Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs çağırışına Reaksiya
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Dünən Oval Ofisdə mətbuat konfransı keçirən ABŞ prezidenti Donald Tramp prezident Ərdoğana jurnalistlərin qarşısında “Onun (Ərdoğan - Mia.az) Ukrayna savaşı ilə bağlı edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və qaz almaqdan imtinadır", - çağırışı dünyada böyük maraq oyadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buu açıqlama dünya mediasında manşetdən tirajlanıb.
Məlumata görə, Ərdoğan və Tramp arasında Ağ Evdə 2 saat 20 dəqiqə davam edən zirvə görüşündən sonra da ABŞ liderinin yenə jurnalistlərin qarşısında "Ərdoğanın Rusiyadan neft almasını dayandıracağına inanıram" sözünü təkrarlaması "fitili daha da atəşləyib".
Bütün bunlardan sonra isə gözlər rəsmii Moskvaya dikilib.
Bu gün Putinin sözçüsü Dmitri Peskov Trampın rus nefti və qazı ilə bağlı Ərdoğana "yol göstərməsi"nin xoş olmadığını deyib: “Hazırda Türk axını və Mavi Axın boru kəmərləri tam gücüylə fəaliyyət göstərir. Biz Türkiyə ilə əməkdaşlığı davam etdiririk”.
Dmitri Peskov əlavə edib ki, Türkiyənin Trampın məsələhətinə əməl edəcəyi də inandırıcı deyil: "Hər hansı bir məhsulun ticarəti Türkiyə tərəfinə fayda verərsə, niyə imtina etsinlər ki? Davam edəcəklər".
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















