Icma.az
close
up
RU
Rəşad Sadıqov: Sonuncu pilləni tutan komanda aşağı liqaya düşəndən sonra çempionatda rəqabət artıb

Rəşad Sadıqov: Sonuncu pilləni tutan komanda aşağı liqaya düşəndən sonra çempionatda rəqabət artıb

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Zirə" Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Olduqca vacib oyunda önəmli qələbə qazandıq. İlin son oyunu idi. Son oyunlar həmişə xüsusi olur. Futbolçular istər-istəməz istirahətə hazırlaşır. Belə matçlara köklənmək çətindir. Qarşımızda əzmkar "Səbail" var idi. Bilirdik ki, oyun ağır keçəcək. Elə də oldu. Şükürlər olsun ki, sonda lazım olan qolu vurub qələbə qazandıq. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq. Çünki Azərbaycan çempionatında ikinci yarı həmişə çətin olub. Sona yaxınlaşdıqca hər xal önəmli olacaq. 

- Futbolçuların performansından razı qaldız?

- Bir neçə kombinasiyalı hücumlarımız oldu. Sadəcə olaraq futbolçular həmin epizodlarda fərqlənə bilmədi. Son turlarda heç kim "Səbail"lə matçda asan qələbə qazanmamışdı. Səfərdə, süni örtükdə oynamaq bizim üçün əlavə problem idi. Birinci hissə diktəmizlə keçdi. İkinci yarıda pauzalar çox oldu. Bizim qola qədər oyunun dinamikası çox aşağı düşmüşdü. Qoldan sonra hər iki komanda canlandı. Meydanda istədiyim futbolu gördüm. Çətin oyun idi. Elə oyunlar olur ki, tam da istədiyin futbolu göstərə bilməzsən, amma qələbə qazanmaq çox önəmlidir. Bu da onlardan biri idi.

- "Səbail"lə oyun futbolçuların performansını qiymətləndirmək üçün meyardır?

- Premyer Liqada son pilləni tutan komanda aşağı liqaya düşəndən sonra çempionatda rəqabət artıb. "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəlmişik. Amma deyə bilmərəm ki, həmin matçda bugünkündən yaxşı oynamışdıq. Komandaların hansı pillədə olmasından asılı olmayaraq onların arasında heç bir fərq görmürəm. Çempionat çox gərgin keçir. Düşünürəm ki, bu, futbolumuzun inkişafına yol açacaq.

- Sizcə ilin ən yaxşı futbolçusu kimdir?

- Açığı bu haqda düşünməmişəm. Gərək bir az fikirləşək, millinin, klubların avrokubok oyunlarını gözümüzün qabağında canlandıraq. Yəqin ki, Toral Bayramovla Elvin Cəfərquliyev arasında böyük rəqabət olacaq. Mahir Emreli də namizədlərdən ola bilər. Qismət Alıyev də yaxşı performans göstərir.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Dekabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri