Icma.az
close
up
RU
Kitablar nə vaxt daha çox oxunur? Deputatdan açıqlama

Kitablar nə vaxt daha çox oxunur? Deputatdan açıqlama

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son dövrlər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kitab oxumağa marağın azalması ilə bağlı müxtəlif fikirlər səslənir. Həqiqətən də, son 10-15 il ərzində bu tendensiya özünü getdikcə qabarıq biruzə verməkdədir. Bir sıra mütəxəssislər bu faktı cəmiyyətlərdə elmə, təhsilə, bədii ədəbiyyata marağın azalması, digər qism mütəxəssislər isə müasir texnologiyaların inkişafı ilə əlaqələndirirlər". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev kitab oxumağa marağın azalmasının bir sıra səbəblərinin olduğunu bildirib.

Onun sözlərinə görə, internetin inkişafı, sosial şəbəkələrdən istifadənin geniş imkanlar yaratması insanlarda informasiya bolluğuna səbəb olan faktorlardan biridir. Bir çox insanlar müxtəlif mövzularda kiçik, lakin operativ informasiyalar əldə etməklə kifayətlənirlər.

Millət vəkili deyib ki, hazırda dünyada kitabların, bədii ədəbiyyatın elektron formada hazırlanmasında da böyük üstünlük verilir:

“Hətta bir çox kitabların nəinki elektron formada nəşrinə, eləcə də onların rezume xarakterli variantına üstünlük verilir. Yetərli olur ki, insanlar üçün rezumedə ümumi olaraq kitabda nələrdən bəhs edildiyi bəlli olur. Yəni bütün bunlar müasir İKT-nin yaratdığı imkanlardır. Burada digər səbəblər də var. Kitablar nə vaxt daha çox oxunur? Birincisi, sosialiqtisadi cəhətdən insanlar kifayət qədər rahat olarkən, öz asudə vaxtlarını kitabla keçirməyi üstünlük kimi qəbul edirlər. Yəni qiraət etmək onların asudə vaxtlarını səmərəli keçirmək üçün imkanlardan biridir. Doğrudur, asudə vaxtlarını idman etməklə, gəzintiyə çıxmaqla xoş keçirən insanlarla yanaşı, bir təbəqə var ki, onlar kitab oxumağa üstünlük verirlər. Amma bu gün sosial-iqtiadi çətinliklərlə mübarizə aparan cəmiyyətlərdə kitaba maraq kifayət qədər aşağıdır. Məsələn, dünyanın bir sıra ölkələri var ki, orda insanlar yaşamaq uğrunda mübarizə aparırlar. Bu amilin özü belə insan beynini gün ərzində məşğul edir, onların kitab oxumasına imkan vermir, ən azı kitab oxumağa vaxtları olmur. Eləcə də, kitabların çapının keyfiyyəti, həm də bədii əsərlərin əvvəlki dövrlərin əsərləri ilə müqayisədə zəif olması da onun oxunaqlığını azaldır. Bu gün dünyada, o cümlədən Azərbaycanda elə yazarlar var ki, onların kitabları sevilə-sevilə oxunur. Amma elə yazarlar da var ki, geniş, intellektual oxucu kütləsinin zövqünə uyğun əsərlər ərsəyə gətirə bilmirlər. Beləliklə, burada həm müəllif faktoru, həm nəşr keyfiyyəti, həm sosial-iqtisadi amillər, həm də İKT amili kitabların oxunub-oxunmamasına öz təsirini göstərir”. Samir Vəliyev onu da qeyd edib ki, kitab oxumaq, həm də bir vərdişdir. Onun fikrincə, bu vərdiş orta məktəblərdə formalaşır: “Biz məktəbdə oxuyarkən dərsdən sonra kitabxanadan kitablar götürüb evdə oxuyurduq. Bunu həm valideynlərimiz, həm də müəllimlərimiz tövsiyə edirdi. Beləliklə, kitab oxumaq ənənəsi orta məktəblərdə formalaşdırdı. Amma təəsüf ki, bu gün bu ənənə aradan qalxır. Kitab oxumağa marağın azalmasında bu fakt da rol oynayır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Aprel 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see384

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see326

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see314

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see253

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see248

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see245

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see242

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see230

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see227

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see223

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see217

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see215

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see211

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see209

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see209

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see202

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see200

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see200

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see194

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri