RƏSMİ PEKİN TRAMPIN TƏHDİDİNƏ SƏRT CAVAB VERDİ: Çin sona qədər qətiyyətli əks tədbirlərlə cavab verəcək
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ lideri Donald Trampın Çinə əlavə 50 faizlik gömrük tarifi tətbiq edəcəyi haqda hədəsi rəsmi Pekin tərəfindən eyni üslubda sərt qarşılanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi operativ bəyanat yayıb.
Bəyanatında deyilir ki, Çin ABŞ-ın tarifləri artırmasını qəbuledilməz təhdid heba edir və buna qarşılıq verməkdən geri çəkiləməyəcək: "Çin öz maraqların qorumaq üçün gərəkli adımları atacaq".
Nazirlik əlavə eidb ki, ABŞ bu yolda davam edərsə, Çin sona qədər qətiyyətli əks tədbirlərlə cavab verəcək.
Çin Xalq Bankından verilən açıqlamada isə bildirilib ki, zərurət yarandıqca, yeni borclanma dəstəyi verilməklə kapital bazarında sabitlik təmin ediləcək.
Xatırladaq ki, ötən gün Bakı vaxtilə gecə Tramp 185 ölkəyə tətbiq elədiyi tarif siyasətinə eyni artımla cavab verən ölkələri hədələyib, ABŞ-a oxşar 34 faizlik gömrük tarifi tətbiq edən Çinə isə sərt təhdidvari xəbərdarlıq edib: "Əgər Çin bizə qarşı 34% qərarını sabaha (bu günə -Mia.az) qədər geri götürməsə, ABŞ aprelin 9-dan etibarən onlara qarşı əlavə 50% tarif tətbiq edəcək".
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Aprel 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















