Icma.az
close
up
RU
İlk rəsmi səfər...

İlk rəsmi səfər...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan - Slovakiya strateji əməkdaşlığı, qardaşlığı

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın sürətli inkişaf dinamikası beynəlxalq aləmdə xüsusi maraq doğurur. Son illərdə ölkənin siyasi sabitliyi, enerji və nəqliyyat sahəsində qlobal əhəmiyyətli layihələri, həmçinin regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürməsi Bakını dünya üçün mühüm tərəfdaşlardan birinə çevirib. Bu reallıq təkcə böyük güclərin deyil, həm də Avropanın strateji baxımdan əhəmiyyətli dövlətlərinin Azərbaycanla əlaqələri genişləndirməsinə səbəb olur. Məhz bu kontekstdə Slovakiya-Azərbaycan münasibətləri xüsusi vurğulanır: Bratislavanın Bakıya artan marağı enerji təhlükəsizliyi, ticarət, logistika və siyasi dialoq kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bratislava Bakıdan kömək istəyir...

Ölkə başçımızın bu günlərdə Slovakiyaya səfəri iki ölkə arasında əlaqələri yeni mərhələyə qaldırır. Qeyd edək ki, bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin bu ölkəyə ilk rəsmi səfəridir. Dövlət başçıları arasında baş tutan geniş tərkibli görüşdə bir çox məqamlara toxunulub. Slovakiya Prezidenti Peter Pelleqrini bildirib ki, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var. Ölkələr arasında ikitərəfli Komissiyanın sonuncu iclası 2024-cü ildə keçirilib, növbəti iclas isə 2026-cı ildə nəzərdə tutulur.

Slovakiya Prezidenti bildirib ki, enerji təchizatı baxımından Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb. “Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər. Azərbaycan enerji təchizatının şaxələndirilməsində rol oynaya bilər, çünki cənab Prezident, hazırda biz boru kəmərinin sonundayıq. Əslində, Qərbi Avropa istiqamətində biz hər zaman əvvəldə olmuşuq. İndi isə boru kəmərinin sonundayıq. Təsəvvür edə bilərsiniz bu, nəyin bahasına başa gəlir”, -deyə Pelleqrini deyib.

Prezident İlham Əliyev isə bildirib ki, Slovakiya ilə Azərbaycan arasında əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin biz Baş nazirin müavini və müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik”.

Dövlət başçısı qeyd edib ki, ötən il biz Slovakiyaya qaz təchizatına başladıq: “İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq vacib işlər görülüb, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq”.

Qeyd edildiyi kimi, Azərbaycanın yeni enerji siyasəti Şərqi Avropa üçün olduqca vacib əhəmiyyət daşıyır. Bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bu mənada, gələcəkdə Slovakiyaya ixrac edilən qazın həcminin artırılması da müzakirə predmeti ola bilər.

Slovakiya Azərbaycanı strateji əhəmiyyətə malik tərəfdaş hesab edir

İki dövlət arasında strateji əlaqələr mühüm perspektivə malikdir. Dövlət başçıları arasındakı səmimi münasibət bunu deməyə əsas verir. Qeyd edək ki, dekabrın 8-də Bratislavada mətbuata bəyanatla çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini deyib ki, biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik: “Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var. Biz bu gün də qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var”.

İki ölkə arasında ötən il imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə diqqət çəkən Slovakiya Prezidenti qeyd edib ki, qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlığımız yüksək səviyyəyə qaldırıla bilər. “Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik - müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə. Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək”, - deyə dövlət başçısı vurğulayıb.

Paralel olaraq müdafiə sənayesinin inkişafında da əməkdaşlıq perspetkivləri açıqlanıb. Bildirilib ki, iki ölkə birgə istehsal üzərində işləyə və birlikdə istehsal edilən məhsulları üçüncü ölkələrə sata bilər.

Azərbaycan Slovakiya və qonşularının qaz təchizatının həcmini artıra bilər

Mətbuata açıqlamasında Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfərinin iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı bildirib ki, səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. “Qeyd etdiyiniz kimi, keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Siz artıq bizim ikitərəfli gündəliyimizlə bağlı geniş məlumat verdiniz. Sadəcə olaraq, əlavə etmək istərdim ki, qeyd etdiyiniz bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər”, -deyən Prezident İlham Əliyev bildirib ki, Azərabycan boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdədir. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaq.

Biz müharibə aparmaq fikrində deyilik...

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müdafiə sənayesi sahəsində əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görür: “Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. “Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”, - deyən Prezident vurğulayıb ki, gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik: “Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır. Eyni zamanda, bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”.

Prezident İlham Əliyev Slovakiya dövlət baçısını ölkəmizə rəsmi səfərə dəvət edib.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri