Rəqib komandaya zəif olmadığımızı sübut etməyə çalışdıq
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Abşeron Lions" komandası Polşa təmsilçisi "Trefl"ə zəif rəqib olmadığını sübut etməyə çalışıb. Sport24.az xəbər verir ki, bunu "Abşeron Lions" basketbol klubunun baş məşqçisi Erhan Toker mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda "Trefl"ə məğlub olduqları FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Oyuna yaxşı hazırlaşmışdıq. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan oyunumuzu düzəltdik. Müdafiədə bəsit səhvlərə yol verirdik. Çox güclü komandaya qarşı oynayırdıq. Zəif rəqib olmadığımızı onlara göstərməyə çalışdıq. Məncə, bu, müəyyən qədər bizdə alındı. Matç ərzində 2-3 dəfə şans üçlüyü atdılar. Digər tərəfdən, bəsit səhvlər qələbəmizə mane oldu. Rəqibin heyətində milli komanda oyunçuları var".
Qeyd edək ki, "Abşeron Lions" - "Trefl" matçı polşalıların 99:96 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 22 Oktyabr 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















