Rəşad Sadıqov: “Mütləq şəkildə heyətimizi genişləndirməliyik”
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Misli Premyer Liqasının II turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edən "Zirə" 3:1 hesablı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirib:
"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq. Xüsusən, 2-ci hissədə sürətli oyun getdi. Çoxlu qol epizodları qaçırdıq. Futbolçular sona qədər inandılar, soyuqqanlı qaldılar meydanda. Son dəqiqələrdə əsas məsələ arxaya çəkilməmək idi. Belə də oldu. 2:1-dən sonra da hücum haqqında düşündülər. Bunun da nəticəsi olaraq 3-cü qolu vurduq".
- Artıq, 2-ci oyundur ki Qismət Alıyev ehtiyatda qalır...
- Bu, bizim mövsümboyu planlaşdırdığımız bir məqam idi. Keçən mövsüm Qismət öz mövqeyində tək idi və o zədələndiyi halda çətinliklə üzləşirdik. Hazırda əlimizdə 3 cinah müdafiəçisi var və rotasiyalı şəkildə davam edəcək. Bu gün onun ehtiyatda olması, onun digər oyunçulardan zəif olması mənasına gəlmir. Hazırda da heyətlə bağlı əskiklərimiz var. Seleksiyalarımız davam edir. Danışıq apardığımız futbolçular da var. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Konkret desək, 5-6 futbolçu ilə danışıqlar aparırıq. Hansı futbolçuların transfer olacağını yaxın zamanda görəcəyik. Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Avqust 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















