Icma.az
close
up
RU
Rəşad Sadıqov Qurban Qurbanova mane ola bilmədi

Rəşad Sadıqov Qurban Qurbanova mane ola bilmədi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarabağ (Ağdam) – Zirə 1:0 (1:0)
99. Mateuş Koxalski – 6,0
13. Bəhlul Mustafazadə - 6,0
44. Elvin Cəfərquliyev – 6,0
(29. Marko Veşoviç, 87) – qiymətsiz
27. Toral Bayramov – 6,0
90. Nəriman Axundzadə - 5,5
(22. Musa Qurbanlı, 87) – qiymətsiz
10. Abdulla Zubir (k) – 5,5
7. Yassin Benzya – 6,0
8. Marko Yankoviç – 6,5
(24. Aleksey İsayev, 87) – qiymətsiz
9. Kadi Borges – 7,0
(21. Aleksey Kaşuk, 54) – 5,5
2. Mateus Silva – 6,0
15. Leandro Andrade – 6,5
(66. Patrik Andrade, 74) – 5,5
Ehtiyat oyunçular
97. Fabian Buntiç
12. Sadiq Məmmədzadə
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
81. Kevin Medina
19. Redon Cica
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Kadi Borges
13. Aydın Bayramov – 5,5
7. Məqsəd İsayev – 5,5
(6. Eldar Quliyev, 79) – qiymətsiz
32. Qismət Alıyev (k) – 5,0
21. Hacıağa Hacılı – 4,5
(8. İsmayıl İbrahimli, 46) – 4.5
4. Ruan Renato – 5,5
10. Georgi Papunaşvili – 5,0
(29. Ceyhun Nuriyev, 57) – 5,0
70. İssa Cibrila – 6,0
23. Rafael Utziq – 5,5
(18. Martins Junior, 57) – 5,0
3. Ange Mutsinzi – 5,0
17. Ayron Qomis – 5,0
19. Salifu Suma – 5,5
(90. Davit Volkov, 71) – 5,0
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
14. Elçin Əlicanov
11. Rüstəm Əhmədzadə
5. Stefan Aka
30. Rikardo Martins
15. Pyer Zebli
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: İssa Cibrila
Qol: K.Borges, 15.
Q.Alıyev 90+9-cu dəqiqədə penaltidən yararlana bilməyib (dirək).
Vərəqələr: İ.Cibrila, 14 (qeyri-idman hərəkəti). H.Hacılı, 22 (qeyri-idman hərəkəti). M.Yankoviç, 51 (qeyri-idman hərəkəti). A.Qomis, 60 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
6 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 800 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Liderlə ən yaxın izləyicisinin dueli, təbii ki, maraqla gözlənilirdi. Mövsümün ən uğurlu və formada olan komandaları qarşılaşırsa, özü də matç Bakının mərkəzində keçirilirsə, mümkün qələbə “Zirə”nin ikinci pillədəki mövqeyini, “Qarabağ”ın liderliyini möhkəmləndirirsə, başqa cür düşünmək də olmaz. Lakin oyun nə meydanda başverənlər baxımından gözləntiləri qarşıladı, nə də meydandankənarda.

Demək olar ki, yalnız fanklubların izlədiyi qarşılaşmada təhlükəli vəziyyətlər baxımından darıxdıq. Baxmayaraq ki, ilk dəqiqələr tam fərqi oyun vəd edirdi. 4-cü dəqiqədə Yankoviçin uzaqdan göndərdiyi topu ələ keçirən Zubir mövqeyini tərk edən Aydını asanlıqla aldatsa da, “çərçivə”ni dəqiq nişan ala bilmədi. 7-ci dəqiqədə Koxalski qonaqların hesabı açmasına mane oldu. Suma Yankoviçi keçəndən sonra cərimə meydançasında fürsət gözləyən Cibrila üçün şans yaratdı ki, nigeriyalı qapıçıyla mübarizədən məğlub ayrıldı. Ardından “köhlən atlar”ın kapitanının növbəti uğursuzluğuna şahidlik etdik. Təcrübəli yarımmüdafiəçi bu dəfə də Yankoviçin çatdırdığı topu tora qovuşdurmaq əvəzinə dəqiq oynamadı.
Hər halda, ağdamlıların ardıcıl hücumları “qartallar”ın müqavimətinin qırılmasıyla nəticələndi. Cibrila cərimə meydançasına daxil olmağa çalışan Leandro Andradeni yerə sərdi. Kadi cərimə zərbəsini mükəmməl yerinə yetirməklə komandasını irəli çıxardı. Çox keçmədən “Qarabağ”ın növbəti hücumuna şahidlik etdik. Bu dəfə Zubirin ötürməsini qəbul edən Elvin bəxtini sınadı ki, Aydın üçün o qədər də qüvvətli olmayan zərbəni dəf etmək çətin olmadı. “Zirə”nin hesabı bərabərləşdirmək istəyi özünü 30-cu dəqiqədə büruzə verdi. Maraqlıdı ki, burda Cibrila çox yöndəmsiz cəhdlə yadda qaldı. O nəinki “çərçivə”ni nişan aldı, hətta Utziqin çatdırdığı topu qapıya paralel istiqamətdə özündən uzaqlaşdırdı.
37-ci dəqiqədə Utziqin cərimə meydançasının həndəvərindən tora qovuşdurmaq istədiyi top isə tirin üstündən keçdi. Beləliklə, nisbətən maraqlı birinci hissə bitdi və cansıxıcı 2-ci yarıya qədəm qoyduq. Uzun müddət mərkəzdə davam edən mübarizə, nəhayət, 56-cı dəqiqədə ön xəttə sıçradı ki, burda Leandronun cərimə meydançasına göndərdiyi topa toxunan tapılmadı. Baxmayaraq ki, Zubir qapıya zərbə vurmaq üçün əlverişli mövqedə idi.
Bir qədər sonra “Zirə” önə atıldı. Özünü topa sipər edən Silva İssanın “çərçivə”ni nişan almasına imkan vermədi. 61-ci dəqiqədə Zubir daha bir fürsəti puç etdi - kapitan Renatoyla mübarizədə uduzdu. 70-ci dəqiqədə Sumanın fərqlənməsinə şahidlik etdik ki, qvineyalı oyundankənar vəziyyətdə olduğundan qol sayılmadı. Ardından Koxalski İsmayılın uzaqdan birbaşa tora qovuşdurmaq istədiyi topa vaxtında yiyələndi. Sonuncu təhlükəli vəziyyət 90+5-ci dəqiqəyə təsadüf etdi. Belə ki, Juniorun cərimə meydançasının daxilinə ötürməsindən sonra yaşanan qarışıqlıq qonaqların penalti iddiasıyla nəticələndi. VAR-a dəvət olunan İnqilab Məmmədov “nöqtə”ni göstərdi. İndi yetərincə iddialı rəqibin meydanından son dəqiqə qoluyla bir xalla ayırlmaq imkanı var idi ki, topun arxasına keçən Qismət dirəyi “nişan aldı”.
Nəticədə “Qarabağ” çempionluğa doğru növbəti addımını atdı. Ən yaxın izləyicisini də məğlub edən “köhlən atlar” elə 30-ci turda çempion olsa, təəccüblənmərik.
Gözdən qaçmadı
// “Qarabağ”ın prezidenti Tahir Gözəl oyundan əvvəl komandanın heyətində 300-cü oyununa çıxan Abdulla Zubirə xatirə forması təqdim etdi.
// Matçdan əvvəl “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Patrik Andrade mükafatlandırıldı. Mükafatları “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov verdi.
// “İmarət Tayfa”, “Qarabağ Ordu” və “Qartallar” fanklubu tribunalarda idi. Maraqlıdı ki, qonaqların tərəfdarları yalnız “Zirə” qol buraxandan sonra dəstək şüarları səsləndirməklə kifayətləndi.
// Rəşad Sadıqov penaltinin vurulduğu anlarda Qurban Qurbanovun yanına gəldi, çiyin-çiyinə seyr etdi.
// Matçdan sonra azyaşlı “Qarabağ” azarkeşləri Koxalskinin avtomobilinin önünü kəsib stadiondan ayrılmasına imkan vermirdi. Qolkiper uşaqlardan birinə forma verdisə, bir neçəsiylə şəkil çəkdirdi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri