Icma.az
close
up
RU
Azərbaycanda rəqəmsallaşma dövrü

Azərbaycanda rəqəmsallaşma dövrü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sənaye 4.0”dan “ağıllı kənd”ə doğru

İnformasiya əsri qlobal iqtisadi münasibətlər sisteminə yeni qaydalar diktə edir. İndi təkcə neft və qazla deyil, rəqəmsal texnologiyalarla zəngin olan ölkələr tərəfindən inkişafın aparıcı xətti müəyyənləşdirilir. Azərbaycan da bu prosesdə passiv müşahidəçi deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə “Rəqəmsal transformasiya” proqramı çərçivəsində atılan addımlar respublikamızın iqtisadi gələcəyini yenidən format edir. Bəs rəqəmsal iqtisadiyyat nədir və niyə vacibdir? Ekspertlər bu sualın cavabında bildirirlər ki, ənənəvi iqtisadiyyat real aktivlərə – torpaq, enerji, insan resurslarına əsaslanırdısa, bu gün iqtisadi güc bilik, informasiya və texnologiya üzərində qurulur. Rəqəmsal iqtisadiyyat təkcə elektron xidmətlər və onlayn platformalar demək deyil. O, eyni zamanda, sənaye 4.0, süni intellekt, bulud texnologiyaları və fintex sahələrinin kompleks sintezidir.

Azərbaycan üçün bu proses yalnız texnoloji yenilənmə deyil, həm də iqtisadi diversifikasiya, şəffaflıq və idarəetmədə səmərəlilik deməkdir. Ən uğurlu nümunələrdən biri “myGov”, “ASAN xidmət”, “e-Tax”, “e-Gov” platformalarıdır. Hazırda 1000-dən çox xidmətin tam rəqəmsallaşdırılması da bunun bariz ifadəsidir. 2025-ci ilə qədər bu rəqəmin 90 faizə çatdırılması hədəflənir. Elektron sənəd dövriyyəsi, vergi və gömrük prosedurlarının rəqəmsallaşması isə həm biznesə, həm də vətəndaşa vaxt və xərclərə qənaət qazandırır. Qeyd edək ki, bu transformasiya Rəqəmsal Hökumətin İnkişafı Agentliyi (RHİA) vasitəsilə koordinasiya olunur.

Qeyd edək ki, əhalinin 70 faizdən çoxunun smartfon istifadəçisi olduğu ölkəmizdə fintex sektoru bu gün yüksələn xəttlə inkişaf edir. Kapital Bank, ABB, PAŞA Bank kimi iri bankların rəqəmsal platformaları, eyni zamanda “M10”, “Leobank” kimi mobil bankçılıq tətbiqləri artıq həyatımızın ayrılmaz hissəsidir. Rəqəmsal manatla bağlı pilot layihələr də bu sektorda yeni mərhələyə keçidi göstərir.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 60-a yaxın startapın regional inkubasiya proqramlarına qoşulub. “InnoLand”, “High Tech Park” və “ASAN İnnovasiyalar Mərkəzi” kimi platformalar ideyadan biznesə keçidə ciddi dəstək verib. BMT-nin “GovTech” indeksində Azərbaycan 193 ölkə arasında 49-cu yerdə qərarlaşıb. Bu, rəqəmsal infrastrukturun beynəlxalq səviyyədə tanındığını göstərir.

“AgroDrive”, “e-Agro” və “Smart Agro” layihələri sayəsində fermer təsərrüfatlarında torpaq analizindən məhsul satışına qədər bütün proseslərin izlənilməsi mümkündür. Rəqəmsal xəritələr, süni intellektlə işləyən dronlar, smart suvarma sistemləri artıq respublikamızda tətbiq olunur.

Göründüyü kimi, müasir dövrün əsas çağırışlarından biri rəqəmsallaşmadır. Azərbaycan da bu proseslərə fəal şəkildə qoşularaq həm sənaye sahəsində, həm də sosial infrastrukturların formalaşmasında yeni texnologiyaların tətbiqini genişləndirir. Rəqəmsal iqtisadiyyatın əsas dayaqları olan “Sənaye 4.0”, ağıllı şəhər-kənd layihələri, mobil bankçılıq xidmətləri və beynəlxalq rəqəmsal infrastruktur təşəbbüsləri ölkəmizin bu sahədəki iddialı mövqeyini bir daha göstərir.

Azərbaycanda “Sənaye 4.0” texnologiyalarının tətbiqi istehsalın səmərəliliyini artırmaq və sənaye sahələrində müasir standartlara keçid üçün əsas prioritetlərdən biridir. Rəqəmsal texnologiyaların tətbiqi, robotlaşdırılmış sistemlər, süni intellekt, əşyaların interneti (IoT) və avtomatlaşdırılmış istehsal xətləri artıq bir sıra sənaye müəssisələrində özünü göstərməyə başlayıb.

İqtisadiyyat Nazirliyi bu istiqamətdə koordinasiyaedici rol oynayır, 2021-ci ildən etibarən isə “Sənaye 4.0” platforması üzrə milli strategiyalar formalaşdırılıb. Sumqayıt Kimya Sənaye Parkı və digər sənaye zonalarında rəqəmsal texnologiyalarla təchiz olunmuş müəssisələrin sayı artır. Bununla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən innovativ həllərin tətbiqi üçün sahibkarlara dəstək verilir.

Bununla belə, yüksək ixtisaslı kadrlara ehtiyac, texnologiya idxalının hələ də üstünlük təşkil etməsi və maliyyə resurslarının məhdudluğu bu sahədəki çağırışlar olaraq qalır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işləri yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Bu ərazilər müasir texnologiyalar əsasında inşa edilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələri üçün nümunəvi məkanlara çevrilməkdədir.

Zəngilan rayonunun Ağalı kəndində icra olunan ilk “ağıllı” kənd layihəsi bu sahədə pilot təşəbbüs olaraq qeyd olunur. Layihə çərçivəsində alternativ enerji mənbələri, “ağıllı” suvarma və kənd təsərrüfatı texnologiyaları, müasir təhsil və səhiyyə xidmətləri üçün rəqəmsal platformalar tətbiq edilib. Bu modelin uğuru digər ərazilərdə də oxşar yanaşmaların tətbiqinə şərait yaradıb.

Eyni zamanda Şuşa, Füzuli və digər rayonlarda “ağıllı” şəhər planlamaları hazırlanır. Bu çərçivədə genişzolaqlı internet, videomüşahidə sistemləri, rəqəmsal idarəetmə və e-xidmətlər üçün infrastruktur qurulur. Bu ərazilərin “yaşıl” enerji zonası elan olunması isə “ağıllı” sistemlərin ekoloji davamlılıqla uzlaşmasını təmin edir.

Yuxarıda qeyd etdik ki, Azərbaycan bank sektorunda rəqəmsallaşma və mobil texnologiyaların tətbiqi sürətlə inkişaf edir. İstifadəçilərin gündəlik maliyyə əməliyyatlarını rahatlıqla həyata keçirməsinə imkan yaradan mobil bankçılıq tətbiqləri geniş yayılır. Lakin bu sahədə də müəyyən çağırışlar qalır – əhalinin rəqəmsal maliyyə savadlılığının artırılması, kibertəhlükəsizlik sahəsində davamlı tədbirlərin görülməsi və istifadəçi məlumatlarının qorunması önəmli məsələlər kimi qalmaqdadır.

Azərbaycan regionda rəqəmsal mərkəzə çevrilmək istiqamətində ciddi addımlar atır. “Transxəzər Rəqəmsal Magistral” (Digital Silk Way) layihəsi Asiyanı Avropa ilə birləşdirən rəqəmsal dəhlizin əsas hissəsini təşkil edir. Bu təşəbbüs Azərbaycanın coğrafi mövqeyini beynəlxalq rəqəmsal tranzit mərkəzinə çevirmək potensialına malikdir.

Bundan əlavə, Azərbaycan GSMA (Qlobal Mobil Assosiasiyası), ITU (Beynəlxalq Telekommunikasiya İttifaqı) kimi beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Ölkədə hər il təşkil olunan “Bakutel” sərgisi isə regionun ən mühüm texnoloji platformalarından birinə çevrilib.

BMT-nin e-Hökumət İnkişaf İndeksində Azərbaycanın mövqeyi ardıcıl olaraq yaxşılaşır. Rəqəmsal Rəqabətlilik və İKT sahəsində göstəricilər üzrə Azərbaycan MDB və MENA ölkələri arasında lider mövqelərdən birini tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri