Icma.az
close
up
RU
Şirniyyatsız arıqlama Diyetoloq isə deyir ki...

Şirniyyatsız arıqlama Diyetoloq isə deyir ki...

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq çəki, piylənmə, təəssüf ki, ümumbəşəri problem olaraq qalır. Eyni zamanda, bəzi xəstəliklər üçün (şəkərli diabet və s.) ciddi risk faktoru kimi qiymətləndirilir.

Köklükdə irsi amil rol oynasa da, qazanılmış vərdişlərin, həyat tərzinin önəmi də mühümdür. Hansı vərdişlər və həyat tərzi? Bu qrup insanlar nələrə diqqət etməli?

Bu arada müğənni Rəvan Qarayev diqqətçəkən fikir söyləyib. O, son 2 ildir fərqli qidalandığını, uzun müddətdir ciddi pəhriz saxladığını bildirib və artıq neçə müddətdir şirniyyatdan imtina etdiyini deyib.

Sitat: “Qlütensiz çörək yeyirəm. Bir çörəyə 7 manatdan çox verirəm. Tort, digər şirniyyat növlərindən yemirəm. 2 ildir bu cür qidalanıram. 70 kiloqramam, boyum isə 1,68-dir. 45 yaşındayam. 2 il əvvəl isə yemirdim, səhər gedib axşam gəlirdim. Axşam oturub yeyirdim. Sonra gördüm ki, bu, nə həyatdır?” (Axşam.az).

Bəs arıqlamaq üçün şirniyyatdan tam imtina doğrumu? Rasional qida rejimi necə olmalıdır ki, artıq kalorilər köklüyə aparmasın?

Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb:

“Piylənmə müasir dövrümüzün ən ciddi qlobal problemlərindən biridir. 2015-2020-ci illər və 2025-ci ilə dair aparılan araşdırmalar göstərir ki, həm dünyada, həm də Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı kəskin artıb. Bu artım xüsusilə uşaqlar və yeniyetmələr arasında daha nəzərəçarpandır. Bunun əsas səbəbi isə 2020-ci ildən, pandemiya dövründən başlayaraq insanların uzun müddət ev şəraitində qalması, fiziki aktivliyin azalması və yüksək stres yükü altında yaşamasıdır. Məhz həmin illərdən etibarən həm dünyada, həm də Azərbaycanda piylənmənin sürətlə artdığı müşahidə olunur”.

Diyetoloq qeyd edib ki, piylənmə təkcə artıq çəki problemi deyil, həm də bir çox xəstəliklərin başlanğıc nöqtəsidir:

“İnsan orqanizmində genetik olaraq müəyyən xəstəlik kodları olur və xüsusilə 35 yaşdan sonra bu kodlar aktivləşməyə meyilli olur. Əgər insanın genetikində şəkərli diabet və digər xəstəliklər üçün ön xətt varsa, sağlam olmayan həyat tərzi onları daha tez üzə çıxara bilər. Yəni normalda 40 yaşda ortaya çıxmalı olan diabet, düzgün qidalanmayan, stresli həyat yaşayan insanda artıq 30 yaşda özünü göstərə bilər.

Sağlam qidalanma, fiziki aktivlik, açıq havada hərəkət, oksigenlə zəngin mühit və stressdən uzaq həyat tərzi genetik xəstəliklərin erkən aktivləşməsinin qarşısını alan əsas amillərdir. Əks halda, yüksək stress hormonları aktivləşir, maddələr mübadiləsi pozulur və nəticədə piylənmə qaçılmaz olur. Odur ki, sağlam həyat tərzi yalnız bədən çəkisinin qorunması deyil, həm də genetik risklərin idarə olunması deməkdir".

Ləman Süleymanova

Ləman Süleymanova həmçinin qeyd edib ki, qidalanma vərdişlərində ən böyük problemlərdən biri səhər yeməyinin ötürülməsidir:

“İnsan gün boyu yemədikdə beyin hər 45 dəqiqədən bir bədənə siqnal göndərir və aclıq hormonları aktivləşir. Axşama qədər heç nə yeməyən şəxs axşam yüksək miqdarda qida qəbul edir, nəticədə həm həzm prosesi çətinləşir, həm də qanda şəkərin kəskin artmasına səbəb olur. Bu vərdiş 3-4 ay davam etdikdə genetik xəstəlik kodlarının aktivləşməsi üçün əlverişli zəmin yaranır. Məhz buna görə də qidalanmanın düzgün ritmi çox vacibdir”.

Həkim-diyetoloq rasiondan hansı qidaların çıxarılması ilə bağlı da danışıb:

“Bəzən çörəyi tamamilə rasiondan çıxarmaq tövsiyə edilir, lakin bu, doğru yanaşma deyil. Əgər çörək ev şəraitində hazırlanırsa, təbii tərkibli olarsa və normada qəbul edilərsə, zərərli deyil. Xüsusilə səhər yeməyində az miqdarda çörəyin qəbulu faydalıdır. Günorta və axşam çörəkdən imtina etmək mümkündür, amma səhər rasionunda mütləq olmalıdır.

Nəticə olaraq, sağlam qidalanma, stresin azaldılması, fiziki aktivlik və nizamlı gündəlik rejim piylənmənin və onun yaratdığı erkən xəstəliklərin qarşısını almağın əsas yoludur. Təbii qidalar, balanslı porsiyalar və düzgün yemək vaxtları sağlam həyat tərzinin ayrılmaz hissəsi olmalıdır".

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri