Icma.az
close
up
RU
Rəsmi saytların reytinqi: hansı daha çox izlənir, hansı daha çox oxunur? TƏHLİL

Rəsmi saytların reytinqi: hansı daha çox izlənir, hansı daha çox oxunur? TƏHLİL

Icma.az, Sia Az saytına istinadən bildirir.

2025-ci ilin iyul ayında dövlət qurumlarının rəsmi saytlarına olan maraqda nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub. SİA-nın verdiyi məlumata görə, Media Təhlil Mərkəzinin (MTM) apardığı təhlilə əsasən, ziyarətlərin sayına görə lider Elm və Təhsil Nazirliyi olub. Hesabat dövründə nazirliyin portalına 391 min dəfə daxil olunub. Bu, iyun ayı ilə müqayisədə 22% çoxdur.

İkinci yerdə 227 min ziyarət ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərarlaşıb (baxmayaraq ki, auditoriyası 15,9% azalıb).

İlk üçlüyü isə Xarici İşlər Nazirliyi tamamlayıb, 56%-lik artımla sayta 218 min ziyarət qeydə alınıb.

Lakin yüksək ziyarət həmişə istifadəçi iştirakının dərinliyi demək deyil. İstifadəçilərin saytda orta qalma müddətinə baxdıqda, burada da Maliyyə Nazirliyi lider olaraq qalıb. Ziyarətçilər bu portaldan istifadə edərkən orta hesabla 19 dəqiqəyə yaxın vaxt sərf ediblər. Bu göstərici iyun ayı ilə müqayisədə bir qədər azalsa da, digər qurumlarla müqayisədə xeyli yüksəkdir.

Sonrakı yerlərdə Fövqəladə Hallar Nazirliyi (4 dəqiqə) və Mədəniyyət Nazirliyi (3 dəqiqə 14 saniyə) gəlir. Bu fakt göstərir ki, istifadəçilər həmin resurslarda əsasən hesabatlarla, sənədlərlə və təlimatlarla tanış olduqları üçün daha uzun müddət qalırlar.

Rəsmi saytlardakı bölmələrə daxil olma sayına dair statistikaya gəldikdə Maliyyə Nazirliyi bu göstərici üzrə də ilk pillədə yer alıb. Belə ki, Maliyyə Nazirliyinin rəsmi saytına daxil olan hər bir istifadəçi saytda yerləşən bölmələrdən orta hesabla 13,6-sına daxil olub. Digər qurumların saytlarında bu göstərici əsasən 2–4 bölmə arasında dəyişib. İkinci yerdə İqtisadiyyat Nazirliyi (4,1 bölmə), üçüncü yerdə isə Fövqəladə Hallar Nazirliyi (3,1 bölmə) qərarlaşıb.

Aparılan təhlil göstərir ki, təhsil və xarici siyasət mövzuları geniş auditoriyanın diqqətini cəlb etsə də, istifadəçilər həmin saytlarda çox vaxt keçirmirlər. Əksinə, maliyyə və iqtisadiyyatla bağlı resurslar daha az ziyarətçi toplasa da, onların saytlarda qalma səviyyəsi daha yüksək olur. Bu da o deməkdir ki, bəzi istifadəçilər sürətli şəkildə xəbər və əlaqə məlumatı axtarır, digərləri isə normativ sənədləri və hesabatları ətraflı öyrənirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri