Icma.az
close
up
RU
Azərbaycanda xərçəng sürətlə artır Rəşad Mahmudov həyəcan təbili çaldı

Azərbaycanda xərçəng sürətlə artır Rəşad Mahmudov həyəcan təbili çaldı

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Onkoloji xəstələrin müalicəsinə dövlət dəstəyinin gücləndirilməsi vacibdir".
Bakupost.az azpolitika-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi müzakirələri zamanı çıxış edən Səhiyyə komitəsi sədrinin müavini, tanınmış kardioloq Rəşad Mahmudov bildirib.
“İnsan həyatını qorumaq büdcədəki hər bir rəqəmdən daha önəmlidir. Onkoloji xəstələrimizin müalicəsi, dərman təminatı və mövcud mərkəzlərin effektiv fəaliyyəti üçün daha güclü dəstək həyati zərurətdir”, - millət vəkili bildirib.
R.Mahmudov vətəndaşların üzləşdiyi ən ciddi problemlərdən birini qaldırıb. Azərbaycanda onkoloji xəstəliklər sürətlə artır və ona qarşı mübarizənin əsas ağırlığı elə insanların öz üzərinə düşür. Bu xəstəliklərin müalicəsi icbari tibbi sığortaya daxil deyil, dövlət büdcəsindən ayrılan vəsait, xəstələrin sayı, dərman preparatlarının qiymətləri qarşısında çox azdır. Nəzərə alsaq ki, bu sahə üzrə ixtisaslaşmış Milli Onkologiya Mərkəzində tibbi xidmətlərin əksəriyyəti qeyri-rəsmi qaydada ödənişlidir, o zaman vəziyyətin ağrılığı təsəvvür etmək olar.
Mərkəzdə həkim qəbulu, müayinə, analizlər, kimya-terapiya kursları pulludur. Qiymətlər isə xəstələrin mübarizə əhval-ruhiyyəsinə və həkim-radioloqların insafına görə dəyişir. Mərkəzin özündə müalicə olunmaq isə olduqca bahalı xərc sayılır.
Azərbaycanın səhiyyə statistikasına görə, son illərdə onkoloji xəstələrin sayı artıb. 2023-cü ildə qeydiyyatda olan xəstələrin sayı 69 435 nəfər, 2024-cü ildə isə 73 875 nəfərə çatıb. 2023-cü ildə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 13 666, 2024-cü ildə isə 15 164 nəfər olub. Bu göstəricilər kişilər və qadınlar arasında fərqlidir: 2024-cü ildə 8 051 qadın və 7 113 kişi ilk dəfə xərçəng diaqnozu alıb.
2023-cü ildə xərçəngdən ölümlərin sayı təxminən 9 681 nəfər olub. Beynəlxalq GLOBOCAN-2022 məlumatlarına görə, Azərbaycanda beş il ərzində sağ qalan onkoloji xəstələrin sayı 46 618 nəfər, yeni diaqnoz qoyulan xəstələr isə 18 503 nəfər təşkil edib. 2022-ci il üzrə xərçəngdən ölənlərin sayı isə 11 314 nəfər olub. Səhiyyə ekspertlərinin açıqlamalarına görə, Azərbaycanda ölüm səbəbləri sıralamasında ürək-damar xəstəlikləri birinci, onkoloji xəstəliklər isə ikinci yerdə durur. Ürək-damar xəstəlikləri ölümlərin təxminən 60%-ni təşkil edir. Xərçəng səbəbindən ölənlərin nisbəti isə təxminən 11%-dir. Bu rəqəmlər göstərir ki, onkoloji xəstəliklər ölkədə ciddi səhiyyə probleminə çevrilib.
Millət vəkili Rəşad Mahmudov onkoloji xəstəliklərə qarşı mübarizəyə dövlət dəstəyinin gücləndirilməsini vacib sayır. Bu sahədə mövcud durum necədir?
2025-ci ildə bu məqsəd üçün təxminən 60,4 milyon manat vəsait nəzərdə tutulub. Məsələn, 2024-cü ildə xərclənən məbləğ 48,3 milyon manat olub. Bu maliyyə xəstələrin dərman preparatları, müalicə prosedurları və digər tibbi ehtiyaclarını qarşılamaq üçün istifadə edilir. Ayrılan vəsaiti qeydiyyatda olan onkoloji xəstələrin sayına böləndə hər xəstəyə təxminən 700 manatdan bir az artıq vəsait düşür. Ölkədə xəstələr arasında sorğu aparsaq, bu həcmdə pulsiz tibbi xidmət, dava-dərman əldə etmiş nadir adamlar tapıla bilər. Məbləğ də kifayət qədər azdır.
Əslində onkoloji xəstələr üçün dövlət təminatı çərçivəsində müəyyən dərman preparatları pulsuz və ya dövlət hesabına verilməlidir. Səhiyyə Nazirliyinin “Şiş əleyhinə əsas preparatlar” proqramına əsasən, hazırda 200-dən çox dərman preparatı guya təmin edilir.
Nümunə dərmanlar:
5 Fluorourasil (5 Ftoruracil), Bleomycin, Bondronat, Calcium folinat, Carboplatin, Alkeran, Aredia, Belustin, Mitoksantron, Doksorubisin, Epirubisin, Ifosfamid, Irinotekan, Vinblastin, Vinkristin, Tamoksifen və s.
Dərmanların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənir və hər il yenilənir. 3 ildir onkoloji xəstəlikdən müalicə alan Simuzər Həsənova bildirir ki, bu müddət ərzində bir dənə də olsun pulsuz dərman almayıb. “Həkim, radioloq, MRT, UZİ müayinəsinə pul ödəmişəm, 4 dəfə kimya-terapiya almışam, hər birinə 300 manat vermişəm. Dərmanın, müayinənin pusluz olduğu haqda heç vaxt eşitməmişəm”, - o bildirib.
Qeyd edək ki, onkoloji xəstəliklər dünya üzrə ölüm səbəbləri sıralamasında da ön yerlərdən birini tutur. Hər ölkə xərçənglə mübarizədə müxtəlif strategiyalar tətbiq edir - erkən diaqnostika, profilaktika, müasir dərmanlar, dövlət dəstəyi və səhiyyə infrastrukturunun gücləndirilməsi bu strategiyaların əsasını təşkil edir. Məsələn, ABŞ-də federal hökumət xərçəng müalicəsinə böyük maliyyə ayırır. 2024-cü il üçün Milli Xərçəng İnstitutu (NCI) büdcəsi 7 milyard dollar təşkil edib. Xəstələrə dərmanlar “Medicare” və “Medicaid” proqramları vasitəsilə ödənişsiz və ya subsidiyalı verilir.
Avropaya gəlincə, Almaniya, Fransa və Skandinaviya ölkələrində dövlət xərçəng müalicəsini sığorta sistemi ilə təmin edir. Xəstələr üçün dərmanlar və müalicə prosedurları ya tam pulsuz, ya da minimal ödənişlə həyata keçirilir. Yaponiya və Cənubi Koreyada da dövlət vətəndaşları xərçəng skrininqləri ilə təmin edir. Erkən diaqnostika, müasir immunoterapiya və radioterapiya dövlət tərəfindən subsidiyalaşdırılır.
ABŞ və Avropada onkoloji dərmanların əksəriyyəti dövlət tərəfindən ya sığorta sistemi, ya da xüsusi subsidiyalarla ödənilir. Yeni bioloji dərmanlar, immunoterapiya preparatları və hədəfli terapiya dərmanları pulsuz və ya qismən ödənişlə xəstələrə təqdim olunur. Məsələn, immunoterapiya dərmanı pembrolizumab (Keytruda) və ya trastuzumab (Herceptin) bir çox Avropa ölkələrində dövlət xətti ilə maliyyələşdirilir.
Avropa və ABŞ-də xərçəngə qarşı mübarizənin əsas alətlərindən biri məcburi skrining proqramlarıdır: süd vəzi xərçəngi, kolorektal xərçəng, serviks xərçəngi üçün yaş qrupları üzrə illik yoxlamalar aparılır. Bu, ölüm hallarını əhəmiyyətli dərəcədə azaldır.
Dünya təcrübəsi göstərir ki, onkoloji xəstəliklərlə mübarizədə uğur dövlət dəstəyi, erkən diaqnostika, müasir dərmanlar və geniş ictimai maarifləndirmə ilə mümkündür. Yuxarıda qeyd olunduğu kimi Azərbaycanda bu sahədə son illər formal irəliləyişlər var: büdcə artırılıb, dərman təminatı genişlənib, xəstələrin sayı isə artmaqdadır. Lakin immunoterapiya və bioloji dərmanlar, geniş skrining proqramları və qabaqcıl diaqnostika vasitələri hələ normal səviyyəsində deyil. Buna görə, Azərbaycan üçün növbəti addım maliyyə resurslarının artırılması, skrining proqramlarının genişləndirilməsi və müasir dərmanların tam təminatı ola bilər.
Başılca olaraq dövlətin ayırdığı vəsaitlərin onkoloji xəstələrə çatdırılması vacibdir. Bu sahədə hökm sürən hazırkı bərbad vəziyyəti aradan qaldırmaq mümkün olmazsa, dövlət təminatının artırılması ancaq səhiyyə məmurlarının daha da varlanmasına gətirib çıxaracaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri