Rəşad səhnənin tozunu udmaqdan xərçəng oldu
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib.
Axşam.az xəbər verir ki, mərhum aktyorun həmkarı, Əməkdar artist Mətanət Atakişiyeva "Elgizlə izlə" verilişində onun ağciyər xərçəngindən vəfat etdiyini bildirib:
"Həyatı çox sevən biri idi. Sənət adamlarının həyatına kənardan baxanda deyirlər ki, "Necə də xoşbəxtdirlər. Nə iş görürlər ki?". Amma bu sənət elə əziyyətlidir ki. Rəşad o səhnənin tozunu udmaqdan ağciyər xərçəngi oldu. Yayda səhnədə qış paltarları geyinib tərlədi, qışda soyuqdan üşüdü. Bütün bunların nəticəsidir ki, Rəşad ağciyər xəstəsi oldu. Xalq artistiləri Amaliya Pənahova, Ramiz Novruz, Fuad Poladov da ağciyər xərçəngindən vəfat edib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 16 Oktyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















