Icma.az
close
up
RU
“Basqalı”ya görə Bakıdan Gürcüstana XƏBƏRDARLIQ edildi

“Basqalı”ya görə Bakıdan Gürcüstana XƏBƏRDARLIQ edildi

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Gürcüstanın IMEDI televiziya kanalında ölkəmizə məxsus “Basqalı” rəqsi növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” - “erməni şalaxosu” kimi təqdim olunub.

Musavat.com-un məlumatına görə, bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Məsələ ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyi rəsmi reaksiya verib.

Qurumdan Musavat.com-a verilən açıqlamada bildirilib ki, bununla bağlı Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “Sakpatenti”nin rəhbərliyinə zəng olunaraq xəbərdarlıq edilib:

“Azərbaycan Respublikasının Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnının “Somxuri şalaxo” - “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunması ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyilə Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “Sakpatenti”nin rəhbərliyi arasında telefon danışığı olub.

Danışıq əsnasında qeyd edilən məsələ barədə daha öncə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Sakpatenti”yə məktub ünvanlandığı, “Sakpatenti” tərəfindən isə bu məsələnin həlli üçün lazımi tədbirlərin görüləcəyi barədə rəsmi cavab verilməsinə baxmayaraq, bu halın təkrarlanmasının Azərbaycan tərəfini ciddi narahat etdiyi vurğulanıb.

Eyni zamanda bu halın Azərbaycan və Gürcüstan arasında olan ikitərəfli dostluq münasibətlərinə zidd olduğu qeyd edilib. “Sakpatenti” rəhbərliyi tərəfindən Gürcüstan kanallarına belə halların yolverilməz olduğu barədə rəsmi ciddi xəbərdarlıq edildiyi, nəzarətin daha da gücləndiriləcəyi və nəticə barədə Agentliyə əlavə məlumat veriləcəyi bildirilib".

Qeyd edək ki, bu məsələ Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub və bu cür təhriflərin qarşısının alınması üçün beynəlxalq səviyyədə daha sərt addımların atılmasının vacibliyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Fevral 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri