Icma.az
close
up
RU
Rəşid Behbudov Bir rəsmin dedikləri

Rəşid Behbudov Bir rəsmin dedikləri

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasınım müəllimi, xoreoqraf Nuray Sasanidir. Müsahibimizlə Əməkdar incəsənət xadimi, rəssam Nəcəfqulu İsmayılovun "Rəşid Behbudov" əsərindən danışmışıq.

Rəngkar, karikaturaçı və illüstrasiya ustası, "Kirpi" satirik jurnalının baş rəssamı və yaradıcılarından biri Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1963) Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov 1923-cü ildə Bakı şəhərində anadan olub. Rəssam yaradıcılığı boyu qrafiak ustası və rəngkar kimi fəaliyyət göstərmiş və Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkib. Nəcəfqulu İsmayılovun dəzgah rəngkarlığının portret, natürmort və tematik tablo janrlarında bir sıra əsərləri var. Əsasən portret janrında işləyən rəssam dövrünün görkəmli mədəniyyət xadimlərinin obrazlarını yaradıb. Onun yaradıcılığında insan xarakterinin açılması əsas yer tuturdu. Nəcəfqulu İsmayılov yaradıcılığı boyu klassik realizm ənənələrinə sadiq qalmış və ərsəyə gətirdiyi portretlərdə zahiri oxşarlıqla yanaşı, daxili aləmi də əks etdirib. Məhz möhtəşəm portretləri ilə o, Azərbaycan təsviri sənətinin portertlər qalereyasını sözün əsl mənasında zənginləşdirib.

- "Rəşid Behbudov" əsəri rəssamın yaradıcılığının hansı dövrünə təsadüf edir?

- "Rəşid Behbudov" portreti ötən əsrin 50-ci illərində, 1950-ci ildə ərsəyə gəlib. Bu da təsadüfi deyildi. Məhz bu dövr Behbudov yaradıcılığının ən parlaq mərhələsi idi. Əsər sənətkarın milli mədəniyyətdəki rolunu vurğulayırdı. Eyni zamanda portret dövrünün ideoloji və estetik xüsusiyyətlərini əks etdirirdi.

- Əsərin rəng həlli necədir?

- Tabloda tünd və sakit rənglərin harmoniyası hökm sürür. Behbudovun qara kostyumlu fiquru xüsusi kontrast yaradır və açıq fon obrazın önə çıxmağına mərkəzdə diqqət cəlb etməyinə kömək edir. Rəssam böyük ustalıqla rənglərarası harmoniyanı, uyğunluğu qoruya bilib.

- Bəs əsərin kompozisiyası necədir?

- Kompozisiya baxımından sadə təkfiqurlu və monumental qurulmuş əsərdir. Fiqur tamaşaçıya yaxın məsafədən təsvir edilib. Behbudovun açıq əl jesti müğənninin tamaşaçı ilə ünsiyyətini simvolizə edir. Bununla rəssam sənətkarın yüksək səhnə mədəniyyətini göstərib.

- Tablo harada saxlanılır?

- Əsər müxtəlif dövrlərdə Azərbaycan mədəni irsi ilə bağlı muzey və fondlarda qorunub. Bildiyimiz kimi, bu tip əsərlərin saxlandığı ən etibarlı yer Azərbaycan Milli İncəsənət Muzeyidir. Elə ötən ay başlayan və bu ayın sonuna qədər davam edəcək Azərbaycan Milli İncəsənət muzeyində R.Behbudovun zəngin həyatı və parlaq yaradıcılıq yolunu əks etdirən "Səsin rəngi" adlı sərgisində də bu əsər nümayiş olunur.

- Bu portret rəssamın digər əsərləri ilə hansı oxşar xüsusiyyətlərə sahibdir?

- Biz qeyd etdik ki, rəssam möhtəşəm portretlər ustasıdır. Yəni əminliklə deyərdim ki, Nəcəfqulu İsmayılov əsl sənətkar portretçidir. O, Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının dostluq şarjlarını işləyib. Haqqında danışdığımız tablo da realist üslubda obrazın daxili aləminin xüsusi bacarıqla təsvirinə görə rəssamın digər əsərləri ilə oxşarlıq təşkil edir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəşid Behbudov obrazının rəssamın portretlər qalereyasına daxil olmasının səbəbi sadədir. Yaradıcı insanı yaradıcı obraz maraqlandırır. Rəşid Behbudov həmin dövrdə yaradıcılığının zirvəsini yaşayırdı. Yaradıcı şəxsiyyət obrazı daim rəssamların diqqət mərkəzində olub. Bunların bariz nümunələri Tahir Salahovda Roşenber, Rastrapoviç, Qara Qarayev, Mikayıl Abdullayevdə Nəsimi, Əminə Dilbazinin portreti, Oqtay Sadıqzadədə Xan qızı Natəvan, Nizami, xalq rəssamları Eldar Mikayılzadə, Siruz Mirzəzadədə Füzuli obrazı və s. Siyahını çox uzada bilərik. Bu əsərlərdə sanki rəssam mədəni irsimizi, onun layiqli nümayəndələrini qorumağın vacibliyini bizlərə çatdırmaq istəyib. Behbudov obrazı təkcə rəngkarların deyil, eyni zamanda heykəltaraşlarımızın da marağını cəlb edib. Maraqlısı bundadır ki, obraz öz aktuallığını itirməyib, bu ənənə bu gündə davam edir. Ümumilikdə təsviri sənətin hər üç növündə Behbudovun portretini akademik Ömər Eldarov, Fuad Salayev, Tahir Salahov, İsa İbrahimov, Cümşüd İbrahimov, İsmayıl Məmmədov, Asəf Cəfərov, Marqarita Əfəndi, Altay Sadıqzadə, Elturan Avalov, Ülviyyə Həmzəyeva və digər rəssam və heykəltaraşlar işləyib. Düşünürəm ki, gələcək nəsillər üçün də Behbudov obrazı daim maraqlı olacaq.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri