Rəsmi Dəməşq Palmira yaxınlığında baş verən terror hücumunu pisləyib
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Suriya Palmira yaxınlığında baş vermiş və birgə Suriya-Amerika patruluna qarşı törədilən terror hücumunu qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, müvafiq bəyanatı keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani yayıb.
"Həlak olanların ailələrinə, ABŞ hökumətinə və xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq”, - bəyanatda deyilir.
Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba hadisə ilə bağlı açıqlama verərək bildirib ki, ABŞ komandanlığı Suriya hakimiyyətinin İŞİD tərəfindən silahlı hücum təhlükəsi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayıb. O, hücumu həyata keçirən şəxsin təhlükəsizlik qüvvələrinin üzvü olduğunu, lakin komandanlıq vəzifəsi tutmadığını və atışmada zərərsizləşdirildiyini qeyd edib. Əlavə olaraq, hakimiyyət orqanları bu şəxsin İŞİD ilə əlaqəsini və ya sadəcə qrupun ideologiyasına sadiq olub-olmadığını araşdırır.
Daha əvvəl Pentaqon Palmira hadisəsində iki ABŞ hərbçisinin və bir amerikalı mülki tərcüməçinin ölümünü təsdiqləyib. Suriya TV-nin məlumatına görə, ən azı bir suriyalı döyüşçü də öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















