Icma.az
close
up
RU
Rəsmi işi olmayan kəndlilərin ORTAQ PROBLEMİ Necə kredit götürsünlər?

Rəsmi işi olmayan kəndlilərin ORTAQ PROBLEMİ Necə kredit götürsünlər?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kənd yerlərində əhalinin böyük hissəsi təsərrüfatla məşğul olduğu üçün  onların əksəriyyətinin nə rəsmi iş yeri, nə də gəliri var. Bu isə həmin vətəndaşların banklardan və ya kredit təşkilatlarından borc almaq imkanlarını məhdudlaşdırır.
Bəs insanlar nə etsin? Banklar hansı hallarda rəsmi işi olmayan şəxslərə kredit verə bilər? Çıxış yolu nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən maliyyə mütəxəssisi Əkrəm Həsənov bildirib ki, banklar kredit verərkən rəsmi gəlirin olmasına ciddi şəkildə diqqət yetirirlər:
“Bank olmayan kredit təşkilatlarında bu tələb o qədər də sərt deyil. Amma bank sektorunda rəsmi gəlirin təsdiqlənməsi mütləqdir”, - deyə ekspert diqqətə çatdırıb.
Əkrəm Həsənov qeyd edib  ki, burada söhbət yalnız əməkhaqqından getmir. Rəsmi gəlir dedikdə, məsələn, icarəyə verilən obyektin gəliri də nəzərdə tutula bilər:
“Əgər kənd təsərrüfatı ilə məşğul olan şəxs öz məhsulunu rəsmi şəkildə satmırsa, yəni gəliri sənədlərlə sübut olunmursa, bank ona kredit verməyəcək”, - deyə mütəxəssis əlavə edib.
Ekspertin sözlərinə görə, rəsmi gəliri olan və ondan vergi ödəyən fermerlər üçün kredit almaq mümkündür:
“Əgər şəxs rəsmi gəlirini bəyan edir və vergisini ödəyirsə, bank onu müştəri kimi qəbul edəcək.
Bunlar biri-birinə bağlı məsələlərdir. Banklar gəlir mənbəyini təsdiq etmədən riskə getmir.
 

Təsəvvür edin, bank hardan bilsin ki, bu şəxsin sabit gəliri var? Bu baxımdan bank haqlıdır.Amma eyni zamanda, bu, çox ciddi sosial problemdir”.


Ekspert əlavə edib ki, kənd təsərrüfatı sahəsində gəlirlərin qeyri-rəsmi dövriyyədə qalması həm vətəndaşların kredit imkanlarını azaldır, həm də iqtisadi şəffaflığa mənfi təsir göstərir.
Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri