Icma.az
close
up
RU
Rəsmi səfər yüksək dialoq xarakteri ilə tarixləşdi

Rəsmi səfər yüksək dialoq xarakteri ilə tarixləşdi

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması dünya dövlətlərinin Cənubi Qafqaza həm siyasi, həm də iqtisadi maraqlarını artırdı. Bu maraq ikitərəfli əlaqələr formatında davam etdirilməkdədir. Almaniya Federativ Respublikası da belə dövlətlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 21-də bu dövlətə rəsmi səfəri də bunun təsdiqidir. Bu səfərlə bağlı dövlət başçımız mətbuata verdiyi bəyanatda Azərbaycanın strateji dialoqun başlanmasını arzuladığını, buna nail olunduğunu bildirərək qeyd etdi ki, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə yaxşı nəticələr verəcəkdir: “İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”.
Dünyanın əksər inkişaf etmiş dövləti, bu sıradan Almaniya Federativ Respublikası siyasi əlaqələrin iqtisadi əlaqələrlə daha da inkişafına şirkətlər formatında şərait yaratdı. Hazırda bir çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu amili diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şirkət-şirkət, şirkət-dövlət fəaliyyətinin iqtisadi inkişaf modelinin səmərəli olduğunu da diqqətə çatdıraraq dedi: “Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”.
Son vaxtlarda Azərbaycanda beynəlxalq iqtisadiyyatın hərtərəfli inkişafına ciddi qayğı göstərilir. Bu qayğı daşınmaların transit xarakterini də əhatələyir və bu baxımdan Azərbaycan-Almaniya əməkdaşlığı diqqəti çəkir. Bu əməkdaşlıq həm məzmun baxımından, həm də əhatə etdiyi coğrafiya baxımından hər iki dövlət üçün səmərəlidir. Almaniya Federativ Respublikasına rəsmi səfərində dövlət başçımız dedi ki, “Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında Azərbaycanın işğala öz gücü ilə son qoyduğunu, ərazi bütövlyünü bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdiyini, sülh ilə bağlı Almaniya hökumətinin də rolunu, danışıqlar prosesində Almaniyada xarici işlər nazirləri səviyyyəsində görüşlər keçirildiyini də xatırladaraq dedi: “Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm də Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək”.
Bu rəsmi səfərdə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanması da bu səfərin yüksək dialoq xarakterinin təsdiqi oldu…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 İyul 2026 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri