Icma.az
close
up
RU
​“Rəqəmsallaşma elə bu problemləri həll etmək üçündür” Ekspertdən AYNA ya qınaq

​“Rəqəmsallaşma elə bu problemləri həll etmək üçündür” Ekspertdən AYNA ya qınaq

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz metro hərəkətindəki məhdudiyyətlər fonunda təşkil olunan ekspress avtobuslarda sərnişinlər üçün güzəştli gediş haqqı tətbiq olunmamasını tənqid edib.

Ekspert AYNA sədri Anar Rzayevin bu təklifə qarşı irəli sürdüyü arqumentləri “təəccüblü” adlandırıb. Xatırladaq ki, A.Rzayev pulsuz daşınmanın mümkün olmadığını şəhərdə sərnişin axınını “metrodan çıxan” və “küçədən minən” kimi ayırmanın çətinliyi ilə əsaslandırıb.

O.Gündüz bildirib ki, AYNA rəhbərinin “qarışıqlıq olacaq” arqumenti klassik, oflayn sərnişin idarəetməsi üçün məntiqli görünsə də, rəqəmsal transformasiya dövründə bu yanaşma qəbuledilməzdir: “Axı rəqəmsallaşma elə bu tip problemləri həll etmək üçündür. Dünyada belə məsələlər sərnişini fiziki olaraq ayırmaqla deyil, rəqəmsal ödəniş sisteminin transferi tanıması ilə həll edilir. Bizdə də BakıKart, QR və NFC kimi rəqəmsal ödəniş imkanları, habelə müvafiq baza mövcuddur. Sistem metrodan çıxmış sərnişinin müəyyən vaxt ərzində avtobusa keçidini tanıya və ona güzəştli transfer tətbiq edə bilər”.

AİF prezidenti vurğulayıb ki, AYNA-nın öz informasiya sistemlərinin təkmilləşdirilməsi üçün yaxınlarda təxminən 14 milyon manatlıq satınalma elan etməsi fonunda səsləndirilən bu bəhanə xüsusilə düşündürücüdür: “Dövlətin zəruri layihəsi nəticəsində sərnişinlərin, xüsusilə tələbələrin aylarla əlavə xərc çəkməsini normal hesab etmək olmaz. Metropolitendə görülən işlər təqdirəlayiqdir, lakin ictimai nəqliyyatda inteqrasiya və vahid idarəetmə prinsiplərinə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məsələyə müdaxilə etməli və güzəştli transfer modelinin hazırlanmasına dəstək verməlidir”.

Osman Gündüzün fikrincə, Prezidentin vahid rəqəmsal arxitekturanın qurulması ilə bağlı tapşırıqlarının mahiyyəti də məhz budur: fiziki olaraq ayıra bilmədiyimizi data və texnologiya vasitəsilə ayıra bilmək.

Rasim

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Avqust 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri