Icma.az
close
up
RU
Rəqəmsallaşma ilə bağlı islahatlar gələcək inkişafı müəyyən edir

Rəqəmsallaşma ilə bağlı islahatlar gələcək inkişafı müəyyən edir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ərazi bütövlüyü tam bərpa olunduqdan sonra Azərbaycanda dünyəvi proseslər daha sürətlə, mahiyyət baxımından ən yeni texnoloji proseslərə daha operativ yanaşmalarla inkişaf etdirilməyə başladı. Son illərdə yaradılan, formalaşan süni intellektə Azərbaycanda da böyük diqqət yetirilməkdədir. Bu sahə indi dövlət üçün prioritet sahələrdən biridir. İstər ölkədaxili, istərsə də beynəlxalq tədbirlərdə iştirak bu sahənin daha da inkişaf etdirilməsinə yönəldilib.

Bu günlərdə Bakıda “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxışında süni intellektin tətbiqinin, data mərkəzlərinin yaradılmasının, rəqəmsallaşma ilə bağlı islahatların faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən etdiyini bildirərək dedi ki, “Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”.
Hər bir dövlət iqtisadi inkişafa da, dövlətlərarası münasibətlər sisteminin daha üstün səviyyədə formalaşmasına da müəyyən amillərlə nail olur. Bunların sırasında ehtiram, inam kimi coğrafi amil də əsas hesab edilir. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra dünya dövlətləri Azərbaycanla iki¬tərəfli münasibətlər yaratmağa, onu genişləndirməyə maraqlı oldu. Bu maraq həm Azərbaycanın düzgün xarici siyasətə malik olması ilə, həm coğrafiyası ilə, həm də təbii sərvətləri ilə bağlı olub. Olduqca zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycanın dünaynın böyük dövlətləri ilə neft və qaz üzrə müqavilələr sahəsində böyük təcrübəsi var. Dövlət başçımız çıxışında bu amili diqqətə çatdıraraq qeyd etdi ki, “Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqa¬mətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstün¬lükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yer¬ləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın transmilli böyük şir¬kətlərlə böyük iş təcrübəsinə malik olduğunu, son illər ərzində aparılan işlər nəticəsində enerji generasiyamızın gücümüzü böyük dərəcədə artırdığını, Azərbaycanın ən böyük maliyyə resurs¬la¬rı¬nı idarə edən qlobal fondlarla sıx əlaqələri olduğunu, Azərbaycanın dünyanın aparıcı güc mərkəz¬ləri ilə imzalanmış strateji tərəfdaşlıq formatında çalışdığını, ... da xatırladaraq dedi: “Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif plat¬forma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edil¬məlidir. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu plat¬for¬maların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin”.
Hər yeni texnologiya dövlətin iqtisadi qüdrətinin də yüksəlişində əhəmiyyətli olur. Bu ba¬xım¬dan süni intellektin tətbiqi də diqqət mərkəzindədir və Azərbaycanda dövlət qurumları buna daha operativ yanaşacaq. Dövlət başçımızın bu tövsiyəsi Azərbaycanda istər idraki proseslərin, istərsə də iqtisadi inkişafın yüksəlişinə güclü təsir göstərəcəkdir: “Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər. Özəl sektora gəldikdə, burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektora bu sahədə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik. Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mər¬kəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır. Təbii ki, artıq qeyd etdiyim kimi, bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizdə olan imkanlar nədən ibarətdir? Mənim sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər də çatdırılmalıdır ki, biz bu sahəyə güclü təkan verək”.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşa¬vi¬rə də, müşavirədə dövlət başçımızın çıxışı da dünyəvi dövlət kimi Azərbaycanın elmi əsaslarla daha dinamik inkişaf edəcəyinin elmi zəmanəti kimi tarixləşdi.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri