Icma.az
close
up
RU
Rüb tətili həm şagirdin, həm də müəllimin istirahəti üçündür Ekspertdən ÇAĞIRIŞ

Rüb tətili həm şagirdin, həm də müəllimin istirahəti üçündür Ekspertdən ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Məktəblərdə şagirdlərə dərs olmayan müddətin adı tətildir. Yəni uşaqlar istirahət etməli, tətilə çıxmalıdırlar. Çünki orta ümumi təhsil məktəbində şagirdlər onsuz da kifayət qədər yüklənirlər. Çantalar o qədər ağır olur ki, xüsusilə aşağı sinif şagirdləri onu özləri daşıya bilmirlər, valideynlər kömək etməli olur. Dərs kitabları, tapşırıqlar, sinif testləri, dəftərlər bunların hamısı bir yerə toplandıqda çantanın çəkisi ciddi şəkildə artır və bu da şagirdlərdə, xüsusilə də yükü daşıdıqdan sonra, skolyoz kimi müxtəlif problemlərin yaranmasına səbəb olur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev tətil müddətində şagirdlərin istirahət etməsinin vacibliyindən danışarkən bildirdi.

Mütəxəssis hesab edir ki, tətil ərəfəsində uşaqlara yalnız yüngül tapşırıq vermək olar:

"Yəni ciddi, ağır tapşırıqlara ehtiyac yoxdur. Sadəcə hər fənn üzrə elə bir yüngül tapşırıq verilə bilər ki, uşaq gün ərzində maksimum bir saat dərsi ilə məşğul olsun. Mən çoxlu tapşırıq verilməsinin qəti tərəfdarı deyiləm. Çünki tətildən sonra tədris prosesi yenidən intensiv şəkildə başlayacaq və uşaq buna hazır olmaq üçün istirahət etməlidir. Bir az dincəlməlidir ki, növbəti rübdə dərsləri enerjili şəkildə davam etdirə bilsin, yeni mövzuları daha rahat mənimsəsin. Ona görə də hesab edirəm ki, çoxlu tapşırıq verilməməlidir. Nə də olsa, bu 3-4 günün adı tətildir, uşaq istirahət etməlidir. Tapşırıq veriləcəksə də, çox az və yormayacaq səviyyədə olmalıdır. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, inkişaf etmiş ölkələrin təhsil sistemlərində rüb tətilləri zamanı şagirdlərə klassik formada dərs tapşırıqları verilmir. Onlara layihə tapşırıqları təqdim olunur. Məsələn, biologiya fənnidir, kimyadır, informatika və ya rəsm fənnidir, bunlara konkret bir layihə verilir. Şagird həmin layihə üzərində 3-4 gün ərzində çalışır və tətildən sonra müəllimə təqdim edir. Bu, həm maraqlı olur, həm də uşağı yormur".

Ekspert hesab edir ki, testlər, suallar, ağır yazılı tapşırıqlar, əzbərlər kimi tapşırıqların tətillərdə verilməsi doğru deyil.

"Bizdə bu sistem hələ tam oturuşmasa da, bəzi fənlər üzrə layihə tipli tapşırıqlar vermək mümkündür. Məsələn, informatika fənnində, yaxud müəyyən dəqiq fənlərdə, hətta iki ədibin yaradıcılığını müqayisə etmək kimi tapşırıqlarda bunu tətbiq etmək olar. Əsas olan odur ki, tapşırıqlar uşağın beynini yormasın. Uşaq həm istirahət etsin, həm də əyləncəli bir işlə məşğul olaraq tətili səmərəli keçirsin. Onsuz da təhsil haqqında qanunda da qeyd olunur ki, rüb tətili həm şagirdin, həm də müəllimin istirahəti üçündür. Yəni bu müddətdə enerji toplanmalı, növbəti tədris prosesinə tam güclə başlamaq üçün şərait yaranmalıdır. Layihə tipli tapşırıqlar isə bu baxımdan heç bir problem yaratmır, əksinə, uşaq üçün maraqlı və motivasiyaedici olur", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri