Icma.az
close
up
RU
Rəqsanələrdən bürokratik labirintlərə: Problemləri həll etməyin qanuni yolu olmayanda

Rəqsanələrdən bürokratik labirintlərə: Problemləri həll etməyin qanuni yolu olmayanda

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bir görüşdə, çoxdan vətəndən uzaqda yaşamış dostlardan biri bildirdi ki, problemi var, amma onu necə həll edəcəyini, hardan başlayacağını bilmir. Biz də ona hansı mərhələləri keçmək ardıcıllığını göstərirdik ki, tanıdığımız, biri dedi ki, bunu həll etməyə nə var? Bildirdi ki, "filankəs" müəllim bunu iki günə həll edər.

Daha bizim söz deməyimizə ehtiyac qalmadı. Çünki biz nagüman dövlət idarələrinə müraciət etməsinə yönləndirirdik, adam isə konkret şəxs adı çəkərək qısamüddətli həll təklif edirdi. Təbii ki, dostumuz da işini "qısa yoldan" həll etməyə üstünlük verməyi seçdi.

Bir neçə vaxtdan sonra telefon danışığımız zamanı məsələnin nə yerdə olduğunu soruşanda: "Sağ olsun, problemi həll etdi. Bir az baha başa gəldi, əsas odur ki, idarə qapılarında gözləməyə, get-gələ vaxt itirmədim", – dedi. Bəli, bürokratiya bizi əyri yola yönləndirir. Orada da qarşımıza kimin çıxacağı çox vacibdir.

Son günlər mətbuatda və sosial şəbəkələrdə yayılan, sanki ölkənin bir nömrəli problemiymiş kimi görüntü yaradan dələduzluq hadisəsi qeyd etdiyim hadisəni yadıma saldı. Məsələ bundadır ki, burada dələduzluq edən tanınmış şəxsdir – Rəksanə İsmayılova. Bu dələduzluq barədə uzun-uzadı yazmaq istəməzdim, adam həbs olunub və güman edək ki, layiqli cəzasını alacaq. Çünki rəsmi mənbələr bildirib ki, araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Nə isə... Bəs doğurdanmı qarşılaşdığımız problemləri Rəqsanələr həll edə bilir? Bəli, həll edirlər. Mən bilmirəm necə, amma həll edirlər. Və buna da məmur özbaşnalığı və bürokratik əngəllər şərait yaradır. Vətəndaşlar məmurlara birbaşa yaxınlaşmağa çəkinirlər, çünki bilirlər ki, o qədər lazımsız sənədlər, çək-çevirlərlə üzləşəcəklər ki, axırda yenə Rəqsanələrə üz tutmalı olacaqlar. Burada da iş qalır Rəqsanənin nəfsinin gücünə. Ya da ona imayədarlıq edən məmurun istəyinə.

Konkret halda, Rəksanə Rusiyada iş görəcəyini bildirərək dələduzluq edib, amma bu kimi hallar bizim ölkənin də əsas problemlərindən birinə çevrilib. Bu bir qatdadır ki, hər hansı ölkədə iqtisadi vəziyyətin gərginləşməsi kriminal halların çoxalmasına səbəb olur.

Zərərçəkdiyini iddia edən Məmmədov Gündüz bildirib ki, qaynatası, məşədi Əli də dələduzluq qurbanıdır. Allah Üzeyir bəyə rəhmət eləsin! "Məşədi, 10 manat ver, gedib onun başına bir güllə çaxım", – ifadəsi hələ də aktualdır.

Qadir Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri