Icma.az
close
up
RU
Əksər ağıllı insanların bir ortaq problemi var Psixoloqlar

Əksər ağıllı insanların bir ortaq problemi var Psixoloqlar

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yüksək intellektin üstünlükləri olsa da, psixoloqlar bildirirlər ki, bu xüsusiyyət bir sıra psixoloji problemlərlə də müşayiət oluna bilər. Onların arasında sosial izolyasiya hissi və münasibətlərdə çətinliklər xüsusi qeyd olunur. 

Ölkə.az xəbər verir ki, bu barədə "Yourtango” nəşri psixoloqlara istinadla yazır.

Məqalədə qeyd olunur ki, yüksək IQ təkbaşına nə uğur, nə də xoşbəxt həyat təmin etmir. Bəzi mütəxəssislər hətta hesab edirlər ki, həddindən artıq yüksək intellekt insanın cəmiyyətə uyğunlaşmasını çətinləşdirə bilər.

Klinik psixoloq, doktor Anjelika Şils bildirir ki, orta statistik insanın IQ səviyyəsi təxminən 100-dür. Həkimlər və hüquqşünaslar kimi "ağıllı” sayılan şəxslərin IQ göstəricisi isə adətən 120 civarındadır və bu, ümumi əhali ilə böyük fərq yaratmır. Lakin 120-dən yüksək IQ səviyyəsinə malik insanlar üçün vəziyyət fərqlidir.

Belə şəxslər çox vaxt kifayət qədər intellektual stimul tapmadıqlarını hiss edir və bu da onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

"Yüksək IQ-ya malik insanların çoxu depressiya yaşayır, psixoaktiv maddələrdən sui-istifadə edir və ya münasibətlərdə deyil", deyə o bildirib.

Psixoloqlara görə, bu insanlar tez-tez özlərini ətraf mühitdən təcrid olunmuş hiss edir və başqaları ilə anlaşmaqda çətinlik çəkirlər.

Psixoterapevt İmi Lo isə qeyd edir ki, belə insanlar dərin emosional bağ axtarsalar da, sağlam münasibətlər qurmaqda çətinlik çəkə bilirlər. Tənhalıq hissi bəzən onları zərərli münasibətlərdə qalmağa vadar edir, çünki bu münasibətlər yeganə emosional və intellektual əlaqə mənbəyi kimi görünür.

Mütəxəssislər əlavə edirlər ki, yüksək intellektə malik insanlar davamlı zehni stimul ehtiyacı duyurlar. Araşdırmalar göstərir ki, beyni aktiv saxlayan fəaliyyətlər uzunmüddətli idrak faydaları verir, lakin bu stimulun olmaması həyata marağın azalmasına və idrak qabiliyyətlərinin zəifləməsinə də səbəb ola bilər.(qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Aprel 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri