Icma.az
close
up
RU
Rəşid Behbudovun müəmmalı ölümü: erməniləri ifşa edən gizli sənədi ona KİM VERMİŞDİ.. ANONS

Rəşid Behbudovun müəmmalı ölümü: erməniləri ifşa edən gizli sənədi ona KİM VERMİŞDİ.. ANONS

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəşid Behbudovun ölümü haqqında hələ də müəmmalı olan bəzi hadisələrin olduğu və onun sifarişlə öldürüldüyü deyilir. 
Xalq artistinin erməniləri ifşa edən müəyyən kasetlərə sahib olduğu da deyilir. İlkin ehtimal bu kasetler Şamuyanın Hindistanda yaşayıb-ölməsi ilə bağlı olsa da, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev Modern.az-a müsahibəsində sənətkarın əsl ölüm səbəbinin başqa olduğunu deyib.

O qeyd edib ki, Rəşid Behbudovun əldə etdiyi kaset Qarabağın ermənilərə verilməsi ilə bağlı olub. 

Belə ki, 1987-ci ildə Qarbaçov həyat yoldaşı Raisa ilə Amerikada səfərdə olur. Həmin müddətdə Raisa Mixail Qorbaçov olmadan erməni diasporunun nümayəndələri ilə gəzintiyə çıxmaq adı ilə onlarla birlikdə yaxtada okean turuna çıxırlar.

Orada ermənilər Raisa Qarbaçovaya qiymətli hədiyyələr verirlər və ilk dəfə Qarabağ məsələsini qaldırılar. Raisa Qarbaçova isə onlara kömək edəcəklərini deyir.

1988-ci il may ayında Türkiyəyə qastrola gedəndə Türkiyə xüsusi xidmət orqanları həmin məsələni ona çatdırır və kaset Rəşid Behbudova verilir. Rəşidə xanım da həmin qastrolda atasını müşahidə edirdi. Kasetin taleyi də ailəyə məlumdur. 

Rəşid Behbudov Türkiyədə 

Bu hadisədən sonra - 1988-ci ildə dekabrın 1-də Ermənistanın və Azərbaycanın görkəmli elm, sənət, mədəniyyət xadimləri ilə Qarbaçovun görüşü zamanı Rəşid Behbudovla Qarabağ mövzusuna görə mübahisə edirlər. Rəşid Behbudov özünün də şuşalı olduğunu və Qarabağın Azərbaycana məxsus ərazi olduğunu qeyd edir.

Bu mübahisədən cəmi 6 ay sonra Rəşid Behbudov həyatını itirir. 

Rəşid Behbudov 9 iyun 1989-cu ildə Moskvada yerləşən Kreml xəstəxanasında dünyasını dəyişib. Xəstəxanada Rəşid Behbudovun gecə növbətçisi həkimi erməni olub. 

Xəstəxanaya yerləşdiyi gündən Rəşid Behbudovun həmişə yanında həyat yoldaşı Ceyran Behbudova olub. Amma Rəşid Behbudovun öldüyü gün həmin erməni həkimi Ceyran xanıma müəyyən prosedurların olacağını, buna görə də onun palatadan kənarda gözləməli olduğunu deyib. Palata qapısının yanına bunun üçün bir kreslo da qoyublar. Ceyran xanım palatadan çıxandan sonra  tibb bacılarından çay istəyir, həmin çayı içəndən sonra isə saatlarla oturduğu yerdə yuxuya gedir. 

Ceyran xanım bu haqda ailə üzvlərinə danışıb.

“Bir-iki dəfə qulağıma səs gəldi, soruşdum, narahat oldum. Dedilər ki, narahat olmayın prosedurlardı. Həmin prosedurdan qabaq Rəşid Behbudov əməliyyata hazırlaşırdı, əməliyyat günün səhərisi əməliyyatı ləğv etdilər. Heç bir izah da olmadı, elə bildim bir-iki saata səbəbin deyəcəklər, amma heç nə demədilər. Məni palatadan çıxarandan sonra, çay içdim, sonra da yuxuya getmişəm”. 

Ceyran Behbudova həkimlərin növbə dəyişməsi zamanı, səhər 8-9 arası yuxudan ayılır. Növbətçi həkim hər şeyi təhvil verəndə Ceyran xanım Rəşid Behbudovun vəziyyətini həkimlərdən soruşur. Ona deyirlər ki, gecə saat 04:10-da Rəşid Behbudov rəhmətə gedib. Ceyran Behbudova palatanın düz yanında olsa da, Rəşid Behbudovun ölümü haqqında ona axşamdan heç nə demirlər. 

Ceyran xanımı bundan sonra baş həkimin yanına aparırlar. Baş həkim Ceyran Behbudovaya vərəq uzadaraq ora qol çəkməsini istəyib. Vərəqdə yaxınların meyitin tibbi ekspedisiyadan keçməməsi və yarılmamasını istədiyi yazılmışdı. Baş həkim Rəşid Behbudovun xanımını inandırır ki, siz müsəlmansınız və bu sizin dininizə görə haramdır. Həmin vaxt panikada olan Ceyran xanım sənədi imzalayır. 

R.Behbudovun nəşi Bakıya gətirildikdən sonra, məsciddə yuyulmağa göndərilir. Rəşid Behbudovun bacısı oğlu Cəfər də həmin mərasimdə iştirak edir. Cəfər görür ki, meyit yarılıb və bu haqda ailəyə məlumat verir. Bundan sonra tibbi məhkəmə ekspedisiyasına zəng edirlər ki, Rəşid Behbudovun nədən rəhmətə getdiyi yoxlanılsın. Ekspedisiyanın nəticələri olan sənədi səhərisi gün istəyəndə onlara bildirilər ki, sənəd yoxdur. Bundan sonra Rəşidə xanım məhkəmə tibbi ekspedisiyaya həmin vaxtkı rəhbərinin dönə-dönə sənədi tələb edir. Axırda o da deyib ki, bizlik deyil, gəlib sənədləri apardılar. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri