Icma.az
close
up
RU
Rəqəmsal media və ənənəvi jurnalistika: əvəzləmə, yoxsa tamamlama?

Rəqəmsal media və ənənəvi jurnalistika: əvəzləmə, yoxsa tamamlama?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir texnologiyaların sürətli inkişafı informasiya istehlakında köklü dəyişikliklərə səbəb olub.

Rəqəmsal media ənənəvi jurnalistikanın əsas alternativi kimi formalaşıb və məlumat əldəetmə vərdişlərimizi yenidən müəyyənləşdirib. İnternetin yayılması, sosial media platformalarının güclənməsi və süni intellektin tətbiqi xəbərlərin istehsalı və yayılma sürətini əhəmiyyətli dərəcədə artırıb. Bəs rəqəmsal media ənənəvi jurnalistikanı tamamilə əvəz edə bilərmi? Bu sualın cavabı bir sıra amillərlə bağlıdır: rəqəmsal medianın əlçatanlığı, informasiya axınının sürəti, obyektivlik və etibarlılıq məsələləri, eləcə də jurnalist etikası bu müzakirənin əsas mövzularından biridir.

Ənənəvi jurnalistikanın dərin araşdırmalara və peşəkar standartlara əsaslanması, onu rəqəmsal medianın sürətli, lakin bəzən nəzarətsiz informasiyası ilə müqayisədə daha etibarlı edirmi? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən professor Qulu Məhərrəmli bildirib ki, bu suala birmənalı cavab vermək olmaz:

"Rəqəmsal medianın üstünlükləri danılmazdır, xəbərlərə sürətli çıxış imkanı, geniş auditoriyaya çatmaq və interaktivliyin yüksək olması onu cəmiyyət üçün əlçatan və cəlbedici edir. Bununla belə, ənənəvi jurnalistikanın əsas dəyərləri olan obyektivlik, dəqiqlik və peşəkar etik qaydalar müəyyən fərqliliklər yaradır". 

Qulu Məhərrəmli: Ənənəvi jurnalistikada xəbər dili dəqiqlik, neytrallıq və faktlara əsaslanma prinsiplərinə söykənir

Onun sözlərinə görə, müasir dövrdə rəqəmsal media sürətlə inkişaf edərək informasiya yayımında əsas platformalardan birinə çevrilib. Bununla belə, ənənəvi jurnalistikanın illərlə formalaşmış peşəkar üslubları və dəyərləri medianın keyfiyyətini və etibarlılığını qorumaq üçün vacibdir. Rəqəmsal və ənənəvi media bir-birini tamamlayaraq inkişaf etsə də, jurnalistikanın əsas üslublarının saxlanması informasiya istehlakçılarının düzgün və obyektiv məlumat almasını təmin edir: 

"Ənənəvi jurnalistikada xəbər dili dəqiqlik, neytrallıq və faktlara əsaslanma prinsiplərinə söykənir. Xəbər üslubu konkret və qərəzsiz olmalı, publisistik üslub oxucunu düşündürməli, analitik məqalələr isə hadisələri dərindən təhlil etməlidir. Rəqəmsal media bu üslubları daha sürətli və interaktiv formada təqdim etmə imkanı yaratsa da, sürət naminə keyfiyyətin azalması, təsdiqlənməmiş məlumatların yayılması və sensasiyaçılığın artması kimi risklər də meydana çıxır".

Son olaraq professor qeyd edib ki, ənənəvi jurnalistikanın üslubları qorunmaqla rəqəmsal medianın üstünlüklərindən istifadə etmək jurnalistikanın keyfiyyətli inkişafına töhfə verə bilər: 

"Gələcəkdə media sahəsində hibrid bir yanaşma – yəni, rəqəmsal imkanlarla dəstəklənən peşəkar jurnalistika üslubları  informasiya məkanının daha etibarlı və effektiv olmasını təmin edəcək. Bu yanaşma ənənəvi medianın dəyərlərini qoruyaraq, rəqəmsal platformaların operativliyindən və geniş yayılma imkanlarından faydalanmağa imkan verəcək. Peşəkar jurnalistika standartlarına riayət edilməsi, informasiya istehlakçılarının doğru və obyektiv məlumat əldə etməsinə şərait yaradacaq. Rəqəmsal medianın sürətli və interaktiv olması, jurnalistlərin auditoriya ilə birbaşa əlaqə qurmasını asanlaşdıracaq. Nəticədə, media sahəsində balanslı və keyfiyyətli informasiya axını təmin edilərək cəmiyyətin məlumatlanma prosesi daha effektiv və etibarlı hala gələcək".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri