Icma.az
close
up
RU
Rəşad Məcid: “Mətbuat Şurasının hansısa jurnalistin yaradıcılıq azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur”

Rəşad Məcid: “Mətbuat Şurasının hansısa jurnalistin yaradıcılıq azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur”

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti, Akademik Milli Dram Teatrının tanınmış aktyoru Əli Nur sosial şəbəkə vasitəsilə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə müraciət ünvanlayıb. Aktyorun müraciəti onun bir müddət əvvəl həmkarı Füzuli Hüseynovla yaşadığı insident və bu barədə mətbuatda gedən yazılar fonunda ortaya çıxıb.

Əli Nur mediada yayımlanan həmin məlumatlarda teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin adının məqsədli şəkildə hallandırılmamasına etiraz edib. O, bəzi media orqanlarının hadisəyə Mehriban Ələkbərzadə ilə bağlı hissəni qəsdən çıxardığını və ya ona toxunmadığını vurğulayaraq, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid ilə Mehriban Ələkbərzadə arasında mövcud olan dostluq münasibətləri ilə əlaqələndirib.

Əli Nur bildirib ki, jurnalistlər baş verən hadisələri tam və obyektiv şəkildə təqdim etməlidirlər və şəxsi münasibətlər medianın informasiya azadlığına maneə yaratmamalıdır. Xalq artisti hesab edir ki, Mətbuat Şurasının rəhbəri bu cür hallara biganə qalmamalı, medianın prinsipiallıq və obyektivlik meyarlarını qoruması üçün məsuliyyət daşımalıdır.

Məsələyə Rəşad Məcidin reaksiyası gecikməyib. Mətbuat Şurasınən sədri ona ünvanlanan müraciətə elə sosial şəbəkə üzərindən cavab verib:

"Hörmətli Xalq artisti Əli Nurun mənə ünvanladığı və Əməkdar artist hörmətli Mehriban Xanlarovanın da feysbuk sosial şəbəkəsində paylaşdığı Açıq məktubu oxudum.

Əvvəla, Mətbuat Şurasının hansısa media subyektinin, yaxud jurnalistin yaradıcılıq azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur. İkincisi, mən özüm də bir il Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvü olmuşam. Teatrın aktyorları ilə gözəl təmaslarım, hər birinə dərin hörmətim var. Sənət adamları mənim üçün böyük dəyərdir. Bu dəyər tərəfkeşlik kimi primitiv saydığım əmələ qurban verilə bilməz.

Şəxsi mövqeyimə gəldikdə, mən sənət cameəsindəki intriqaların ictimai müzakirələr müstəvisinə çıxmasının tərəfdarı deyiləm. Fikrimcə, cəmiyyətə örnək şəxslərin adları yalnız onların yaradıcılıqları müstəvisində gündəmə gəlməlidir. Akademik Milli Dram Teatrı kollektivinin üzvləri də bu kateqoriyadan olan şəxslərdirlər. Arzu edərdim ki, onlar teatrın daxili problemlərinə, qəlizləşən münasibətlərə teatrın özündə müzakirələrlə aydınlıq gətirsinlər, çıxış yolları tapsınlar. Belə yanaşma daha optimaldır, ziyalı ampluasına xas davranışdır, ən əsası daha etikdir.

Təəssüf edirəm ki, aktyorlar və teatr rəhbərliyi arasında münasibətlər yaradıcılıq müstəvisindən çıxıb, ictimaiyyətin də arzulamadığı cılız intriqalara yönəlir. Belə xırda intriqaların mətbuata çıxarılması isə ilk növbədə ehtiram bəslədiyimiz sənət adamlarının nüfuzuna xələl gətirir.

Mətbuat Şurasının fəaliyyət prinsiplərində əsas olan medianın, habelə cəmiyyətin maraq və mənafelərinin qorunmasıdır. Biz daim buna əməl etməyə çalışırıq.

Sonda bir daha kin və qəzəbin səmimi münasibətləri üstələməyəcəyinə böyük ümidimi, sənət adamlarımızın təmkininə inam və ehtiramımı bildirirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 İyun 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see182

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see125

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see121

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see116

Maskın təklifi

08 İyun 2025 04:23see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see113

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see113

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

İsveçdə dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə 8 aylıq həbs cəzası verildi

08 İyun 2025 04:31see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI

08 İyun 2025 07:31see111

Qərbi Azərbaycan İcmasının Ankara tədbirində kimlər iştirak etdi...

08 İyun 2025 19:39see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri