Icma.az
close
up
RU
Rəqəmsal yoxsa, ənənəvi diplomatiya?

Rəqəmsal yoxsa, ənənəvi diplomatiya?

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ìnformasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinə düşən fəaliyyət sahələrindən biri də diplomatiyadır. Diplomatiya tarix boyu dövlətlərarası əlaqələrin təşkili və inkişaf etdirilməsi baxımından ən mühim vasitə olub. Ənənəvi diplomatiya əsasən, dövlət rəhbərləri, nazirliklər və rəsmi nümayəndələr arasında gizli görüşlər və sənədlər üzərində qurulub. Bu proses yüksək səviyyəli dövlət nümayəndələrinin fiziki və rəqəmsal olmayan yolla əlaqə qurmasını tələb edirdi. Ancaq son onilliklərdə texnologiyanın sürətli inkişafı ilə diplomatiya yeni bir dönəmə qədəm qoydu. Ìnternetin və xüsusilə sosial medianın meydana gəlməsi dövlətlərə beynəlxalq müstəvidə daha geniş auditoriyaya çatma imkanı verdi. Günümüzdə ənənəvi diplomatiyanın bir istiqaməti olaraq dəyərləndirilən rəqəmsal diplomatiya (ing.Digital diplomacy yaxud Ediplomacy) isə diplomatik məqsədlərə çatmaq üçün internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsidir. Dövlətlər artıq rəsmi diplomatik bəyanatları sosial media platformalarında paylaşaraq, dünya ictimaiyyətini dərhal məlumatlandırırlar.
Həmçinin, rəqəmsal diplomatiya dövlətlərə daha çevik və sürətli qərar qəbul etmə imkanı verir. Ənənəvi diplomatiya ilə müqayisədə, rəqəmsal diplomatiya daha çox zamanın sürətlə keçdiyi bir dövrdə həyata keçirilir. Bu sürət diplomatik reaksiyaların ani olmasını təmin edir və dövlətlərə daha dinamik bir xarici siyasət həyata keçirməyə imkan yaradır. Məsələn, böyük beynəlxalq münaqişələr zamanı dövlətlər sosial media vasitəsilə təcili reaksiya verməyə başladılar. Ancaq bu sürət bəzən problemi daha da böyüdə bilər, çünki qeyri-dəqiq və yanlış məlumatların sürətlə yayılması beynəlxalq səviyyədə anlaşılmazlıqlara səbəb ola bilər. Bu baxımdan, dövlətlər rəqəmsal diplomatiyanın gətirdiyi sürət və geniş əlaqə imkanlarından istifadə edərkən eyni zamanda, bu platformalarda yayılan məlumatların doğruluğunu diqqətlə yoxlamalıdırlar.
Bir çox beynəlxalq təşkilatlar və dövlətlər rəqəmsal diplomatiyanın üstünlüklərini qəbul edərək, ondan daha effektiv istifadə etmək üçün müvafiq strategiyalar və təlimatlar hazırlayırlar. Rəqəmsal diplomatiya həmçinin, dövlətlərə daha şəffaf və açıq münasibət qurmağa kömək edir. Bu da dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını artırır, eyni zamanda beynəlxalq aləmdə şəffaflıq və açıq diplomatiya prinsipinin güclənməsinə səbəb olur.
Beləliklə, məqalənin məzmununda rəqəmsal və ənənəvi diplomatiya arasındakı fərqlərlə, eyni zamanda hər birinin əhəmiyyəti ilə tanış olduqdan sonra gəldiyim nəticəni əsaslandırmaq üçün rəqəmsal və ənənəvi diplomatiyanın mənfi və müsbət cəhətlərini qeyd etmək istərdim. Fikrimcə, hər ikisinin həm müsbət, həm də mənfi cəhətləri var. Düzdür, rəqəmsal diplomatiya texnoloji inkişafla əlaqədar olaraq dövlətlər və beynəlxalq təşkilatlar arasındakı əlaqələri daha sürətli və asan edir. Amma düşünürəm ki, ənənəvi diplomatiyanın rolu hələ də böyükdür. Çünki, üz-üzə görüşlər, şəxsi müzakirələr və etibar üzərində qurulan əlaqələr, xüsusən də strateji və uzunmüddətli məsələlərdə çox önəmlidir. Eyni zamanda, rəqəmsal diplomatiya böhran vəziyyətlərində də faydalıdır. Doğrudur, bunu inkar etmək olmaz, amma bu zaman əgər məlumatlar yanlış yayılar, dezinformasiya halları baş verərsə, bu dövlətlər arasında diplomatik böhranlara yol aça bilər. Ona görə də, fikrimcə, bu məsələyə böyük diqqət yetirilməlidir. Lakin buna baxmayaraq rəqəmsal diplomatiyanın sevdiyim cəhəti odur ki, böyük münaqişələr zamanı, dövlətlər sosial media vasitəsilə təcili reaksiya verə bilirlər. Ənənəvi diplomatiyanın sevdiyim cəhəti bu diplomatiya modelinin çox vaxt təmkin tələb etməsidir. Eyni zamanda ənənəvi diplomatiyanın uzunmüddətli, strateji və dərin müzakirələrə yönəlməsini də bir digər müsbət hal kimi qeyd etmək mümkündür. Lakin bütün bu qeyd etdiklərimi nəzərdən keçirdikdən sonra buradakı xüsusi bir məqamı ortaya çıxardım. O da həm ənənəvi, həm də rəqəmsal diplomatiyanın başlıca xüsusiyyətinin qabaqlayıcı, dəstəkləyici və tamamlayıcı olmasıdır. Bununla da əslində girişdə qeyd etdiyim "rəqəmsal yoxsa, ənənəvi diplomatiya" sualına bir növ cavab tapmış oldum. Fikirlərimi ümumiləşdirib daha da konkretləşdirsəm, onu deyə bilərəm ki, hər iki diplomatiyanın öz yeri ve əhəmiyyəti var. Bu səbəbdən dövlətlər üçün ən optimal yanaşma rəqəmsal ve ənənəvi diplomatiyanı qarşılıqlı şəkildə istifadə edərək, qlobal əlaqələri daha sağlam və effektiv şəkildə qurmaqdır. Daha konkret ifadə etsəm, rəqəmsal diplomatiya ənənəvi diplomatiyanın güclü tərəflərini tamamlayaraq dövlətlərə qlobal siyasətdə daha effektiv olmaq üçün imkanlar təqdim edir.
 

Gülşən Nəsibova


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, tələbə 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see179

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see139

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see132

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see127

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see125

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see110

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see110

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see108

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see106

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri