İsveçdə dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə 8 aylıq həbs cəzası verildi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçdə kişi və qadına 8 aylıq həbs cəzası verilib. Diş həkimi müayinə zamanı onların üç uşağında dəhşətli diş çürüməsi aşkarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sveriges Radio" məlumat yayıb.
Məlumata görə, valideynlər övladlarının ağız gigiyenasına düzgün nəzarət etmədikləri üçün həbs cəzasına məhkum ediliblər.
Boras şəhərindəki dövlət stomatoloji xidmətinin diş həkimi uşaqların dişlərinin vəziyyətinin "dəhşətli" olduğunu vurğulayıb. Onun sözlərinə görə, ağızda kariyes olan dişlər "qorxunc" görünürdü və bəzi dişləri çıxarmaq lazım idi.
Prosedurdan sonra diş həkimi vəziyyəti yerli polisə bildirib.
Məhkəmə prosesində valideynlər günahlarını inkar ediblər. Müdafiə tərəfinin sözlərinə görə, uşaqların istər anası, istərsə də atası kariyesin nə qədər təhlükəli ola biləcəyini başa düşməyiblər. Lakin rayon məhkəməsi onları təqsirli bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:238
Bu xəbər 08 İyun 2025 04:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















