Rəsmi Moskva: İrəvanın BCMdə iştirakı RusiyaErmənistan münasibətlərinə birbaşa zərər vurur
Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) və Ermənistanın bu məhkəməyə qoşulmasına münasibəti hər kəsə məlumdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda iştirakı Haaqa tribunalının bir sıra rusiyalı vəzifəli şəxslərin həbsinə order verməsi fonunda Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur: “Bu, simvolik zərər deyil, olduqca praktiki zərərdir. Əgər Ermənistanın BCM ilə əməkdaşlığı həqiqətən də hansısa beynəlxalq normaların möhkəmlənməsinə yardım etsəydi, yəqin ki, bunu başa düşmək, alqışlamaq olardır. Lakin bu “psevdo məhkəmə”nin iki onillik iş təcrübəsi bunun əksindən xəbər verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















