Rəşid Behbudov rəhmətə getməsəydi, ailə qurmazdım
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əməkdar artist Almaz Ələsgərli səmimi açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, müğənni sənət yolunun ilk illərindən və çalışdığı dövrdən danışarkən maraqlı etiraflar edib.
Sənətçi bildirib ki, mərhum sənətkar Rəşid Behbudovun adını daşıyan Rəşid Behbudov adına Mahnı Teatrında işə qəbul olunmaq o dövrdə olduqca çətin idi:
"O zaman Rəşid Behbudovun teatrında işləmək mümkünsüz kimi görünürdü, sanki 'yeddi başın' olmalı idi. Amma mən qəbul olundum və 2-3 il orada çalışdım".
Almaz Ələsgərli qeyd edib ki, sənətkarın vəfatından sonra teatrdan ayrılmaq qərarı verib. Bunun səbəbi isə ailə qurması olub:
"O rəhmətə getdikdən sonra işdən çıxdım. Səbəb ailə qurmağım idi. Bəlkə də Rəşid Behbudov vəfat etməsəydi, ailə qurmazdım, teatrda qalardım", - deyə müğənni səmimi şəkildə etiraf edib.
Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Fevral 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















