Icma.az
close
up
RU
Rəşad Sadıqov: Bu periodda Kəpəz lə oynamağı heç istəməzdim

Rəşad Sadıqov: Bu periodda Kəpəz lə oynamağı heç istəməzdim

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zirə" Misli Premyer Liqasının 2-ci turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qartallar"In baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk turda ən parlaq oyun nümayiş etdirən komandaya qarşı oynayırdıq. "Qəbələ" "Karvan"la matçda çoxsaylı qol epizodları yaratmışdı. Komandanın gücünün və istəyinin necə olacağını bilirdik. Uzun fasilədən sonra Premyer Liqada ilk ev oyunları idi. Bilirdik ki, rəqib aqressiv və istəkli olacaq. Oyun elə də başladı. "Qəbələ" hesabı açdı. Ondan sonra komandamız daha sürətli oynadı. Çox vacib qollar vurub qələbə qazandıq. Bu, bizim üçün olduqca kritik qalibiyyət idi. Çempionatda həmişə birinci qələbəni qazanmaq çətin olur.4 gün sonra "Kəpəz"lə vacib matçımız var. Tez bərpa olub həmin oyuna köklənməliyik.

- Ötən mövsümlə müqayisədə Salifu Suma və Rafael Utziqin yoxluğu görünür?

- Sumanın yerində oynayan Ceyhun bu gün 2 qol vurdu. Junior Martins də yaxşı oyunlarından birini keçirdi. Ümumən onların yoxluğunu mövsüm ərzində hiss edə bilərik. Son dövrlərdə müəyyən transferlər etdik. Amma futbolçularımız hazır deyil. Namik Ələskərova, Leroy Mikelsə, Eldar Quliyevə, Yeqor Boqomolskiyə bir az vaxt lazımdır. Gedən oyunçuların yoxluğu avrokuboklarda təbii ki, hiss olunurdu. Çünki bu dəyişikliklər birdən-birə baş verdi.

- Köməkçi məşqçi Eltun Yaqublu ilə yolların ayrılmasının səbəbi nədir?

- Sıradan bir gediş idi. Eltun futbol fəaliyyətini dayandırmaq qərarı qəbul etdi. Ən azından bir ara fasilə verəcək. Uzun zaman sonra nə baş verəcəyini deyə bilmərəm. Yaxın gələcəkdə futbol sahəsində fəaliyyət göstərmək istəmir.

- Klubun büdcəsində dəyişiklik olub?

- Elə məsələlər var ki, onları mətbuat qarşısında müzakirə etmək doğru deyil. Büdcəyə uyğun təhlillər aparıb işlərimizi qururuq. Mövsüm bitdikdən sonra rəhbərliklə müəyyən məsələləri müzakirə etdik. Büdcə azalsa da, bizə fərq etmir. Çalışırıq ki, işimizi görək.

- 4 gün sonra rəqibinizin "Kəpəz" olması işinizi asanlaşdırmır?

- Tam əksinə. Bu periodda "Kəpəz"lə oynamağı heç istəməzdim. Çünki biz də onların "Karvan-Yevlax"la oyunundan sonra azarkeşlərlə futbolçular və məşqçilər arasında olanları gördük. Ola bilər ki, komanda xüsusi motivasiya ilə matça çıxsın. Bu tip oyunları sevmirəm. Qarşılaşmaya var gücümüzlə hazırlaşmağa çalışacağıq. Başa düşürük ki, "Kəpəz" təhlükəli komandadır. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Avqust 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri