Icma.az
close
up
RU
“Rəqib üstün idi, lakin əlimizdən gələni etdik” Elşən Hidayətov

“Rəqib üstün idi, lakin əlimizdən gələni etdik” Elşən Hidayətov

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Kubokunun II təsnifat mərhələsində səfərdə “Kəpəz”ə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Baku Sportinq”in 17 yaşlı futbolçusu Elşən Hidayətov “Futbolpress.az“ın suallarını cavablandırdı:

– İlk növbədə, özünüzü təqdim edərdiniz…

– Mən Elşən Hidayətov. 2009-cu il təvəllüdlüyəm, 17 yaşım var. Bu mövsümün əvvəlində “Qəbələ”dən “Baku Sportinq”ə transfer olunmuşam.

– 17 yaşında “Kəpəz” kimi güclü rəqibə qarşı ölkə kubokunda meydana çıxmaq necə bir hiss idi? Matç barədə təəssüratlarınız necə oldu?

– “Kəpəz”ə qarşı keçirilən kubok oyununda start heyətdə meydana çıxdım. Əlbəttə ki, çox sevincliyəm, mənim üçün böyük fəxrdir. Belə güclü bir komandaya qarşı meydanda olmaq və 90 dəqiqə sonadək mübarizə aparmaq inanılmaz bir hissdir. Həm stadionun ab-havası, həm də azarkeşlərin dəstəyi mükəmməl idi. Çox maraqlı və gərgin oyun alındı. Rəqib səviyyəcə bizdən üstün idi, lakin biz də meydanda əlimizdən gələni etdik.

– Komandanız matçın böyük hissəsində əzmkar təsir bağışladı. Yekun hesab istədiyiniz kimi olmasa da, meydanda belə bir rəqibə qarşı mübarizə aparmaq sizə fərdi olaraq nə qazandırdı?

– Əlbəttə ki, Premyer Liqa təmsilçisinə, “Kəpəz” kimi təcrübəli komandaya qarşı oynamaq mənə böyük təcrübə qazandırdı. Bu səviyyədəki oyunların tempi və mübarizəsi gələcək inkişafım üçün çox önəmlidir.

– Futbola gəlişiniz necə olub? İlk addımlarınızı harada atmısınız və sizi yaşıl meydanlara bağlayan nə oldu?

– Mənim atam Vaqif Hidayətov məşqçidir. Vaxtilə “Turan Tovuz”, “İnter”, “Bakı” və “Rəvan” kimi klublarda çalışıb. Məni uşaq yaşlarımda o vaxtkı “İnter” (indiki “Şamaxı”) klubuna apardı. Orada məşqçimiz Elmir Hüseynov seçimlərdə məni bəyənib komandaya qəbul elədi. Daha sonra “Neftçi” və “Qəbələ” akademiyalarında təcrübə keçdim. “Qəbələ”nin U-17 və U-19 komandalarında çıxış etdim. Cari mövsümün əvvəlindən isə hazırkı komandam olan “Baku Sportinq”də oynayıram.

– Gələcəkdə özünüzü hansı səviyyədə görürsünüz, əsas xəyalınız nədir?

– Əsas xəyalım Avropanın “Böyük beşlik” çempionatlarında çıxış edən top-klublardan birində oynamaqdır. Bunun üçün üzərimdə çalışmaqda davam edəcəyəm.

– Son olaraq, dünya və Azərbaycan futbolunda ən çox bəyəndiyiniz, kumir hesab etdiyiniz futbolçular kimlərdir?

– Dünya futbolundan aktiv olaraq oyununu ən çox izlədiyim və bəyəndiyim futbolçu Lamin Yamaldır. Azərbaycan futbolunda isə oyun tərzini ən çox bəyəndiyim futbolçu Elvin Cəfərquliyevdir.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri