Icma.az
close
up
RU
Rəqəmsal inkişaf Azərbaycanın uzunmüddətli strategiyasının əsas prioriteti

Rəqəmsal inkişaf Azərbaycanın uzunmüddətli strategiyasının əsas prioriteti

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Müşavirə Azərbaycanın hər bir sahədə qazandığı uğurların, malik olduğu üstünlüklərin, onların əsasında dayanan hədəflərin təqdimatı oldu.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, müasir dünyada süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı dərin islahatlar artıq seçim deyil, zərurətdir. Bu istiqamətlər faktiki olaraq ölkələrin iqtisadi, texnoloji və sosial inkişafının səviyyəsini müəyyən edir və qlobal rəqabət qabiliyyətini formalaşdırır.Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, rəqəmsal inkişaf məsələsi Azərbaycanın gələcək inkişafını böyük dərəcədə şərtləndirəcək. Dünyada müşahidə olunan trendlər göstərir ki, süni intellekt texnologiyalarını və böyük həcmli məlumatların emalını effektiv tətbiq edən dövlətlər innovasiya, məhsuldarlıq və idarəetmə sahələrində əhəmiyyətli üstünlüklər qazanırlar. Bu baxımdan Azərbaycan da artıq müəyyən işlər görüb, lakin qarşıdakı mərhələdə rəqəmsallaşma əsas prioritetlər sırasına daxil edilməlidir. Dövlət başçısının sözlərinə görə, məhz bu prioritet yanaşma uzunmüddətli və dayanıqlı inkişafın təminatına çevriləcək.

İlham Əliyev Azərbaycanın mövcud üstünlüklərini də diqqətə çatdırdı. Onun fikrincə, ölkənin zəngin neft-qaz təcrübəsi, beynəlxalq enerji və nəqliyyat layihələrində iştirak bacarığı, habelə geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsi yeni rəqəmsal arxitekturanın qurulması üçün mühüm baza rolunu oynayır. Azərbaycan illər ərzində transmilli kəmər layihələrini, enerji və nəqliyyat dəhlizlərini uğurla reallaşdıraraq həm texniki, həm də idarəetmə sahəsində ciddi təcrübə toplayıb. Bu təcrübə indi rəqəmsal transformasiya prosesində istifadə olunmalıdır.Prezident İlham Əliyev xüsusilə coğrafi mövqeyin əhəmiyyətini vurğuladı. Azərbaycan Asiya ilə Avropa arasında strateji məkanda yerləşir və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas iştirakçılarından biridir. Dövlət başçısının qeyd etdiyi kimi, coğrafi mövqe özü-özlüyündə üstünlük olsa da, onun inkişaf üçün effektiv alətə çevrilməsi düzgün siyasət və strateji baxış tələb edir. Azərbaycan bu üstünlüyü iqtisadi və infrastruktur layihələrinə bağlamaqla real nəticələr əldə edib.

Müşavirədə səsləndirilən mühüm məqamlardan biri də mövcud nəqliyyat və energetika dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərə çevrilməsi ideyası oldu. Prezident İlham Əliyev bildirdi ki, neft-qaz kəmərləri inşa edilərkən kommunikasiya xətləri də nəzərə alınıb, lakin bu günün tələbləri daha genişmiqyaslı və yüksək texnoloji həllər tələb edir. Yeni data mərkəzlərinin yaradılması, regional rəqəmsal qovşaqların formalaşdırılması və beynəlxalq məlumat mübadiləsinin gücləndirilməsi Azərbaycanın rəqəmsal xəritədə mövqeyini daha da möhkəmləndirə bilər.Süni intellektin tətbiqi isə yalnız texnoloji yenilik deyil, eyni zamanda dövlət idarəçiliyində səmərəliliyin artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında bu məsələyə xüsusi yer ayrılması göstərir ki, rəqəmsal transformasiya təkcə iqtisadi deyil, həm də institusional islahatları əhatə edəcək genişmiqyaslı bir proses kimi nəzərdə tutulur.

Beləliklə, Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair çıxışı ölkənin gələcək inkişaf modelində rəqəmsal texnologiyaların mərkəzi yer tutacağını bir daha təsdiqlədi. Süni intellekt, data mərkəzləri və rəqəmsal infrastrukturun inkişafı Azərbaycanın coğrafi və iqtisadi üstünlükləri ilə vəhdətdə yeni inkişaf mərhələsinin əsas dayaqlarına çevrilməlidir. Bu strateji yanaşma ölkənin qlobal rəqabət mühitində mövqeyini gücləndirməklə yanaşı, dayanıqlı və innovativ inkişafını təmin edəcək.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri