası isə bu strateji kursun koordinasiyalı və səmərəli icrasını təmin edən mühüm idarəetmə mexanizmi kimi çıxış edir. Bu gün Azərbaycan yalnız regionun siyasi və iqtisadi liderlərindən biri deyil, eyni zamanda Cənubi Qafqazın rəqəmsal və texnoloji mərkəzinə çevrilmək istiqamətində inamla irəliləyir. Dövlət başçısının uzaqgörən siyasəti, Birinci vitse-prezidentin fəal koordinasiya fəaliyyəti və həyata keçirilən sistemli islahatlar ölkənin rəqəmsal gələcəyinin möhkəm təməllər üzərində qurulduğunu nümayiş etdirir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri