Icma.az
close
up
RU
Respublikaçı konqresmenlərdən təxribatçı addım DEPUTAT İSƏ DEYİR Kİ...

Respublikaçı konqresmenlərdən təxribatçı addım DEPUTAT İSƏ DEYİR Kİ...

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ konqresmenləri Darrell İssa və Qas Bilirakis  “Qafqazda  eskalasiyanın qarşısının alınması və tərəfdaşlığın möhkəmləndirilməsi” (PEACE Act – H.R.5632) adlı qanun layihəsi hazırlayıb.

Gununsesi.info xəbər verir ki, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini D.İssanın adından yayılan pres-relizdə deyilir ki, qanun layihəsinin məqsədi gələcəkdə Ermənistana qarşı təcavüzün qarşısını almaq, onun Azərbaycanla Tramp administrasiyası vasitəsilə əldə etdiyi sülh razılaşmasını möhkəmləndirməkdir.

Təklif edilən sanksiyalar sırasında Ermənistana qarşı düşmən hərəkətə görə məsuliyyət daşıyan məmurların və onların ailə üzvlərinin ABŞ-dəki aktivlərinin dondurulması; ABŞ-yə girişinə qadağa qoyulması; Azərbaycanın neft satışını asanlaşdıran maliyyə qurumlarına məhdudiyyətlər yer alır.

Layihə sentyabrın 30-da ABŞ Nümayəndələr Palatasına təqdim olunub, xarici əlaqələr, ədliyyə və maliyyə xidmətləri komitələrinə göndərilib. Amma, hələlik, komitələrdə müzakirəyə çıxarılmayıb.

ABŞ-də bir qanun layihəsinin qanun statusu almasından ötrü onu bütün komitələr təsdiqləməli, daha sonra həm Nümayəndələr Palatası, həm də Senatdan keçməli və sonda ABŞ prezidenti onu imzalamalıdır.

Avqustun 8-də ABŞ prezidenti Donald Tramp, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda bir araya gəlib, birgə bəyanat imzalayıb. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri isə sülh sazişini paraflayıblar.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Milli Məclisin üzvü İlham Məmmədov Gununsesi.info-ya açıqlamasında deyib ki, Konqresmenlər bu hərəkəti Trampın Qafqaz siyasəti ilə uyuşmur:

Tramp Azərbaycan və Ermənistan arasında vasitəçilik edib. Bugün Azərbaycandan Ermənistana qarşı hər hansı təcavüzdən söhbət gedə bilməz. Azərbaycana öz ərazi bütövlüyünü təmin etmək lazım idi və bunu da etdi.

İndi sülh zamanıdır. Bu cür təşəbbüsü irəli sürənlər Trampın siyasətinə qarşı çıxır. Mən düşünmürəm ki, onların bu cəhdləri uğur qazanacaq.

Ən maraqlısı odur ki, bu Konqresmenlər Ermənistan baş naziri Nikol Paşinyanın da mövqeyini nəzərə almayıblar.

Paşinyan sülh sazişi üçün Vaşinqton razılaşmasına imza atıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri