Icma.az
close
up
RU
Rəşad Sadıqov Qurban Qurbanovun uğurlarını təkrarlaya bilər?

Rəşad Sadıqov Qurban Qurbanovun uğurlarını təkrarlaya bilər?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rəşad Sadıqov gələcək perspektivdə Azərbaycan futbolunda Qurban Qurbanovu əvəz edə bilər”.

Bunu tanınmış futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Rəşad Sadıqov uzun müddət Qurban Qurbanovla birlikdə çalışıb:

“Yəni ondan çox şey öyrənib və böyük təcrübə keçib. Bu da Rəşad Sadıqovun məşqçilik karyerasında özünə yol açmasına müsbət təsir edib. Əslində, Rəşad Sadıqov uzun illər “Qarabağ”da Qurban Qurbanovun köməkçi olaraq qala bilərdi. Lakin o, özü baş məşqçi olaraq davam etmək istədi. Düşünürəm ki, çox doğru seçim idi”.

Ekspert qeyd edib ki, Rəşad Sadıqov artıq 5 mövsümdür “Zirə”nin baş məşqçisidir:

“Hər il komandada irəliləyişlərin olduğu da açıq şəkildə özünü göstərir. Rəşad Sadıqovun özünün futbol fəlsəfəsi var. Üstəlik, “Zirə” rəhbərliyi də ona böyük dəstək verir. Hansı ki, bu da futbolda çox vacib amildir. Əlbəttə ki, Rəşad Sadıqovun Qurban Qurbanov səviyyəsinə çatması üçün illər lazımdır. 

“Qarabağ” zamanında ona güvəndi və nəticə ortadadır. Qurbanov artıq 12 ildir ardıcıl avrokuboklara qruplara aparır. Lakin yaxşı transferlər də vacib məsələdir. Çünki baş məşqçi nə qədər yaxşı olsa da, komanda da güclü olmalıdır. O zaman məşqçi də öz istədiyini həyata keçirərək, nəticə qazana bilir. Bu baxımdan, “Zirə” rəhbərliyi də yaxşı oyunçuları heyətə cəlb etməklə Rəşad Sadıqovun işini asanlaşdıra bilər”. 

Həmsöhbətimiz vurğulayıb ki, Qurban Qurbanov çox böyük tarixi rekordlara imza atıb:

“Onun rekordlarının təkrarlanması yaxın gələcək üçün çətin görünür. O, Azərbaycanın ən titullu məşqçisidir. Avropadakı uğurları da göz önündədir. Lakin Rəşad Sadıqovda ən azından bu perspektivin olduğunu deyə bilərik. Ümumiyyətlə, Rəşad Sadıqov Azərbaycanın ən yaxşı futbolçularından biri olub. Yəni futbol adamıdır və yaxşı karyeraya sahibdir. Bütün bunlara görə, bir gün kimsə Qurban Qurbanovun uğurlarını təkrarlayacaqsa, bu, Rəşad Sadıqov ola bilər”.

Mehman Süleymanov hesab edir ki, Rəşad Sadıqov “Zirə”də çempionluğa oynayacaq komanda qura bilər:

“Düzdür, “Qarabağ”ı taxtdan salmaq çox çətindir, amma yaxın illərdə “Zirə”nin də yarışın içərisində olması gözlənilir. Rəşad Sadıqovun illər keçdikcə təcrübəsi daha da artacaq.

Onun ölkəmizin ən yaxşı məşqçilərindən biri olacağına inanıram. Lakin Qurban Qurbanovun rekordları üçün ona müəyyən qədər vaxt lazımdır”.

Mütəxəssis Rəşad Sadıqovun gələcəkdə “Qarabağ” və ya Azərbaycan milli komandasının başına keçmə ehtimalları barədə də danışıb:

“Əslində, Qurban Qurbanovun yaxın gələcəkdə “Qarabağ”dan gedəcəyi inandırıcı görünmür. Lakin gələcəkdə bu ehtimal baş verərsə, onu Rəşad Sadıqov əvəz edə bilər. Hətta bəlkə onu Qurbanov tövsiyə edəcək. Milli ilə bağlı məsələ isə daha real görünür. 

Üstəlik, Rəşad Sadıqov özü də milli komandanı çalışdırmaq istəyini gizlətmir. Hesab edirəm ki, AFFA milli komandada xarici baş məşqçi strategiyasından imtina etsə, Rəşad Sadıqov ehtimalı gündəmə gələ bilər”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Rəşad Sadıqov Qurban Qurbanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri