Rəqib qırmızı aldı və bu işimizi asanlaşdırdı Qurban Qurbanov
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli premyer-liqasının 5-ci turunda “Qarabağ” “Araz-Naxçıvan”a darmadağın olub - 0:5.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov media önünə çıxıb.
- Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Xal itkilərimiz var idi. Qarşımızda təhlükəli komanda var idi. Uğur bizim tərəfdə oldu. Rəqib "qırmızı" aldı
və bu işimizi asanlaşdırdı. Futbolçularım bəzi epizodlarda diqqətsiz oynadı. Azarkeşlərə təşəkkür edirəm. Az olsalar da, sonadək komandaya dəstək oldular.
- Mateus artıq əsas heyət futbolçusudu?
- Normal haldı. Gedişata görə addım atdıq. O anda Mateus daha formada idi. Mateus o mövqeyi yenidən qorudu. Özünü yaxşı göstərdi. Dani Bolt istənilən halda əsas heyətdə oynaya bilər.
- Ramil Şeydayevin forması nə yerdədi?
- Yaxınlarda hazır ola bilər. Son vaxtlar individual məşqlər edib. Yaxşı yay-təlim məşq toplanışı keçib.
- Qazonu nəzərə alsaq, rəqib də sərt oynayırdı. Əsas futbolçuları nə əcəb oynatdız?
- Digərlərinə baxanda daha yaxşı meydançadı. Oyundan əvvəl su vurulmamışdı. İkinci hissə daha rahat oldu. Zədə hamının başına gələ bilər.
- Yankoviçin durumu ciddi imiş. O mövqedə Kadi oynayacaq?
- Kris Kuaku da var. Rəqibə baxaraq, kim formada olsa, o da oynayacaq.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Sentyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















